Yar, a yar
Yar, a yar
Dözmək olmur hicranına, a zalım,
Çalışırsan səndən murad az alım.
İnsafdırmı yana-yana a zalım,
Cəllad olub qəsd edərmi yara, yar.
Ay bimürvət unudarmı yarı yar,
Gəl dərdimi, sevincimi yarı yar!
Sevən aşiq əsillidən yarıyar,
Bədəsildən uzaq dolan yar, a yar.
Gül fəslində bülbül qonar budağa,
Həsrətindən ahım düşdü bu dağa.
Sinə gərək tab gətirə bu dağa,
Göz-göz olub qəlbimdəki
yara, yar.
Комментарии
Отправить комментарий