Gözlərin


Gözlərin

Gur zülfün dağların gur şəlaləsi,
Az qalır canımı ala gözlərin.
Laləyanaqların bahar laləsi.
Necə də gözəldir ala gözlərin.

İncəsən gülşənin tər çiçəyi tək,
Xoşbəxt o kəsdir ki, səni sevəcək.
Kaş mənim olaydın, ay qarabirçək.
Kaş məni ovsuna sala gözlərin.

Qəlbindən kədəri, qəmi çıxart, at,
Ayna camalında gözəllik yarat.
Ülvi məhəbbətə, sevgiyə canat
İstərəm mənimlə ola gözlərin.

Könlündən keçəni danış, mələyim,
Dərddən xali olsun dərdli ürəyim.
Bəlkə Əvəz oldu bir gün gərəyin,
Zilənə üzümdə qala gözlərin.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal