Mən səni sevdim
Mən səni sevdim
Könülsüz
yaşamaq yaşayış deyil,
Ağızda böyüyər könülsüz tikə.
Ömrün bahar çağı hələ qış deyil,
Ömrün qış çağına çatmadıq bəlkə.
Bahardan qışadək yay var, payız var,
Neçə yoxuş çıxıb, yal aşmalıyıq.
Bəlkə bəxtimizə belə yazılıb,
Bəlkə ömür boyu dalaşmalıyıq.
Getdiyim bulağa yüz dəfə getdim,
Əlin dəyən daşı öpdüm yüz kərə.
Tər çiçək toplayıb könül bağından
Gəldiyin yollara səpdim yüz kərə.
Sənin nə taqsırın mənəm günahkar
Gəzib dolandığın
çəməni sevdim
Allah qarşısında
bir günahım var
Sən məni sevmədin, mən səni sevdim.
Комментарии
Отправить комментарий