Vətən başını dik tut
Vətən başını dik tut
Namusumsan,
qeyrətimsən,
arımsan,
Mənə
doğma,
yaxınımsan,
yarımsan.
Dövlətimsən,
sərvətimsən,
varımsan,
Vətən, qurban olum, başını dik tut.
Gözlərinin qorasına qurbanam,
Ürəyinin yarasına qurbanam,
İgidlərin nərəsinə qurbanam,
Vətən, qurban olum, başını dik tut.
Göyçə getdi əlimizdən dinmədik,
Axdı yaşlar gözümüzdən, dinmədik,
Şəhid olduq sözümüzdən dönmədik,
Vətən, qurban olum, başını dik tut.
Axdı anaların qanlı göz yaşı,
İçimi göynədir şəhid başdaşı.
Çox vaxtsız itirdi bacı qardaşı,
Vətən, qurban olum, başını dik tut.
Oğulların səsi gəlir məzardan
Görən nə vaxt qurtararıq azardan,
Yalvarıram salma məni, nəzərdən
Vətən, qurban olum, başını dik tut.
Gedirəm döyüşə silah əlimdə,
Azad olsun torpağım da, elim də.
Lələdağam, adın gəzir dilimdə
Vətən, qurban olum başını dik tut.
1992
Комментарии
Отправить комментарий