Gedin, uğurlar olsun
Gedin,
uğurlar
olsun
Son zəng!...
Sinəmdə
aramla döyünür ürək.
Köksümdə
baş qaldırır,
Sevinc harayı, qəm səsi.
Körpə
təbəssümü, gənclik qəhqəhəsi,
Müəllim əməyinin zəfər nəğməsi!
Çöhrələrə
sevinc gəlir, qəm
çökür,
Hay-haray azalır,
Yaddaşlarda mənalı illərin
İzi qalır.
Baxışlar süzgün,
Görüşlər mehriban,
Gülüşlər cazibədar!
Məktəblə
vidalaşır,
Sevimli,
şən uşaqlar.
Bu ayrılıq
çağında
Sevdalar qucağına atılır gənclik.
Pərvazlanıb uçmaq arzusu,
Dolur könüllərə.
Bir sənətin ardınca düşür,
Bir diləyin biləyindən yapışır hərə.
Günüm-ayım uşaqlar,
Hay-harayım uşaqlar!
Alnı açıq
vurdunuz
Siz də sona məktəbi
Qəlbinizdə
yaşadın,
Doğma,
ana məktəbi.
Bu məktəbin gücündən
Qəhrəmanlar güc alıb,
Yerdən göyə
ucalıb.
Sizi cavanlaşdıran,
Müəllimlər qocalıb.
Qara saçlar
ağ olub,
Sinifdə
neçə
dəcəl,
Mülayim uşaq
olub,
O
mehriban dəcəllər,
O
mülayim uşaqlar
Gözlərə
çıraq olub.
Günüm-ayım uşaqlar,
Hay-harayım uşaqlar.
Bahar günəşi çıxsın
Hər zaman qarşınıza
Yollarınız nur olsun.
Gedin,
sizdən doymadım,
Yaxşı yol, uğur olsun!
Комментарии
Отправить комментарий