Yadıma düşür.


Yadıma düşür.

Balabəyçuxuru Mozalanyalı,
Mirəhməd dərəsi yadıma düşür.
Kəndyeri, Çınqıllı, Muradtənəsi,
Kəkliyin fərəsi yadıma düşür.

Surçaqdaş, Buzovyal, Şəlalə, Şirran,
Gözlərim özündə canlanır hər an.
Dəyişdi zəmanə, pozuldu dövran,
Maldaşın tərəsi yadıma düşür.

Çoban Qaraxanın görünür yeri,
Günorta sağına gələrdi sürü.
Qoyunu od kimi sağardı Hürü,
Qoyunun kərəsi yadıma düşür.


Yadımdan çıxmayır Əhməddibəyi,
Orda otardım Mərcan inəyi.
İşıqlıdağının sərin küləyi,
Yalyurdun bərəsi yadıma düşür.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri