Yenə qayıdaydı


Yenə qayıdaydı

Yenə qayıdaydı o yaz gecəsi
Yenə görüşünə gələydim gülüm
Yenə başlayaydı o naz gecəsi
Sevinəydim gülüm, güləydim gülüm.

Yenə qayıdaydı o yaz gecəsi
Yenə nurlanaydım baxışlarında
Xoşbəxt taleyimin o saz gecəsi
Qəlbimə axaydı göz yaşların da.

Yenə qayıdaydı o yaz gecəsi
Mənə zillənəydi o qoşa ulduz.
Məhəbbət dünyası o saz gecəsi
Bizi qısqanaydı yenə qonşu qız.

Yenə qayıdaydı o yaz gecəsi
Budaqlar üstümə kölgə salardı
Sənə ürəyimi açanda, gülüm
Yarpaqlar ahəstə pıçıldayaydı.

O aylı gecənin ulduzlarından
Qoparıb telinə duzəydim gülüm
Şikarım olaydın, ovçum olaydın,
Gəlib keçidini kəsəydim, gülüm.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal