İşıqlı dağ


İşıqlı dağ

Sən bu dağa hörmət ilə qədəm bas,
Anaların laylası var bu dağda.
Kəkliklərin nəğməsinə qulaq as,
Gözəlliyin mənası var bu dağda.

Əzəl gündən oğlu, qızı vəfalı,
Yaşıl donlu yaylaqları səfalı.
Cincilimi, baldırğanı şəfalı,
Min bir dərdin dəvası var bu dağda.

Qəərə  çıx, qılınc kimi yala bax,
Gədikləri qucaqlayan yola bax.
Qoyun-quzu halqalayan gölə bax,
Yan tütəyin sədası var bu dağda.

Bulaqları gözəllərin gözləri,
Dərələri igidlərin diz yeri.
Qayaları Koroğlunun şeşpəri,
Qartalların yuvası var bu dağda.

Duman gələr, çən sürünər qaşına,
Şahin uçar, laçın qonar daşına.
Əvəz çıxa Ağbulağın başına,
Onun şirin butası var bu dağda.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri