Yönü bəri baxan dağlar


Yönü bəri baxan dağlar

                                                                Yönü bəri baxan dağlar
Dağlar, sizdə nəyim qaldı?!
İlk eşqimin yadigarı,
Yan tütəyim, neyim qaldı.

Ovutmayın bir məni,
Kim sağaldar dərd əməni.
Gərdiş saldı dərdə məni,
Hansı dərdi deyim qaldı?

Yaylağında buz bulağım,
Oylağında javan çağım.
Bülbül ötən güllü bağım,
Top dağıtmaz öyüm qaldı.

Ellər oldu bölük-bölük,
İnsaf edin, ağırdı yük.
jibimdə yaman günlük,
dizimdə heyim qaldı.

Qubadlının işğalından 18 il keçir.
18 il!
Az deyil!
Bir igidin ömrü deyirlər buna!
Respublikamızın ən gözəl güşələrindən olan Qubadlı bölgəsinə           tez-tez gedirdim. Bağ-bağatları, buz bulaqları, yarpızlı dərələri, uja dağları, yaşıl təpələri, allı-güllü yaylaqları, müqəddəs qəbirləri, ojaqları, pirləri, yağı tapdağında qalan, perik düşmüş sakinlərini intizarla gözləyən, başına müsibətlər gələn, igidləri düşmən gülləsinə tuş olan Qubadlı!
         Qısa arayış: Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. Qubadlı rayonu şimaldan Laçın rayonu, jənubdan Zəngilan rayonu, şərqdən Xojavənd Jəbrayıl rayonları, qərbdən Ermənistan respublikası ilə həmsərhəddir. Rayonun çox gözəl təbiəti var. Qubadlının ərazisindən Azərbayjanın ən bol sulu çaylarından olan Həkəri Bərguşad çayları axır. Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Molu kəndləridir.
         Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146- əlil olub.  Ermənilər Qubadlıda 94 kənd qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim tərbiyə təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi,           o jümlədən 60 kitabxana, 10 mədəniyyət evi 28 klub, 6 avtoklub olub.
         Bilavasitə, Ermənistan ərazisində Qubadlının sərhəddə yerləşən Əliquluşağı, Məlik Əhmədli, Seytas, Eyvazlı, Qədili, Dondarlı, Novlu, Yuxarı Jibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərjan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təjavüz edilir, kəndlər atəşə tutulurdu.
         1989-ju ilin axırları rayonda vəziyyət son dərəjə ağırlaşdı. Gündüz sərhəddə keşik çəkən düşmənin hüjumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin qüvvələr qeyri-bərabər idi. Təjavüskar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri çatmırdı.
         Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunja Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhalı silaha sarsılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkün deyildi.
         Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətində güjlü hərbi texnikanın müşaiəti ilə hüjuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi.                  Qeyri-bərabər döyüşdə xanlıqlılır qədər fədakarlıqla döyüşsələr , erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunja Muradxanlı, Balasoltanlı, Xojik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinj əhaliyə divan tutdular.
         Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məjburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31- Qubadlı bütünlüklə işğal olundu…. Eh! Xatrələr çözələnir. 1991-ji il mart ayının 16-da elimizin igid oğlu Əlyar Əliyevlə ilk görüşüm Qubadlı rayon ijra hakimiyyətində oldu.
Əlyarla Qubadlının dağ kəndlərindəSeytajda, Novluda, Əliqulu işğalında, Məlik Əhməddə çox olmuşam. Onun batalyonu düşmənin 3 vertalyotunu vuranda onu təbrik etməyə gəlmişdim. Xeyriyyəçi Zaman İsgəndərovun onun batalyonuna bağışladığı hərbi yük maşınını mənə  göstərib deyirdi.
- Zaman dayıya salam söyləyin, deyin maşın sağ-salamatdı.
         Yadımdadır, bir gün Əlyar mənə igid əsgərləri göstərib dedi:
- Əvəz müəllim, bu dəstə batalyonun ürəyidir. Hansı ermənini deyirsən, göndərim Garusdan, Qafandan, Sisiyandan qulaqlayıb gətirsinlər. Bunlar Koroğlu dəliləridir. O, bir-bir onları göstərib deyirdi. Giziroğlu, Dəmirçioğlu, Topdağıtməz, Halaypozan, Tanrıtanımaz, Geridönməz. Bura da Çənlibeldir, dəlilərin hamısı buradadır.
Mən zarafatla Əlyara dedim:
- Qardaş, dəlilər Koroğlunun başına yığışıblar, sən elə Koroğlusanki Koroğlu. Gülüşdük.03.10.1992-ji ildə Əlyarın xəyanətlə aradan götürüldüyünü eşidib sarsıldım, onun dəfnində iştirak etmək üçün Qubadlıya gəldim. Əlyarın bajısı məni görən kimi boynumu qujaqladı, ağladı.Əlyarın boyalı portretini əsgərlər tutmuşdular. Qəlbimdən bu misralar keçdi:

Görüşünə gəldim yenə,
Qardaş, xoş gördük, xoş gördük.
Sitəm edir bu dərd mənə
Qardaş, xoş gördük, xoş gördük.

Çalışırdım səni görəm,
Hanı Qoşqar, hanı Kərəm
Ürəyim bağlayıb vərəm
Qardaş, xoş gördük, xoş gördük.

Hanı Həjər, Nəbi babam,
Dara düşüb elim, obam.
Sən fələkdən almadın kam,
Qardaş, xoş gördük, xoş gördük.

Otuz beş il ömür sürdün.
Yaxşı gördün, yaman gördün,
Kipriyində od götürdün
Qardaş, xoş gördük, xoş gördük.

Qan-qan deyir qanlı düşmən,
Səngimir bu duman, bu çən.
Sənə güvənirdi Vətən
Qardaş, xoş gördük, xoş gördük.

Ayağa dur, səninləyəm
Qıyma bu qədər inləyəm
Yoxa çıxıb mənəm  deyən
Qardaş, xoş gördük, xoş gördük.

Düçar olub dərdə bəxtim
Yan-yörəmdə mərdə baxdım
Dönüb sənə bir baxdım
Qardaş, xoş gördük, xoş gördük.

Azərbayjan Respublikasının Milli Qəhrəmanı Əlyar Əliyev ölməzliyə qovuşdu
         Əsgərlərlə sonrakı görüşlərim xatirələrimdən silinməyib. Bir dəfə Zenit-raket diviziyasında Qiyas İmran Babayev qardaşları ilə tanış oldum. Onlar burada çox işlər görmüşdülər. Hər 2 komandir əsgərlərə nümunəvi rəhbərlik edir, qayğı göstərirdilər. Artıq günəş qüruba tərəf əyilirdi. Mən əsgərlərlə xudafisləşib getmək istəyəndə N. Bərxudarov mənə yaxınlaşdı: Bajım Sumqayıtda yaşayır. 17 nömrəli məktəbdə kimya müəllimi işləyir. Mənim salamımı bajıma çatdırmağınızı xahiş edirəm. Daha inamlı olsun deyə jib dəftərçəmə qol çəkib dedi: Bajım imzamı görsə bəsdir, biləjək ki, sağ-salamatam. Hər tərəf çən-dumana bürünmüşdü, göz-gözü görmürdü. Birdən elə bil Allah arzularımı eşitdi, bir balaja meh əsdi, çən-dumən seyrəldi, dağlar ap-aydın göründü. Bu huynidə bir dəstə sığırçın gəlib qondu yerə. Onlan səksəkəli idilər, devikirdilər, sanki janlarını götürüb qaçmışdılar. Mən üzümü sığırçınlara tutdum:

Dilin yansın, ay sığırçın,
Söylə, o bağ yerindəmi?
Ay qanadı qırçın-qırçın,
Arzubulaq yerindəmi?

Ürəyimi üzüb qubar,
Bu həsrətin bir sonu var?
Lalayurda gələn bahar,
Çiçəklidağ yerindəmi?

Gödək dərə, Sarıyoxuş,
Hər daşında min bir naxış,
Əsən külək, yağan yağış,
Təndir, ojaq yerindəmi?

Yaddan çıxmır Qumarxajım,
Arxaşanda qaldı sajım.
Leyliqaçan gəlin bajım,
Jəhrə, daraq yerindəmi?

Zəngəzurum, gözəl diyar,
Dağlarının zirvəsi qar.
Görməyənin dərdi var,
Mən görən çağ yerindəmi?

Doğmə yurdum, ana torpaq,
Düyünləndi sinəmdə dağ,
Kaş biləydin, ay Lələdağ,
O kef-damaq yerindəmi?

Qubadlı jamaatı Azərbayjan xalqına böyük şəxsiyyətlər bəxş edib. «Kitabi-Tarixi-Qarabağ» əsərinin müəllifi Mir Mehdi Xəzani əsərlərində doğulduğu kəndin adını çəkir.

Hər kimsə ki, etsə bu şerə nəzər,
İstəsə kim deyib bu nəzmi əgər,
Zəngəzur uçastok, kəndimiz Məmər,
Sakinim Şıxımlı, adım Ağa Mir.

         Qaçaq Nəbi, Süleyman Rəhimiov, Məmməd İsgəndərov, Arif Heydərov, Yusif bəy Soltanzadə, Eldar Baxış, Kazımağa Kərimov, Əlyar Əliyev s.
Böyük Azərbayjan şairi Səməd Vurğun Süleyman Rəhimovu «Azərbayjan ədəbiyyatının böyük artilleriyası» adlandırışdır. Sinəsi yaşıllıqlarla örtülən dağlar, dağların ətəklərindəki göy çəmənlər, bir az yuxarıda sıx meşələr, bahar gələndə bu çəmənlərdə gül-gülü çiçək-çiçəyi çağırırdı. Aman Allah, zərrəbinlə gəzsən erməni adı ilə bağlı bir dağ, bir yaylaq, bir bulaq tapmazdın bu yerlərdə. Bəs nejə oldu ki, o gözəl yerlər yağılara qaldı? Eh! Burnumun uju göynəyir, ürəyim nanə yarpağı tək əsir o yerlər üçün.  

Bir də o yerlərə yolum düşəydi,
Sərin çeşmələrdən öpəydim, Lələ.
Almaçiçəyini şirin yemliyə,
Qatıb gözlərimə təpəydim, Lələ.

Tale o yerlərə gözəllik yağıb,
Çiçəklər elə bil ütüdən çıxıb.
Güllərin şehini ovcuma sıxıb,
Üstümə, başıma səpəydim, Lələ.

Çıxaydım qırxbuğum qıcqıran yala,
Baxdıqca baxaydım el gələn yola.
Yenə o qız ilə girib qol-qola,
Otların içində itəydim, Lələ.



Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri