N. Gəncəvinin əxlaqi-etik baxışları
N. Gəncəvinin əxlaqi-etik baxışları
Nizami yaradıcılığının
sirri nədədir?
Nə üçün
870 illik dövrdə şairin
yaradıcılığı öz təravətini itirməmiş,
əksinə daha da
güclü marağa səbəb
olmuşdur. Çünki Nizami
ümumbəşəri ideyalar carçısıdır. Millətindən,
irqindən, cinsindən asılı olmayaraq
bütün bəşər övladının
hiss və həyəcanı, istək və arzuları
onun şer və
poemalarının qanını və canını
təşkil edir.
Nizami yaradıcılığında insana yüksək
qiymət verilir.
Onun işi,
əməli, xeyirxalhlığı,
eşqi, sevgisi hədsiz
bir məhəbbətlə təsvir olunur. Nizami insanı sevir, onun böyüklüyünə inanır,
şairin fikrincə insan sayıqlığını
itirəndə onun böyüklüyü kiçilir,
heçə enir.
Orta əsrlərin bütün müəlliflərində
olduğu kimi Nizami
qəzəllərində də mey çox
vəsf olunur.
Nizaminin əsrlərində meyə, insana sevinc, fərəh, şadlıq gətirən, onu həyata bağlayan
bir varlıq kimi
baxılır. Bütün yer
üzünün əşrəfi olan
insan üçün hər
şey məqbuldur.
Amma ölçüsündə.
Təsadüfü deyil ki,
şair:
Sözün də
su kimi lətafəti
var,
Hər şeyi
az danış,
daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da. –
-deyir. Ona görə də şairin meyə, meyxanaya da münasibəti çox konkret və realdır. Şeyx Nizami insanları bütün təbiətin nemətlərindən istifadə etməyə çağırsa da, meydən, şərabdan istifadəyə ehtiyatlı yanaşmağı tövsiyyə edir. O insanları sərxoş olmaqdan qorumağa çalışır.
İçməyə hüşray etməz, o içdiyin mey səni.
Gedər əldən varlığın şərab eylər key səni.
Sərxoşluğa uyan kəs ələm çəkər, ömürlük,
Aqilliyin üstündən qələm çəkər, ömürlük.
Nizami göstərir ki, artıq dərəcədə qəbul edildikdə ən həyalı, abırlı, əxlaqlı adamı da mey keyləşdirə bilər. Həya-abır yoxa çıxar, ağıl öz yuvasından küsər, baş götürüb gedər.
Sərxoşluq həyanı qaçıran zaman,
Ağıl baş götürüb çıxır aradan.
Deməli, sərxoşluq insanı müvəqqəti olaraq öz dünyasından, ağıl dünyasından uzaqlaşdırır, ağılsızlaşdırır onu dəli olmaq səviyyəsinə endirir.
Hər kəsin başını qızdırsa şərab,
Anlamaz duzludur, ya şitdir kabab.
Sərxoşluq insanı gözəl əməllərdən çəkindirir, onu gözəlliyi duya bilməmək vəziyyətinə salır. Bax, burada insanın mənəvi faciəsi baş verir. Hər şey insanın gözəlliyi duyması üçün ondan bəhərlənməyə, səfərbər edildiyi vaxt birdən bütün bunlara biganəlik… Ona görə də şair tövsiyyə edir ki, şərabdan bacardıqca qaçmaq gərəkdir. Şərab, mey təkcə
insanın özünə əziyyət
versəydi, birtəhər keçinmək olardı.
Bu, başqalarını
da narahat edir, insanı qohum-qonşu ilə,
tanış-bilişlə üz-göz edir.
Çox sərxoş
qıfılı özü açar
şad,
Ayılıb oğrudan
eyləyər fəryad.
Bu iki
misrada Nizami çox
böyük mətləbləri ifadə etmişdir. Ağına, bozuna baxmadan
şərab içən,
axşam kefi kök
evinə qayıdan,
qapısını özü öz əli
ilə açıb içəri
girir, sabahı ağıl
başına gələndən sonra isə
dad-fəryad
qoparır, evinə oğru
girdiyini iddia edir.
Beləliklə, insanlar narahat olurlar. Kimdənsə narazı qalanlar oğru misalında
görsənər. Ən böyük
oğru, cani isə
şəraba alüdə olandır. Nizami Gəncəvi bir
toy ziyafətindən bəyin sərxoş
olmasını özünə yeddi yerdən
bəzək vurmuş sərf
boylu, qəddi-qəməti, təzə gül
kimi ətirli,
qonu cənnət qoxulu, yerişi dağ kəkliyi
kimi, camalı ay, gözləri
alma, qaşları kaman, beli kaman,
üzü hind qozu
tək qırış-qırış, ağzı tabaq, dodaqları və ovurdu köhnə
qəbir, əlləri kösöv, kiprikləri tökülmüş, gözləri bərədə
qalmış bir qartımış
qarını seçə bilməməsindən
söhbət açır.
Dalbadal piyalə doldurub
içdi,
Bu təhər
gecədən bir xeyli
keçdi.
Bir zaman
gəldi ki,
məclis bitərək,
Bəy gəlin
yanına gedəydi gərək.
Bəy sərxoş
olaraq qaldı yerində,
Onu apardılar
çiyinlərində.
Göründüyü kimi şəraba
aludəçilik gəncin əhvalını korlayır.
Sevgilsinin yanına görüşə,
ixtilata getmək əvəzinə əhatisindəkilərin
qolları üstündə getməli
olur. Məlumdur ki,
bu da xalqımızın
adət-ənənələrinə ziddir.
Bu tərbiyəvi hekayətin müasirlik baxımından da çox
böyük əhəmiyyəti vardır.
Müasir gənclik də
şairin əxlaqi-etik görüşlərindən faydalanmalıdır.
Bədii və
fəlsəfi təfəkkürümüzün işıqlı ədəbiyyatı
yaradan Şeyx Nizami
eyni zamanda bütün
bəşəriyyətə mənsub sənətkardır.
Ona görə də
bəşəriyyət və onun mədəniyyəti
yaşadıqca Nizami Gəncəvimiz də yaşayacaqdır.
Əvəz
Mahmud
Lələdağ
Комментарии
Отправить комментарий