Torpağına qarışmadım, atam, hey!


Torpağına qarışmadım, atam, hey!


Bu il yenə gələmmədim qoynuna,
Minəmmədim Dəvədaşın boynuna.
Yaman düşdüm bu gərdişin oynuna,
Öz elində səksəkəli yatan hey!
Neyləyim ki, bu gün sənə yadam, hey!

Məzarını ziyarətə gəlmədim,
El yolunda axı niyə ölmədim?
Ürəyindən keçənləri bilmədim,
Torpağına qarışmadım atam, hey!
Neyləyim ki, bu gün sənə yadam hey!

Qarı- düşmən bostanıma daş atdı,
Arzularım yavaş-yavaş pas atdı.
Deyib- gülmək indi mənə kasaddı,
Tapılmadı yurdumuzu satan hey!
Neyləyim ki, bu gün sənə yadam hey!

Lələdağ pozarmı əhdi-peymanı,
Ayrılıq dərdinə taqətim hanı?
Sadağa eylərəm Vətənə canı,
İlqarından heç dönərmi adam hey!
Neyləyim ki, bu gün sənə yadam hey!




15.03.2011

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri