Damcılı bulaq


Damcılı bulaq

Mənə demişdilər əlli il qabaq,
Yurdu Daşsalahdı, ünvanı Qazax.
Gələn qonaqları heyran eyləyir,
Həyat çeşməsidir Damcılı bulaq.

Yalçın qayaları yarıb gəlibdi,
Hünər köhlənini yorub gəlibdi.
Taleyin hökmüylə çıxıbdı üzə,
qədər sifətlər görüb gəlibdi.

Bilmirəm mən bura vaxt gəlmişəm,
Niyə gözəllikdən uzaq gəzmişəm.
Yaradan bəxş edib bu suyu bizə,
Bu gün istəyimlə qonaq gəlmişəm.

Gəlmişəm yerlə göy birləşən yerə,
Baş əydim bulağa azı yüz kərə.
Şərdən, şəbətədən uzaqdır, uzaq,
Müqəddəs torpaqdır bu dağ, bu dərə.

Dahilər yetirib bu torpaq, bu su,
Azadlıq olubdu elin arzusu.
Çoxları cəhd edib, amma fayda,
Hələ tapılmır evin oğrusu.

Vurğunun ilhamı burda coşubdu,
Nişanlı qızlara nəğmə qoşubdu.
Zümrüd yamaclardan gül  dərə-dərə,
Osman bu yerləri hey dolaşıbdı.

Mehdinin həniri duyulur burda,
Mirvarid ürəkdən bağlıydı yurda.
Günəşin nuruyla nurlanan bulaq,
Sənə səcdə edir  yaxın da, yar da.

Çalış sən özünü sazaqdan qoru,
Yaradan, xoradan sızaqdan qoru.
Göz dikən çoxalıb sərvətimizə,
Sərvəti yaxından, uzaqdan qoru.

O vüqarlı qartal, o ana ceyran,
Çəkir keşiyini hər zaman, hər an.
Bülbüllər salınmır bağlı qəfəsə,
Qəm yemə, dəyişib gördüyün dövran.

O günlər geriyə qayıtmaz daha,
Bəsdir həmdəm olduq qüssəyə, aha.
Günahı olanlar ortada gəzdi,
Günahsız insanlar batdı günaha.

O vaxt verəmmədik burda əl-ələ,
Əydi qəddimizi o ağır şələ.
Bu hicran yanğısı yandırır bizi,
Bizsə yerimizdə sayırıq hələ.

Zəhərli küləklər, o qara yellər,
Əsdi gülşənimə məhv oldu güllər.
Quldurlar apardı elin varını,
Düşdü bölük-bölük çöllərə ellər.

Bir yer axtarıram dərdimi böləm,
Elə bil mey içib sərxoşdu aləm.
Alçalmaq olarmı alçaq düşmənə,
Ya gərək yaşayam, ya gərək öləm.

Dağılmış, talanmış kəndlər görürəm,
Sahibsiz bərələr, bəndlər görürəm.
Allahım, dərd göndər düşmənimizə,
Keçilməz sərhədlər, sədlər görürəm.

Ah-naləm əridir torpağı, daşı,
Damcılar nənəmin axan göz yaşı.
Ya Rəbbim, vüsət ver haqq işimizə,
Yandı közə döndü bağrımın başı

Əzəldən olmuşam gəzmək əsiri,
Unuda bilmirəm o gözəl yeri
Eşq ana südüylə hopub canıma,
Göz açıb dünyaya gələndən bəri.

Doğma yurdlarımız, yurd yerlərimiz,
Olublar sağalmaz dərd yerlərimiz.
İlahi, ola qayıda geri,
Gözəl yerlərimiz, sərt yerlərimiz.

Çatmır harayımız dosta, sirdaşa,
Düşmən baharımı döndərib qışa.
Mən nəyə gərəyəm, bilmirəm nəyə,
Yararsız cürdəyəm çırp məni daşa.

Səməndər quşu tək düşmüşəm tora,
qədər tab edim bu intizara
Çaqqallar qudurub baxmırlar sözə,
Didərginlik salıb məni azara.

Göyləri dəng edib qəlbimin ahı,
çoxdur Allahın axşam-sabahı.
Körpə sinəsinə sancılıb nizə,
O məsum körpənin nədir günahı? 

Damcılı, gedən gün ömürdən gedir,
Bu qədər yatmağın mənası nədir?
Niyə oxşamırıq Mübarizə biz,
Hikkəm öz içimdə özümü didir.

Hələ yollarımdan duman çəkilmir,
Hələ düşmənlərin boynu bükülmür.
Həsrətin mənzili xeyli uzandı,
Ayrılıq hasarı niyə sökülmür?

Gedəmmirəm Ələsgərin elinə,
Minəmmirəm Dəvədaşın belinə.
Hicranın düyünü hələ açılmır,
Tamarzıyam çiçəyinə, gülünə.

Niyə tapılmayır dərdimə dərman,
Niyə ər oğullar baxır kənardan.
Olmuşam sinəsi dağlı, yaralı,
Qurtara bilmirəm bu intizardan.

Dağların qırovu saçıma düşdü,
Mənə gendən baxıb qızlar gülüşdü,
Həmişə duşmənlə cam aldıq ələ,
Kərəm Əsli ilə niyə görüşdü?

Hərrac bazarında uduzdu dünya,
Qiymətdən düşübdü ucuzdu dünya.
Bizi xeyli vaxtdı ala qoyubdu,
Görən niyə belə acizdi dünya?

Yağının içində qaynadı zəhər,
Başını girləyir indi birtəhər.
Az qalıb daşlara çırpılacaqdı,
Köhlənin belindən əyilib yəhər.


Minəm yel yerişli atın belinə,
Sürəm yavaş-yavaş doğma elimə,
Dərdin  xumarlığı məst edib məni,
Əlim çata Buzbulağın əlinə,

Çıxa ürəyimdən həsrət t ikanı,
Öz ata yurdumda bəsləyəm canı.
Bir gülşənimə sazaq əsməsin,
Bir tökülməsin ərlərin qanı.

Ayılmır daş kimi yatıbdır dünya,
Yaxşını, yamana qatıbdır dünya.
İndi yuxusu ərşə çəkilib,
 qədər  günaha batıbdır dünya.

Haqsızlar atəşi məni dağlayır,
Ahımdan daş yanır dağlar ağlayır.
İyirmi beş ildi düyün açılmır,
Yol kəsən namərdlər yolu bağlayır.

Qəflət yuxusundan açılmır gözüm,
Hövsələm tükənib qalmayıb dözüm.
Özgədən mən imdad gözləmirəm ,
Özüm qalxmalıyam cihada özüm.

Nicat qapısına tapılar açar,
Bir yandan bağlayan bir yandan açar.
Niyə igidlərim kənardan baxır,
Tikanı barmaqdan iynə çıxardar.

Məndən yaman əyib zalım fələk ,
Əsməyir səmtimə zalım külək .
Məkirli qonşular mehrini kəsdi,
Yolumu gözləyir  Bozbiçənək .

İstəyim həvəsim qalıb gözümdə,
Heç kimin yanında keçmir sözüm .
Düşmənin gücünə bələd olsam da,
Cəsarət tapmıram özüm özümdə.

Adam var seçəmmir yaxşını pisdən,
Adam var qəsd edir Vətənə qəsdən.
Şadlıq cəbhəsini yarmaq istərkən,
Nadanlar saldılar məni həvəsdən.

Yenidən qayıdıram mətləb üstünə,
Yadlar gülşənimi qoyub pis günə.
İzi itirməyi çalışır yağı,
Yüz ildir quldurlar durub qəsdimə.

Vətənə məhəbbət bildirsin hərə,
Düşmən boylanmasın bu həndəvərə.
Güldü üzümüzə xain nalbəndlər,
Bir vaxt «kirvə» dedik kirvəsizlərə.

Sən mənim çiçəkli  yazımsan, Vətən,
Teli min havalı sazımsan, Vətən.
Qalmışam mən səndən aralı indi,
Yollara dikilən gözümsən, Vətən.

Vətən deyə-deyə can getdi bada,
Görən candan şirin var dünyada.
Ölsəm el yolunda halaldı canım,
Varım da, yoxum da peşkəşdi o da.

Sönən çıraqları yandırmaq çətin,
Vətən yanğısından yan durmaq çətin,
Yüz ildir sağalmır sözün yarası,
Cəllad, baş kəsəni qandırmaq çətin.

Sən mənim vüqarım, başımın tacı,
Müşkülə düşməsin dərdin əlacı.
Sinəmə məlhəmdir yarama dərman,
Vətənin horrası, aşı, umacı.

Canım ciyərimsən  Vətən, ay Vətən,
Sənə göz dikibdi hər yoldan ötən.
Düşmənin başına alov tökərəm,
Qoymaram üstünə zəvziyə yetən.

Göylərə baş çəkir burda çinarlar,
Burda sığal çəkib hər gülə bahar.
Baxdıqca laləyə, zərif nərgizə,
Dolur ürəyimə sevinc, iftixar.

Bura mələklərin ibadət yeri,
Bura şirin edir şirin dilləri.
Gətirib çilədi su üstümüzə,
Növcavan, can alan bir gözəl pəri.

Gözəllik ağlımı başımdan alır,
Damcılar ilişib gözümdə qalır.
Baxıram əl çatmaz, ün yetməz dağa,
Təbiət sazında min hava çalır.

Qayada parlayan parlaq incilər,
Gələnin üstünə səpir inci, zər.
Qoyunlar, quzular haylanır düzə,
Burda sütül-sütül kabab çəkilir.

Oturub dostlarla nahar eylədik,
Pislikdən savayı var, eylədik.
Başımız qarışdı ocağa, közə,
Qüssəni, kədəri kənar eylədik.

Durub seyr edirəm bayaqdan bəri,
Asifi, Yusifi bir zərgəri.
Yenidən süzüldü mey qədəhlərə,
Kababın öz yeri, meyin öz yeri.

Mənə sadiq olub sevdiyim pəri,
Könlüm istəməyib özgə dilbəri.
Evimə bərəkət gətirib, inan,
Əlimin qabarı, alnımın təri.

Həyatın mənası, nəşəsi, dadı,
Harda zəhmət varsa, bil ki ordadı.
Yadlar haram qatdı qismətimizə,
Damcılı, yaxına buraxma yadı.

Namərdə nəğmələr qoşmaz ürəyim,
Şəhvətdən kükrəyib daşmaz ürəyim.
Şorgözlük ləkədir ülfətimizə,
Özgənin eşqiylə coşmaz ürəyim.

Burda sözlə məni doyurmaq çətin,
Burda uşaqları buyurmaq çətin.
Ya Rəbbim, gəlməsin sel üstümüzə,
Dodağı bulaqdan ayırmaq çətin.

Əgər ki, unutsam mən bu bulağı,
Tökülsün üstümə göylərin tağı.
Kefimi qaldırdı doxsana, yüzə,
Mənə hünər verdi yaqut dodağı.

Ayrılıb gedirəm, bir ya qismət,
Bizi görüşdürə ana təbiət.
Tikanlı ayaqdan tikan çıxarmaq,
Həm hünər istəyir, həm  cəsarət.

Dilbər təbiətin sərin sərbəti,
Ayrıla bilmirəm buz dodağından.
Səndədir eşqimin gücü, qüdrəti,
Dodağın şirindi qız doqağından.

Gəl kənar eyləmə məni özündən,
Gözlərim nur alır durna gözündən.
Əyilib öpəndə ayna üzündən,
Süzülür qəlbimə söz dodağından.

Əzəldən vurğundu Əvəz hüsnünə,
Tapılmaz dünyada əvəz hüsnünə.
Öpüm dodağından qoy dönə-dönə,
Qalsın dodağımda iz dodağından. 


Əvəz Lələdağ
Qazax 30 oktyabr 2011



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri