Nə biləydim


       biləydim

İstədim ki, şehli-şehli gül dərəm,
Çiçəkləri tumarlayıb güldürəm.
Tər güllərdən nazlı yara göndərəm,
biləydim, bunlar hələ gümandı.

Qızıl gülün tikanları oxdumu,
Qönçələrə nadan gözü baxdımı.
Sübhdən durub çağırmışam baxtımı
Bəlkə baxtım gəlib azıb dumanda

Səhər mehi bir körpəmin nəfəsi,
Sarı bülbül budaqların həvəsi.
Bir dilbilməz çox incidir Əvəzi,
Düzün desəm, yanan da o, yaman da.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal