Görən kimin qismətidir bu Ceyran
Görən kimin qismətidir bu
Ceyran
Sürmə çəkib kaman kimi qaşına,
Axşam çağı gəlir bulaq başına.
İndi çatıb hələ ərrik yaşına,
Görən kimin qismətidi bu Ceyran.
Bir cüt məməsi var, payız narıdı,
Ağappaq sinəsi quzey qarıdı,
Məndən addıyıbdı, ömür yarıdı,
Görən kimin qismətidi bu Ceyran.
Xumar baxışları ağlımı alır,
Yerişi duruşu cana od salır.
Əvəzə gözüylə baxmağı qalır,
Görən kimin qismətidi bu Ceyran?
Комментарии
Отправить комментарий