Mən necə yanım
Mən necə yanım
Hicranın əlindən cana gəlmişəm,
Düşübdü azara o sağlam janım.
Hərarət içində yanır bədənim,
Kədərlə, qüssəylə keçir hər anım.
Nə loğman tapılır, nə dərdə dərman,
Namərdin gözünü örtüb qızıl qan.
Mənə
qəsd elədi nainsaf zaman,
Az
qalır dayana damarda qanım.
Nədən
gileylisən, Əvəz Lələdağ,
Anam
köç eylədi sinəsində
dağ.
Kimləri udmayır bu qara torpaq,
Onların halına de, necə yanım?
11.09.2010
Комментарии
Отправить комментарий