Ay gözəl
Ay gözəl
Bu sevdamız gizli-gizli ötüşdü,
Xiffət etdim, ürəyimə xal düşdü.
Arzularım həsrət ilə görüşdü.
Bu halətdən içim yandı, ay gözəl.
Ay mələyim,göydə sənsən, yerdə mən,
Hilal qaşa dönüb baxdım bir də mən.
Misqal-misqal əriyirəm burda mən,
Can neyləsin, yanhaydadı, ay gözəl.
Əzəl gündən məhəbbətə qul oldum,
Eşq oduyla alovlandım, kül oldum.
Gözəllərin gülşənindən
qovuldum,
Görənlər halıma yandı, ay gözəl.
Nələr gördüm mən bu nahaq dünyada,
Cəhrə kimi sınıq-salxaq dünyada.
Lələdağa nə qalacaq dünyada,
Nə o yandı, nə bu yandı, ay gözəl.
Комментарии
Отправить комментарий