Axı.
Axı.
Niyə
tərk elədin, ay Sənəm məni,
Sənə
nə pisliyim olubdu axı.
Birlikdə
gəzərdik çölü, çəməni,
O
cənnət çəmənlər solubdu, axi!
Alır
ağuşuna məni min xəyal,
Çıxmır
fikrimdən o yamac, o yal
Gərdənə
düşərdi başındakı şal,
O
günlər yadımda qalıbdı axı.
Üz-üzə
dayanıb söhbətləşərdik,
Məhəbbət
bağında hey dərdləşərdik
Eşqimiz
sönməmiş eşqə düşərdik
Belə
hallarımız olubdu axı.
Dərdə
yanan varmı deyəm dərdimi,
Özümdə
gir hanı, əyəm dərdimi?
Didəm
ac qurd kimi yeyəm dərdimi,
Dərd
məni ilan tək çalıbdı, axı.
İndi
bir gümanım qalıb Allaha,
Sənə
asi çıxdım, batdım günaha.
Şəvə
tək saçlarım qalmayıb daha
Küləklər
saçımı yolubdu, axı.
Bədən
tab gətirmir sənin zülmünə,
Sən
məni incidib saldın pis günə.
Qanımı
töksən də yarmam yenə,
Yar
mənim qeydimə qalıbdı axı.
Səndən
başqasına qaynamır qanım,
Çalış
atəşinə yenidən yanım.
Ya da
al canımı, qurtarsın canım,
Səbrimin
kasası dolubdu axı.
Niyə
bu düyünü aça bilmirəm,
Niyə
o tələdən qaça bilmirəm
Eşqin
göylərində uça bilmirəm
Kim
məni bu hala salıbdı axı.
Hicran
yanğısına dözməyir ürək.
Yarım
yar deyilsə, düşmən nə gərək?
Sevən
can-can deyə sevənə gərək,
Cananım
qürbətdə qalıbdı axı.
Комментарии
Отправить комментарий