Səni
Gözəl
şair
Əvəz
Mahmud
Lələdağa
Səni
Əvəzi olmayan
Əvəz
qardaşım,
Qoy həmişə
görək kefi çağ
səni.
Səninlə fəxr edir torpağım, daşım,
Çoxdan tanıyırıq Lələdağ səni.
Adın da gözəldir, özün də gözəl,
Söhbətin də gözəl, sözün də gözəl.
Baxışın da gözəl, gözün də gözəl
Sanırıq çağlayan bir bulaq səni.
Səni alqışlayır bu Dağlaroğlu,
Qələmi itisən, sinəsi dolu.
A mənim xalqımın, sənətkar oğlu,
Sevir qoca, cavan, həm uşaq səni.
Pirverdi Dağlaroğlu
Şair-publisist
Bakı-Bilgəh sanatoriyası
2009
Комментарии
Отправить комментарий