Ayların sultanı Ramazan


Ayların sultanı Ramazan

İlin ayları arasında Ramazan ayının xüsusi yeri var. üçün mübarək Ramazan ayı həm müqəddəs aydır? Ona görə ki, müqəddəs kitabımız, dünya müsəlmanlarının inanc yeri olan Qurani-Kərim on bir ayın sultanı olan Ramazan ayında nazil edilmişdir. Allahın Rəsulu Həzrəti Məhəmməd Əl-Mustafaya da peyğəmbərlik həmin bu ayda verilmişdir. Müsəlmanların qibləgahı olan Allah evi- Məkkə Ramazan ayında fəth edilmişdir. Gör gözəl aydı bu. Oruc tutmaq müsəlmanlara tanrı tərəfindən Ramazan ayında buyurulmuşdur. Artıq müsalmanların mübarək Ramazan ayıdır. Müqəddəs ayda ən vacib məsələlərdən biri oruc tutmaqdı, bu Allah borcu kimi bəndələrə göndərilib. Bütün müsalman dünyasının inanıb etiqad etdiyi Qurani- Kərimin Əl-Bəqərə surəsinin 183, 184,185-ci ayələrində oxuyuruq:
«Ey iman gətirənlər! Oruc sizdən öncə gəlib keçmiş hümmətlərə fərz edildiyi kimi, sizə fərz edildi. Lakin bir məsələ var ki, xəstələr, hamilə qadınlar, gücdən düşmüş halsız qocalar, səfərdə olanlar oruc tutmaqdan azad olunurlar»… «Ramazan ayında qəsdən bir gün orucunu pozan bütün ömrü boyu oruc tutsa belə kifayət  etməz».
İndi gəlin görək oruc tutmağın insan orqanizmi üçün əhəmiyyəti nədir? İnsanın ildə bir dəfə məzuniyyətə çıxması çox vacibdir. İldə bir dəfə orqanizmdə dinclik yaradılmasa məhsuldarlıq azalar, adam özünü gümrah hiss etməz. İnsan bütün maddi nemətlərdən maksimum dərəcədə istifadə edir.
Fikir verin. Bir qoyun bir kq. ət yığmaq üçün qədər örüş dolanır, ot-ələf yeyir. Amma biz onu kəsir, ətini bol-bol həzm-rabədən keçiririk. Bir bal arısı bir milli qram nektor yığmaq üçün «n» sayda tər çiçəyə qonmalı olur. Biz Allah bəndələri isə pətəkdən şanı çıxardıb doğrayır ləzzətlə yeyirik. O cümlədən meyvədən, tərəvəzdən istədiyimiz qədər istifadə edirik.
İnsanın bədənində bir laboratoriya- nizamla işləyən həzm sistemi var. Biz müxtəlif qidaları xam material kimi bu laboratoriyaya tökürük. Lakin bu sistemin necə işləməsindən bu dəzgahın içində xam materialın kimyəvi dəyişilməsindən xəbərsiz oluruq. Biz ət, göyərti, çörək, meyvə, tərəvəz başqa qidalarla qidalanırıq, su içirik. Bizim mədəmiz bir belə qida maddələri arasından özünə lazım olanları seçib götürür lazımsızları tullayır. İnsanın mədəsi yağları başqa zəruri maddələri xəznə edir ki bədənin qidası çatışmadıqda aclıqdan həlak olmasın. Bildiyimiz kimi insan 42 gün ac qala bilər, çünki həmin xəznədə olan maddələr onun köməyinə çatır. Bu işlərin hamısı insanın xəbəri olmadan görülür.
Ona görə bədənin «dəyirman daşı» hesab edilən mədə dişəkdən düşür, orada piylənmə gedir, qarın nahiyyəsi şişir, adamın çevikliyi, oturub-durmağı, geyinib-soyunmağı çətinləşir. Əmək qabiliyyəti zəifləyir, şuxluğu itir, bədənin quruluşu dəyişir. Ona görə şuxluğunu, çevikliyini, əməkdə fəallığını itirmək istəmirsənsə mütləq mübarək Ramazan ayında oruc tutmalısan. Orucluğun bir xeyri var. O da ondan ibarətdir ki, zəkat xums, yəni dini vergi verilir. Cəmiyyətdə varlı- kasıb, imkanlı-imkansız, mənfi, xeyirxah qüvvələr, səmimi doğruçu insanlar var. Bu baxımdan orucluq riakar dələduzdarı, para, mənsəb, şöhrət vəzifəbazları xeyirxah adamların sırasına dəvət edir. Mənsəbpərəstlər altuna, mənsəbə, silaha güvənsələr Allahın qəzəbindən yaxa qurtara bilməzlər. Onlar da savab işlərə qoşulmalı, ac qarın doyurmalı, çılpaq əyin geyindirməlidirlər. Dini vergidən heç kəs boyun qaçıra bilməz.
Mübarək Ramazan həm müqəddəsdir, ona görə ki, bu bayramı dünya əhalisinin bir milyard müsalmanı qeyd edir. Bu, o deməkdir ki, bu bayram dünya müsəlmanlarının birliyindən, əqidə möhkəmliyindən, möhkəm ittifaqından xəbər verir, insanda dözüm yaradır. Lakin yuxarıda qeyd etdiyim kimi təəssüfedici haldır ki,  uzun müddətli amansız ateist təbliğatı bizi bu birlikdən, möhkəm ittifaqdan məhrum edib. Halalla haram, günahla savab mühasib dəqiqliyi ilə ölçülüb biçilməyib. Güclülər zəiflər, əzənlər əzilənlər, zülmkarlar qurbanlar kimi iki qüvvə üz-üzə, qarşı-qarşıya dayanıb.
Allahın varlığını inkar etmək, günahı olmayanı döyüb günahkar etmək ibadət evlərini, insanları xeyirxahlığa haraylayan məscidləri dağıtmaq, Qurani- Kərim kimi dünya elmlərindən xəbər verən müqəddəs kitabı yasaq eləmək dinimizi, donumuzu, haqqa inamımızı əlimizdən almaq bizi fəlakət uçurumuna, allahsızlığa aparıb çıxartdı. Şükürlər olsun ki, haqq nazildi, ancaq üzülmədi. Yadımdadır. Sumqayıt bir vaxtlar az qala «allahsızlar şəhərinə» çevrilmişdir. Allahın adını tutmaq bizə yasaq olmuşdu.

Kəsər yastığımın yanını, Allah,
Məndən əsirgəməz canını, Allah.
Babamın istəkli gəlini, Allah,
Elimin ismətli, qızı anamdır.

         Mənim bu şerimi «Senzura» buraxmadı ki, burada allahın adını çəkmisən.
         Vəzifə sahibləri ölü yerlərinə getməyi belə qəbahət sayır, yasxananı dinlə bağlayırdılar. Mərhumun üstündə Quran oxutdurmaq çox gizli olmalı idi. Çünki dini savadı olanlar, Quran oxumağı bacaranlar özlərini suçlu sayırdılar. Şükr Allahın böyüklüyünə. «Allahsız şəhər» dininə qayıtdı, özünə qayıtdı, dini adət ənənələrinə qayıtdı. Sumqayıtda əzəmətli məscid binası tikildi, dindarların sayı gündəngünə artdı, bir vaxt dini tənqid edənlər, indi cild-cild kitablar yazır, dini təbliğ edir. Mən bunları dinimizin uğuru hesab edirəm. Sübhdən qalxıb dərgaha üz tuturam, ona qarşı etdiyimiz hörmətsizliyimizi günaha yazmamasını xahiş edirəm.

Allah-təala xəlq eyləyib insanı,
Allah dərgahından qaçana lənət.
Namərd sənə bal da versə, zəhərdi,
Namərd körpüsündən keçənə lənət.

Məhəmməd hümbəti, olma şər bəndə,
Tale dolaşdırar düşərsən bəndə.
Ərənlər deyəni deyirəm mən ,
Haram tikə yeyib içənə lənət.

İçimi göynədən bu günki ahdı,
Üzümə gülməyən nurlu sabahdı.
İslamda məsəb vallah günahdı,
Şiyəni sünnidən seçənə lənət.

Sığmayır dünyanın sirri kamala,
Kim bilir sabaha kim ölüb-qala.
Oruc tut, namaz qıl, haqqı duala,
Dünyadan əliboş köçənə lənət.




Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri