Damcılı bulaq
Damcılı bulaq
Bu dəfə
səfərim şairlər vətəni Qazax bölgəsinədir. Bu bölgədə də bir neçə dəfə olmuşam.
Bir vaxtlar Sumqayıtdan Qazax rayonuna 9-10 saata gedib çatmaq olurdu. Bu gün yollar əsaslı təmir edilib, çala-çuxurlar
yoxa çıxıb! Ona
görə də mənzil
başına ən geci 6 saata
rahat çatırsan. Bütün bölgələrdə
olduğu kimi Qazax
bölgəsində də dövlət
qayğısı gözə çarpacaq
dərəcədə hiss olunur. Yeni
parklar,
Xiyabanlar,
yollar,
körpülər,
dükanlar,
məktəblər,
yaşıllıqlar göz oxşayır.
Orada gördüyüm şəlalə
yaddaşımdan silinmir, məni hey
düşündürür.
Qazax şəhəri də
qədim adları qoruyub
saxlayır.
«Çınarlı»
məhəlləsi,
«Çala»
məhəllə,
«Çayqırağı»
və s.
Qazaxda şəhərin
mərkəzində bəlkə də
heç bir bölgədə
olmuyan şairlər parkı
diqqəti cəlb edir. Burada
parkın bir başında
M.V. Vidadinin,
M.P. Vaqifin
qoşa abidələri, o biri
başında Azərbaycan poeziyasının
bayraqdarı Səməd Vurğun
abidəsi qoyulub. Abidənin sağ
tərəfində lövhədə Azərbaycan
şeirindən bir parça
yazılıb.
«El
bilir ki sən
mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül
candan?
Azərbaycan, Azərbaycan!
Parkı gəzdikcə
Osman Sarıvəlli ilə «salamlaşırsan»
Sən əlinə
alma əsa,
90-nıda
basma yasa.
Hər kəs
yüz il yaşamasa
Günah onun
özündədir.
Misralarını istər-istəməz
pıçıldayırsan.
Mirvari Dilbazinin
abidəsi önündə dayanıb
baş əyirəm. Ona 23 il əvvəl
yazdığım
«Anna şair» şeirimin son
misraları məni tərpədir.
Mənim ürəyimdə
min nisgilim var,
Düşmənə nifrətim,
sonsuz kinim var.
Ay ana
şairim,
sənsiz kimim var,
Ana ol
qarşında durana, şair!
İstedadlı yazıçımız,
bacarıqlı müəllim, təəssübkeş vətənpərvər
İsamayıl İşıqlı ilə
üz-üzə
dayanıram.
«Sapı özümüzdən olan
baltalar»
ifadəsi yadıma düşür.
Mehdi Hüseyinin «Komisar» povestindəki «Allahu Əkbər»-dən
də bir xeyir
gördük cümləsi məni
keçən əsrin ortalarına
dartıb apardı.
Parkı gəzərkən
unudulmaz müəllimim Əhməd
Seyidovun büstü diqqətimi
çəkdi.
Əziz müəllimimin «qarşısında» xeyli dayandım,
o əzəmətə, o vüqara
baş əydim. Tələbəlik illəri
kinolenti kimi gözlərim
önündən keçdi, xatirələr çözələndi.
Xatırımdadır.
1955-ci il, 3-sü kursda
oxuyurduq,
artıq yay smestri
qapını kəsmişdi.
Əhməd müəllim
pedoqoji tarixindən imtahan
götürürdü.
Orasını da deyim
ki,
Azərbaycanda bu sahə
üzrə ilk alim
Əhməd Seyidov olub.
Sox zəif
oxuyan tələbə yoldaşım
Ömərov Ömər mənə
yaxınlaşdı.
o,
təbiətcə çox sakit
və mülayim idi. Ömərov
dedi:
-Gəlsənə
içəri birlikdə keçək, bəlkə
mənə köməyin dəydi.
Mən etiraz
etmədim.
Otağa daxil olduq. Professorun
qarşısındakı stolun üstünə
payız yarpaqları tək
səpələnmiş biletlər bizi
gözləyirdi.
Biz bilet çəkib
oturduq.
Professorun sıyahısına birinci
Ömərov düşdü. Professorla üzbəüz
oturduğumuza görə Ömərə
kömək etmək mümkün
olmadı.
Bizə verilən möhlət
tamam oldu.
Əhməd müəllim üzünü
Ömərə tutdu:
-Danış, görək, a
bala,
danış!
Ömərov başını aşağı
saldı,
suçlu adam kimi
gözlərini döydü. Əhməd müəllim
vəziyyəti belə görüb
dedi:
-a
səni anan ağlasın,
niyə dinmirsən? -adın nədi
ayə?
-Ömər
-Familyan?
-Ömərov
-Pəh-pəh, bu
ömərləri çoxmu istəyirsən,
ayə?
-hansı rayondansan, ay bala?
-Qazaxdanam,
professor!
-Damcılı
bulağın suyundan içmisənmi,
ayə?
-Bəli, içmişəm,
buz kimi suyu
var Damcılı bulağın.
Əhməd müəllim tərs-tərs
ona baxdı
-Haram
olsun o su
saa,
haram olsun! -Sənə bir «ud» (udatvaritelno) yazıram.
Ömərova da
elə bir «ud» lazım idi, sevincək
otaqdan çıxdı.
Növbə mənə çatdı. I
sualım M.F. Axundovun pedoqoji
görüşləri idi.
-Əlifbanın
banisi,
filosof,
ədəbiyyatşünas,
dramaturq,
ictimai xadim, ümumiyyətlə Axundova
nə desək yaraşar.
Əhməd müəllim mənalı-mənalı
üzümə baxdı, isteza ilə
dedi:
-Mən
Axundova bir əclaf
deyirəm,
yaraşırmı,
ayə?
Yaxşı,
danış,
danış!
Mən fikrimi yekunlaşdırdım,
aləvə suallara cavab
verdim.
–sənə
bir
«otl»
(otliçno)
yazıram,
ayə,
yaxşı cavab verdin.
Allah sənə rəhmət
eləsin,
əziz müəllimim!
O vaxtdan Damcılıbulağı
görmək arzusunda olmuşam.
Fürsəti fota
vermədən Damcılıbulağa getmək
istəyimi bildirəndə dostların
razılaşdı.
4 nəfər üz tutduq
Damcılıbulağa sarı. Bir xeyli
yol qət etdik.
Bu da
Damcılıbulaq,
çatdıq.
Sürücü Elxan maşını
əylədi.
Yusif həkim, Zülfüqar, Asif və
mən maşından düşdük. Bu
yer qüdrətdən yaranan
möcüzədir.
Qayaların sinəsindən damcı-damcı
süzülüb gələn su
vannanın içərisində rəqs
edir elə bil. Diş
göynədən,
saf sudan doyunca
içdik,
əl-üzümüzü
yuyub Oxay! Dedik, dərindən nəfəs
aldıq.
Mənə elə gəldi
ki,
1990-da Bakıda, 1991-də
Qarakənd yaxınlığında, 1992-ci
ildə Xocalı qırğınında
övladlarını itirmiş anaların
göz yaşlarıdır bu
damcılar…
Mənə demişdilər
əlli il qabaq,
Yurdu Daşsalahdı,
ünvanı Qazax.
Gələn qonaqları
heyran eyləyir,
Həyat çeşməsidir
Damcılı bulaq.
Yalçın qayaları
yarıb gəlibdi,
Hünər köhlənini
yorub gəlibdi.
Taleyin hökmüylə
çıxıbdı üzə,
Nə qədər
sifətlər görüb gəlibdi.
Bilmirəm mən
bura nə vaxt
gəlmişəm,
Niyə gözəllikdən
uzaq gəzmişəm.
Yaradan bəxş
edib bu suyu
bizə,
Bu gün
istəyimlə qonaq gəlmişəm.
Gəlmişəm yerlə
göy birləşən yerə,
Baş əydim
bulağa azı yüz
kərə.
Şərdən, şəbətədən uzaqdır,
uzaq,
Müqəddəs torpaqdır
bu dağ, bu dərə.
Dahilər yetirib
bu torpaq, bu su,
Azadlıq olubdu
elin arzusu.
Çoxları cəhd
edib,
amma nə fayda,
Hələ də
tapılmır evin oğrusu.
Vurğunun ilhamı
burda coşubdu,
Nişanlı qızlara
nəğmə qoşubdu.
Zümrüd yamaclardan
gül dərə-dərə,
Osman bu
yerləri hey dolaşıbdı.
Mehdinin həniri
duyulur burda,
Ürəkdən bağlıydı
Dilbazi yurda.
Günəşin nuruyla
nurlanan bulaq,
Sənə səcdə
edir yaxın da, yar
da.
Çalış sən
özünü sazaqdan qoru,
Yaradan, xoradan sızaqdan
qoru.
Göz dikən
çoxalıb sərvətimizə,
Sərvəti yaxından,
uzaqdan qoru.
O vüqarlı
qartal,
o ana ceyran,
Çəkir keşiyini
hər zaman, hər an.
Bülbüllər salınmır
bağlı qəfəsə,
Qəm yemə, dəyişib
gördüyün dövran.
O günlər
geriyə qayıtmaz daha,
Bəsdir həmdəm
olduq qüssəyə, aha.
Günahı olanlar
ortada gəzdi,
Günahsız insanlar
batdı günaha.
O vaxt
verəmmədik burda əl-ələ
Əydi qəddimizi
o ağır şələ.
Bu hicran
yanğısı yandırır bizi,
Bizsə yerimizdə
sayırıq hələ.
Zəhərli küləklər,
o qara yellər,
Əsdi gülşənimə
məhv oldu güllər.
Quldurlar apardı
elin varını
Düşdü bölük-bölük
çöllərə ellər.
Bir yer
axtarıram dərdimi böləm,
Elə bil
mey içib sərxoşdu
aləm.
Alçalmaq olarmı
alçaq düşmənə,
Ya gərək
yaşayam,
ya gərək öləm.
Dağılmış, talanmış kəndlər
görürəm,
Sahibsiz bərələr,
bəndlər görürəm.
Allahım, dərd göndər
düşmənimizə,
Keçilməz sərhədlər,
sədlər görürəm.
Ah-naləm əridir
torpağı,
daşı,
Damcılar nənəmin
axan göz yaşı.
Ya Rəbim, vüsət
ver haqq işimizə,
Yandı közə
döndü bağrımın başı…
Əzəldən olmuşam
gəzmək əsiri,
Unuda bilmirəm
o gözəl yeri
Eşq ana
südüylə hopub canıma,
Göz açıb
dünyaya gələndən bəri.
Doğma yurdlarımız,
yurd yerlərimiz,
Olublar sağalmaz
dərd yerlərimiz.
İlahi, nə ola
qayıda geri,
Gözəl yerlərimiz,
sərt yerlərimiz.
Çatmır harayımız
dosta,
sirdaşa,
Düşmən baharımı
döndərib qışa.
Mən nəyə
gərəyəm,
bilmirəm nəyə
Yararsız cürdəyəm
çırp məni daşa
Səməndər quşu
tək düşmüşəm tora,
Nə qədər
tab edim bu
intizara
Çaqqallar qudurub
baxmırlar sözə,
Didərginlik salıb
məni azara.
Göyləri dəng
edib qəlbimin ahı,
Nə çoxdur
Allahın axşam-sabahı.
Körpə sinəsinə
sancılıb nizə,
O məsum
körpənin nədir günahı?
Eloğlu, gedən gün
ömürdən gedir,
Bu qədər
yatmağın mənası nədir.
Niyə oxşamırıq
Mübarizə biz,
Hikkəm öz
içimdə özümü didir.
Vətənə məhəbbət
bildirsin hərə,
Düşmən boylanmasın
bu həndəvərə.
Güldü üzümüzə
xain nalbəndlər,
Bir vaxt «kirvə» dedik
kirvəsizlərə.
Göylərə baş
çəkir burda çinarlar,
Burda sığal
çəkib hər gülə
bahar.
Baxdıqca laləyə, zərif
nərgizə,
Dolur ürəyimə
sevinc,
iftixar.
Bura mələklərin
ibadət yeri,
Bura şirin
edir şirin dilləri
Gətirib çilədi
su üstümüzə
Növcavan, can alan
bir gözəl pəri.
Gözəllik ağlımı
başımdan alır,
Damcılar ilişib
gözümdə qalır.
Baxıram əl
çatmaz,
ün yetməz dağa,
Təbiət sazında
min hava çalır.
Qayada parlayan
parlaq incilər,
Gələnin üstünə
səpir inci, zər.
Qoyunlar, quzular haylanır
düzə,
Burda sütül-sütül
kabab çəkilir.
Oturub dostlarla
nahar eylədik,
Pislikdən savayı
nə var, eylədik.
Başımız qarışdı
ocağa,
közə,
Qüssəni, kədəri kənar
eylədik.
Durub seyr
edirəm bayaqdan bəri,
Asifi, Yusifi bir
də zərgəri.
Yenidən süzüldü
mey qədəhlərə,
Kababın öz
yeri,
meyin öz yeri.
Mənə sadiq
olub sevdiyim pəri,
Könlüm istəməyib
özgə dilbəri.
Evimə bərəkət
gətirib,
inan,
Əlimin qabarı, alnımın
təri.
Həyatın mənası, nəşəsi, dadı,
Harda zəhmət
varsa,
bil ki ordadı.
Yadlar haram
qatdı qismətimizə,
Damcılı, yaxına buraxma
yadı.
Namərdə nəğmələr
qoşmaz ürəyim,
Şəhvətdən kükrəyib
daşmaz ürəyim.
Şorgözlük ləkədir
ülfətimizə,
Özgənin eşqiylə
coşmaz ürəyim.
Burda sözlə
məni doyurmaq çətin,
Burda uşaqları
buyurmaq çətin.
Ya Rəbbim, gəlməsin
sel üstümüzə,
Dodağı bulaqdan
ayırmaq çətin.
Əgər ki, unutsam
mən bu bulağı,
Tökülsün üstümə
göylərin tağı.
Kefimi qaldırdı
doxsana,
yüzə,
Mənə hünər
verdi yaqut dodağı.
Ayrılıb gedirəm,
bir də ya
qismət,
Bizi görüşdürə
ana təbiət.
Tikanlı ayaqdan
tikan çıxarmaq,
Həm hünər
istəyir,
həm də cəsarət.
Dilbər təbiətin
sərin sərbəti,
Ayrıla bilmirəm
buz dodağından.
Səndədir eşqimin
gucu,
qüdrəti,
Dodağın şirindi
qız qoqağından.
Gəl kənar
eyləmə məni özündən,
Gözlərim nur
alır dünya gözündən.
Əyilib öpəndə
ayna üzündən,
Süzülür qəlbimə
söz dodağından.
Əzəldən vurğundu
Əvəz hüsnünə,
Tapılmaz dünyada
əvəz hüsnünə.
Öpüm dodağından
qoy dönə-dönə,
Qalsın dodağımda
iz dodağından.
Burada istirahət etmək
üçün hər cürə
şərait var. Oturmaq üçün
skameykalar,
yağışdan-yağmurdan
qorunmaq üçün daldalanacaqlar,
kabab bişirmək üçün
manqallar və s. Var
olsunlar bu şəraiti
yardanlar.
Qazax camaatı
çox səmimi camaatdı.
Bir-biri
ilə Qazax ləhcəsində
danışıqları adama ləzzət
verir.
Məzəli əhvalatlar, lətifələr söyləyirlər.
Maraqlı odur ki, həvəslə
işləyən cavanlardan kimi
dindirsən deyir-Cəfərin oğluyam.
Bu münvala Cəfərin
15 oğlu oldu. Cəfər kişi
ilə qabaq-qənşər oturmuşdum.
Yerli camaat ona
Bal Cəfər deyirdilər.
Çoxdandı arıçılıqla məşğuldur.
Bal Cəfərdən çox
əhvalat danışdılar, lakin mənim
xoşuma gələn əhvalatı
yazıram.
Bal Cəfər
bazarda bal satırmış.
Onun dostlarından biri
Cəfərin tanımadığı adama
pul verir və
göstərir ki, get o
bal satan kişidən
mənə yarım kilo
bal al, gətir. Mən onunla
danışmıram,
küsülüyəm.
Yad adam gedir, balı
alır,
gətirir verir Həsənə. Həsən
bazarın o başından
fırlanır gəlir Cəfərin
yanına:
-Ayə, a
Cəfər,
bazarın o başında
bir nəfər bal
çatır.
Mən də ondan
yarım banka bal
almışam,
sən bal tanıyırsan,
bax gör bu
necə baldı? Cəfər barmağını
bala batırıb süzdürür.
Həsənin üzünə baxıb
deyir:
-Arının
bu baldan xabarı
varsa,
atama lənət!
Mənlə qabaq-qənşər oturanlardan
biri də Məmməd
kişi idi. El arasında
ona Fırıldaq Məmməd
deyirlər.
-Fırıldaq
Məmməd bir gün
bazarda fırlanır, ora-bura vurnuxur,
əlinə bir şey
keçmir.
Görür möhkəm acıb, cib
də boş.
Üzünə üz bağlayır,
gəlir kababxanaya, bir şiş
kabab sifariş edir. Kabab
gəlir,
Məmməd iştahla yeyir və
durub əkilmək istəyəndə
kababçı onun qabağını
kəsir:
-Kababın
pulunu verməmiş harıya
edirsən,
ayə?
Məmməd qımışa-qımışa:
-Ayə, a
bala,
axı pulum yoxdu!
Kababçı əlini boş
qoyur,
Məmmədə bir tərs
sillə tutuzdurur.
Məmməd gedir. Ertəsi gün
nahar vaxtı həmin
kababxanaya gəlir Fırıldaq
Məmməd.
O,
sifətini göstərir:
Savalan,
a bala dünənki
qiymətə bir şiş
kabab verirsənmi maa?
Ay sənin məzən
ölsün,
Məhəmməd…
Qazaxda xoşuma gələn
cəhətlərdən biri də
adamların xeyirdə, şərdə bir-birinə
ürəkdən kömək etmələridi.
Heç kəs heç
kəsi buyurmaz. Hərə öz
işin bilir.
İştirak etdiyim toy
məclisində adamaların yeyib-içmələrinə
heyran oldum. Çox səmimi, mehriban,
deyən-gülən, zarafatçıldılar.
Xoş rəftar elə
bil adamların boyuna
biçilib.
Mən şəhər toyları
ilə kənd toyları
arasında az fərq
gördüm.
Fərq də ondan
ibarət idi ki, şəhər
toylarında israfçılıq həddən
ziyadədir.
Gül kimi yeməkər
zibilxanaya atılır, yaxud köhnəlmiş
yeməklər təzə kimi
adamlara verilir. Bir fərq
də odur ki, kənddə
kim hanısı havanı
oynayırsa o hava
çalınır.
Bir neçə dağ
kəndlərində oldum, erməni quldurları
tərəfindən işğal olumuş, dağılmış
kəndləri gördüm. 7 kəndin əhalisi
hələ də qaçqın, köçkün
vəziyyətində yaşayırlar. «Göylərə baş
çəkən Göyəzən dağına
yaxından tamaşa etdim». Allahın
möcüzəsidir.
Qayaların sinəsində bitən
əncir,
zeytun,
dağdağan ağacları adamı
heyrətə gətirir.
Damcılı bulaqdan
götürdüyüm buz kimi
suyu içə-içə Sumqayıta
qayıtdım.
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий