Tarixin unudulmaz səhifələri
Tarixin unudulmaz səhifələri
1988-ci ilin
fevralın
27-29-da Sumqayıtda baş
vermiş hadisələri yaxşı
xatırlayıram,
onlar bilavasitə gözlərimiz
qarşısında baş vermişdir.
Tariximizin ən qara
səhifələrindən olan həmin
faciəvi günləri və
arzuolunmaz hadisələri unutmaq,
onun üstündən sükutla
keçmək mümkün deyildir.
O günləri
xatırlayarkən və əslində
heç vaxt unudulmayan Sumqayıtımızda baş
vermiş hadisələri həmişə
eyni suallar ətrafında
fikirləşirəm.
Erməni acgözlüyünün və
nankorluğunun nələrə qadir
olduğuna daha çox
əmin oluram.
Yaddan çıxarmamaq
lazımdır ki, artıq neçə
əsrdir ki, ermənilər bizə, türklərə,
iranlılara,
gürcülərə,
ruslara qarşı torpaq
iddiaları edirlər və
bu iddialarındın həyata
keçirilməsində bizimlə mübarizədə
ərazilərimizi başqa dövlətlərinmi,
millətlərinmi deyim, gücü ilə, qarış-qarış
da olsa, ala-ala gəlirlər
və artıq qafqazlı
olmayan bu xalq
burada,
Qərbi Azərbaycan torpaqlarında
«Ermənistan»
adlı bir dövlət
də yarada bilmişdir.
Özlərini dünyaya
Qafqaz xalqlarından biri
kimi təqdim edən
ermənilər,
bizi bura gəlmiş
köçərilər elan edərək, dünyanın
gözləri qarşısında xalqımıza
qarşı bir əsrdən
çoxdur ki, açıq-aşkar soyqırım
siyasəti aparırlar. XIX əsrin
sonu XX əsrin
əvvəllərindən başlayaraq üç
dəniz arasında guya
mövcud olmuş «Böyük Ermənistan»ı
yenidən bərpa etmək
iddiasına düşmüş erməni
ideoloqlarının həmin iddialarının
özü də ermənilərin
qafqazlı olmamalarını açıq-aşkar
sübut etsə də, ermənilərin
bu acgöz iddialarına
dünyanın güclü dövlətləri
də göz yummuşlar
və yumurlar. Fikir verin, ermənilər
həm Balkan yarımadasına,
həm Türkiyəyə, həm Suriya
və İraqa, həm İrana, həm
Azərbaycana və Gürcüstana
və hətta Rusiya
və Ukraynaya belə
torpaq iddialarındadırlar. Belə çıxır
ki,
onlar,
həm balkanlı, həm türkiyəli,
həm suriyalı, həm iraqlı, həm
iranlı,
həm azərbaycanlı, həm gürcüstanlı,
həm rusiyalı, həm ukraynalıdırlar
və bütün bu
ərazilərdə ermənilər yaşayırmışlar,
digər xalqlar isə «bu
yazıq ermənilərin torpaqlarına
soxulublar,
gəliblər»
və indi burada
ermənilər öz hakimiyyətlərini
bərqərar etməli, ağa statusunda
olmalı,
digərləri isə ya
buradan çıxıb getməli,
ya da məhv
edilməlidirlər.
Məhv edilməlilərin siyahısında
isə başda türklər
və biz azərbaycanlılar
gəlirik.
Hitlerin faşist ideologiyası
ilə ermənilərin bu
ideologiyası arasında fərq
görmürəm.
Ermənilər bəlkə də
buna fikir verməyiblər,
əks halda Hitlerin
də müəllimi olmalarına
iddia edərdilər. Erməni faşizmi
haqqında tarix çox
məlumatları özündə saxlayır.
Təkcə keçən
XX əsrin 1905-1907, 1918-1920,
1948-1953, 1968, 1987-1993-cü illərinin hadisələrini
xatırlamaq kifayətdir ki, erməni
ekspansionizminin, faşizminin miqyası
barədə təsəvvür yaransın.
Xalqımız ayrı-ayrı dövrlərdə
dəfələrlə ermənilərin terror
aktlarının qurbanı olmuş, öz
doğma yurd-yuvalarından didərgin
salınmışlar.
Erməni faşistlərinin bu
siyasəti nəticəsində soydaşlarımız
tarixi dədə-baba torpaqlarından,
isti ocaqlarından qovuldular,
onların yurdu ermənilər
tərəfindən zəbt olundu
və ermənilərin ölkəmizə
təcavüzü hələ də
davam edir.
Qeyd olunan
belə bir şəraitdə,
yəni erməni ekspansionizminin
tüğyan etdiyi 1988-ci
ildə bildiyimiz kimi
hələ vahid Sovet
İttifaqının tərkibində olduğumuzdan
erməni ideoloqları ümid
edirdilər ki, ətrafı ermənilərlə
və ermənipərəst başbilənlərlə
dolu olan Qorbaçovun
köməkliyi ilə asanlıqla
DQMV adlanan Azərbaycan
ərazisini alıb Ermənistana
birləşdirə biləcəklər. Amma onlar
yanılmışdılar,
Azərbaycan xalqı buna
inadlı müqavimət göstərdi
və ovaxtkı Sovet
rəhbərliyi də bunu
başa düşdüyündən ermənilər
arzularına çata bilmədilər.
Belə olduqda onlar
yeni fitnəkarlıqlara əl
atdılar.
Məqsədləri Ermənistan adlanan
ərazilərdən azərbaycanlıları qovmalarına
haqq qazandırmaq, bundan sonrakı
dövrdə edəcəkləri cinayətləri
ört-basdır
etmək idi.
Məhz belə
bir şəraitdə, 1988-ci
ilin fevralın 27-29-da
Sumqayıt şəhərində Ermənistanın
azərbaycanlıları öz dədə-baba
torpaqlarından qovmaq, Dağlıq Qarabağı
tələb etmək kimi
haqsız tələblərinə qarşı
keçirilən mitinqlər zamanı
ermənilər öz təxribatçıları
vasitəsilə burada yaşayan,
erməni-faşist
ideologiyasını qəbul etməyən,
onların xüsusi fondlarına
pul köçürməyən və
bundan imtina edən
ermənilələrin evlərinə basqınlar
təşkil edərək öz
qara niyyətlərinə çatmağa
çalışdılar.
Bədnam qonşularımızın məqsədləri
beynəlxalq arenada ölkəmiz
haqqında mənfi rəy
formalaşdırmaq idi və
müəyyən mənada Sumqayıtda
öz soydaşlarına qarşı
bir neçə yaramaz
azərbaycanlının əlləri ilə
törətdikləri bu faciə
ilə öz istəklərinə
müvəqqəti də olsa, çata
bildilər.
Amma fakt – faktdır, Sumqayıtda ermənilərin
qətlinə fərman verən, onu
yerinə yetirənlərin başında
duran və bilavasitə
icra edən də
ermənilərin özləri idi.
Eyni zamanda
hesab edirəm ki, ermənilərin
intəhasız torpaq iştahalarının
qarşısını almaq o
vaxtkı Sovet rəhbərliyi
üçün bəlkə də
çətin deyildi. Sadəcə olaraq
Sovet İttifaqının çökməsinin
labüdlüyü barədə proqnozlara
inananlarla bu proqnozlara
rəğmən Sovet İtttifaqını
qoruyub saxlaya bilmək
istəyənlərin hərəkət metodları
üst-üstə
düşdüyündən ermənilərin arzularına
rəvac verilmişdi. Sovet İtttifaqını
qoruyub saxlaya bilmək
istəyənlərin fikrincə ermənilərə
bir qədər imkan
verib onların azərbaycanlılarla
«dalaşmasına»
şərait yaratmaq, sonra isə
mərkəz tərəfindən «dalaşanları ayırıb»,
«vahid Sovet dövlətinin»
zəruriliyini sübut etmək
mümkün idi. Sovet İttifaqını
dağıtmaq istəyənlər üçünsə
erməni-Azərbaycan
münaqişəsi bir sınaq
idi.
Bu sınaq müvəffəqiyyətlə
həyata keçirildikdən sonra
Sovet İttifaqı ərazisində
sonrakı illərdə bir
neçə milli münaqişə
faktlarının baş verməsi
dediklərimə sübutdur. Hər halda
Sovet rəhbərliyinin hansı
niyyətlə olur-olsun müttəfiq
respublikalarda millətlərarası təxribatlar
törətməsi xalqlara faciədən
başqa heç nə
gətirmədi.
Ermənilər artıq
ikinci əsrdir ki, bütün
dünyaya car çəkirlər
ki,
guya türklər birinci
Dünya müharibəsi zamanı onlara
qarşı
«soyqırımı»
törətmişlər.
Ermənilər əvvəlcə bu «soyqırımı»nın
qurbanlarının sayını 150-200 min
nəfər göstərmişlər. Son dövrlərdə
bir yerdə oxudum
ki,
ermənilər indi yazırlar
ki,
sən demə türklər
18-20 milyon ermənini «soyqırımı» yolu ilə
məhv ediblərmiş. Bu kimi
yalanlarla ermənilər beynəlxalq
aləmdə Türkiyənin təklənməsi,
ona qarşı ictimai
rəy yaradılması, Türkiyənin ermənilərin
xeyrinə müəyyən güzəştlərə
getməsi və nəhayət
torpaqlarının böyük bir
hissəsinin alınıb onlara
verilməsinə nail olmağa
çalışırlar.
«Sumqayıt hadisələri»
də ermənilərin Azərbaycandan
eyni tələbləri etməsi
üçün şərait yaratmalı
idi.
Ona görə də 1985-ci
ildən başlayaraq «yenidənqurma» siyasəti adı
altında sərhədlərini genişləndirə
biləcəkləri ümidində olan
ermənilər özlərinin də
gizlətmədikləri kimi «siyasi» tələblər irəli
sürdülər:
Dağlıq Qarabağ Muxtar
Vilayəti Azərbaycandan alınıb
Ermənistana verilsin. Lakin Azərbaycan
xalqı bu «siyasi» tələblərin siyasi
cavabını da verdi. Ermənilər
ümidlərinin boşa çıxdığını
görüb dünya ictimaiyyətində
azərbaycanlıların mənfi imicini
formalaşdırmaq üçün müxtəlif
xalqların nümayəndələrinin birgə
yaşadığı Sumqayıt şəhərində
öz soydaşlarına qarşı
ağlasığmaz cinayət törətdilər.
Mən bir şeyə
diqqəti cəlb etmək
istəyirəm.
Əgər azərbaycanlılar başqa
xalqlara qarşı belə
dözümsüzdürlərsə, nə üçün
onlar burada yaşayan
ruslara,
ləzgilərə,
yəhudilərə və qeyrilərinə
qarşı eyni hərəkətləri
törətməmişlər?
Axı,
ermənilərin təbirincə, şərait yaranmışdı.
Zərər çəkənlər isə
məhz ermənilər olmuşdur
və səbəb də
aydındır,
onların ünvanları qabaqcadan
təxribatçılara məlum olmuşdur.
Mən xatırlayıram ki, həmin
dövrdə erməni kütləvi
informasiya vasitələri, habelə erməni
millətçilərinin Moskvadakı nümayəndələri
İttifaq radio və
televiziyasından və mətbuat
səhifələrindən car çəkirdilər
ki,
onlarda bütün Sumqayıt
hadisələrinin videoçəkilişləri vardır
və onlar bu
videogörüntüləri nümayiş etdirməklə
hədələyirdilər.
Hadisələrin baş verdiyi
günlərdə biz burada
eşidirdik ki, binaların yuxarı
mərtəbələrinin balkonlarından, damlardan ayrı-ayrı
şəxslər videoçəkilişlər aparırlar,
amma bunları «şayiə» hesab edirdik,
inanmırdıq.
Daha sonra, yəni Moskvadan
gəlmiş istintaqçıların istintaq
apardıqları dövrdə məlum
oldu ki, damlarda videokameraların
bərkidilməsi üçün, metal konstruksiyalardan,
necə deyərlər, stasionar, üçayaqlı ştativlər
tapılmışdı.
Yəni hadisələri planlaşdıranlar
onların videolentə alınmasını
da planlaşdırmışdılar və
bunu həyata da
keçirmişdilər.
Mən həmişə fikirləşirəm:
ermənilər deyirlər ki, bunu
azərbaycanlılar təşkil edib
və törədib. Bu fikirlə
razılaşsaq,
onda ermənilərin bundan
xəbəri olmamalı idi, yəni
videoçəkilişlər aparmaq onların
ağlına gəlməzdi, bunun üçün
damlarda stasionar çəkilişlər
aparmaq üçün ştativlər
quraşdırmazdılar. Azərbaycancanlılara isə
bu çəkilişlər qətiyyən
lazım deyildi, kim öz
ayıblarını çəkib sonra
ermənilərə verər ki, bizi
biabır edin. Yəni birmənalı
olaraq belə nəticəyə
gəlirəm ki, videoçəkilişlər aparmaq
ideyası ermənilərə aid
olmuşdur.
Bəzən deyirlər ki, bunu
Sovet KQB-si də
edə bilər. Lakin yenə
də fikirləşirəm ki, KQB-nin
bu işdə əli
olmamış olsa da, belə
ki,
onlar bu millətlərarası
münaqişəyə şərait yaratmağa,
hadisələrin baş verməsinə
imkan verməyə görə
məsul olsalar da, gizli
videoçəkiliş aparmaq onların
marağında deyildi, bu, məhz erməni «zakazı» olduğu
üçün videoçəkilişlər damlardan
aparılmışdır.
Bundan əlavə, hətta videoçəkilişlər
KQB və ya
Azərbaycan tərəfindən aparılmış
olsaydı,
onlar həmin videoçəkilişləri
ermənilərə verməzdilər ki, sonra
özlərinin biabır edilməsinə
şərait yaratsınlar. Yəni hara
döndərsən,
erməni
«barmağı»
açıq-aydın
görünür.
Məsələn danışırdılar
ki,
sumqayıtlı olmayan, qara geyimli,
özlərini
«Ermənistandan qovulmuş azərbaycanlılar»
kimi qələmə verən
şəxslər camaat arasında
ermənilər əleyhinə təbliğat
aparır,
adamlara araq və
güclü təsiredici həblər, narkotiklər
paylayır,
onları ermənilərin yaşadıqları
mənzillərə aparır və
erməniləri öldürtdürürlər. Yenə də
inanmağımız gəlmirdi ki, bu
düşünülmüş şəkildə hazırlanmış
əməliyyat ola bilər. Fikirləşirdik
ki,
ola bilsin bu
şəxslər əzizlərini itirmiş
ermənistanlı azərbaycanlılardır. Amma heç
kəsin də ağlına
gəlmirdi ki, fikirləşsin: Ermənistandan gələn
azərbaycanlılar Sumqayıtda yaşayan
ermənilərin ünvanlarını haradan
öyrəniblər?
Amma xatırlayıram
ki,
hələ Sumqayıt hadisələrinə
qədər biz şəhərdə
ekstremist fikir daşıyıcıları
olan erməni sakinlərin
olması barədə məlumatlar
eşidirdik.
Sumqayıtda da Ermənistanda
yaranmış bədnam «Qarabağ» Komitəsinin, «Krunk»un ardıcılları
var idi, onlar buradakı
ermənilərdən həmin Komitənin
və erməni təşkilatının
fəaliyyəti üçün pul
toplayır,
erməni vətəndaşlardan Qarabağın
Ermənistana verilməsi üçün
imza toplayırdılar. O vaxtkı
partiya və hökumət,
hüquq mühafizə orqanları
isə buna barmaqarası
baxır,
göz yumurdular, fikirləşirdilər ki, necə
deyərlər:
«it hürər, karvan keçər», ermənilər
danışıb,
danışıb,
axırda yorularlar və
hər şey qurtarar.
Amma ermənilər aranı
qızışdırmaqdan yorulmurdular.
Sumqayıt hadisələrini
törətməklə ermənilər güclü
informasiya blokadasına alınmış
Azərbaycanı bir küncə
sıxmağa,
özlərini isə bütün
dünyaya
«yazıq»,
«məzlum»
bir millət kimi
təqdim etməklə, bu səbəbdən
ermənilərin azərbaycanlılarla bir
yerdə yaşamalarının qeyri-mümkünlüyü
barədə fikir formalaşdırmağa
çalışırdılar.
Bəhanə də var
idi,
dünya ictimaiyyətinə belə
bir informasiya sızdırılmışdı
ki,
guya Ermənistandan azərbaycanlılar
özləri qəsdən qaçıb
Azərbaycana,
ələlxüsus da Sumqayıta
gedir və ermənilərin
onları incitmələri barədə
yalan məlumatlar yayırlar
və guya bu
yalan məlumatlar nəticəsində
azərbaycanlılar öz rəhbərlərinin
tapşırığı ilə ermənilərə
qarşı
«soyqırımı»
törədiblər.
Göründüyü kimi eyni
ssenaridir.
Lakin məsələ burasındadır
ki,
yerli partiya və
sovet orqanlarının, habelə hüquq-mühafizə
və dövlət təhlükəsizlik
orqanlarının Moskvaya sözsüz
tabeliyi şəraitində onların
guya azərbaycanlı əhalinin
erməni əhaliyə qarşı
hansısa planlı hərəkət
etməsi mümkün deyildi.
Faktlar bunu deməyə
əsas verir ki, hadisələr
ərəfəsində yerli hakimiyyət
strukturları yuxarı hakimiyyət
orqanlarına şərait barədə
məlumat verirdilər və
şəhərdə Moskvadan gəlmiş
yüksək vəzifəlilər, qoşun hissələri
və digər xidmətlərin
səlahiyyətli nümayəndələri olsa
da onların gözü
qarşısında,
yəni fevralın 28 və 29-da daha
çox talan hadisələri
baş vermişdir. Bu isə
onu göstərir ki, hadisələr
Moskvadakı yuxarı orqanlar
tərəfindən də yönləndirilir
və bu talanların
başında duran ermənilərdən
biri olan Eduard
Qriqoryan,
hesab edirəm ki, tam
təsadüfən ələ keçmişdi.
Onu ləzgi bilib
həbs etmiş və
tanınmaya təqdim edilərkən
tanındığından onu aradan
çıxarmaq mümkün olmamışdı.
Qriqoryan və onun
yoldaşlarınının məhkəməsi zamanı
ermənilər çox çalışdılar
və hətta məlumdur
ki,
onun yoldaşlarını qohumları
vasitəsilə ələ almağa
çalışdılar və bəzilərini
hətta ələ də
aldılar ki, onlar Qriqoryanın
hadisələr zamanı iştirak
etmədiyini desinlər. Lakin faktlar
başqa şeyi sübut
edirdi.
Ona görə Qriqoryan
uzun müddətə azadlıqdan
məhrum edildi. Lakin sonradan
onun cəzasının qalan
hissəsini çəkmək üçün
Ermənistana göndərilməsi də
çox şeylərdən xəbər
verir.
Bilavasitə özüm
də həmin hadisələrin
şahidi kimi deyə
bilərəm ki, həmin günlərdə
mitinqlərdə çıxış edənlərin
bəzilərini provokatordan başqa
adla adlandırmaq mümkün
deyildi.
Özlərini Qafandan gələn
azərbaycanlıların nümayəndəsi kimi
təqdim edən bu
şəxsləri Sumqayıtda yaşayan
Ermənistanın
22 rayonundan olan insanlardan
heç biri tanımırdı,
mən də tanımırdım,
onlar burada ilk
dəfə idi ki, olurdular.
Onların sözlərindən belə
çıxırdı ki, guya Qafanda
ermənilər azərbaycanlıları öldürüblər,
guya Qafanda bir
qadın yataqxansında yaşayan
azərbaycanlı qızları zorlayıb,
sonra döşlərini kəsiblər
və s. və i.a. Amma
bunlardan bir soruşan
yox idi ki, kənd
rayonu olan Qafanda
o nə idarədir,
nə bilim təsərrüfatdır
ki,
orada yalnız azərbaycanlı
qızlar yaşayan yataqxana
var imiş və
niyə bu hay-küy
dövründə o qızlar
öz evlərində, ata-analarının yanında
yox,
yataqxanada yaşamaqda davam
edirmişlər?!
Əlbəttə bu cür
absurdlar barədə adam
sonra fikirləşir və
nəticə çıxarırsan ki, bu
cür söhbətlərin aparılması
provokasiyadan başqa bir
şey deyilmiş.
Bəs, bu kimə lazım idi? Əlbəttə ermənilərə. Onlar bir güllə ilə 2 dovşan vurmağa çalışmışdılar. Sonradan bizə məlum oldu ki, Sumqayıtda yaşayan ermənilərin heç də hamısı «erməni ideyasını» dəstəkləməmişlər. Erməni daşnak ideologiyasına görə isə onların ideologiyasına xidmət etməyən erməni də düşməndir və onlar da məhv edilməlidir. Bununla digər, yəni onların ideologiyasına uymayanları qorxutmaq, həm də öldürülmüş ermənilərin azərbaycanlılar tərəfindən qətl edilməsi görüntüsü yaratmaqla azərbaycanlıların mənfi imicini formalaşdırmağa nail olmuş olurdular.
Sonradan məlum oldu ki, Sumqayıt şəhəri, 3-cü mikrorayonda mənzil-istismar kontorunda pasportist işləyən Laura Lalayan ərazisində yaşayan ermənilərdən pul toplamağa müvəkkil edilmiş və o, pul verməyən erməniləri xüsusi siyahıya salmışdır. Sonradan Laura Lalayanın siyahısında «erməni fonduna» pul verməyən kimi göstərilmiş ermənilər zərərçəkmiş ermənilər oldular. Mən özüm də sonradan bu məsələ ilə maraqlanmışam. Eyni blokda yaşasalar da, bəzi ermənilərin mənzillərinə toxunulmamışdır. Əgər bütün ermənilərin siyahısı talançılara verilmişdisə, nəyə görə yalnız kasıb, qoca ermənilər zərər çəkmişdilər. Varlı ermənilər isə, hətta aşağı mərtəbələrdə yaşamış olsalar belə, onların mənzillərinə toxunulmamış və özləri də zərər çəkməmişdilər. Yəni ermənilər seçmə üsülu ilə zorakılığa məruz qalmışdılar. Azərbaycanlılar bunu təşkil etmiş olsaydılar, onlar üçün erməninin varlı və ya kasıb olmasının fərqi olmazdı.
Sonradan erməni millətçiləri də mətbuatda dəfələrlə etiraf etmişlər ki, Sumqayıt hadisələri olmasaydı onların əlinə bütün azərbaycanlıları Ermənistandan və Dağlıq Qarabağdan qovmaq girəvəsi və bəhanəsi keçməz və imkanı olmazdı.
Sumqayıtın həmin ağır günlərində şəhərin azərbaycanlı ziyalılarını da Sovet hakimiyyət orqanlarının əli ilə əzməyə çalışırdılar. Şəxsən mənə qarşı da moskvalı prokurorluq işçilərinə məlumat ötürülmüşdü. Məni erməni düşməni kimi qələmə vermişdilər. Evimdə, iş yerimdə axtarış apardılar. Ermənilər əleyhinə yazdıqlarımla maraqlanırdılar, bəhanələri bu idi ki, mən guya millətlərarası ədavəti qızışdırıram. Amma bir şey tapa bilmədilər. Evimizdə bir qədimi yun darağı var idi. Onu götürüb dedilər ki, bu çox təhlükəli silaha oxşayır. Mən arvadıma dedim ki, bir az yun gətirsin və göstərsin ki, bu «təhlükəli silah» nə üçündür. Arvadım da onlara yunun necə daranmasını nümayiş etdirəndən sonra bizdən əl çəkib getdilər.
Sumqayıt hadisələrində Azərbaycanın o vaxtkı rəhbərliyinin günahı onda idi ki, onlar Sovet rəhbərliyi qarşısında müticəsinə qulluqda durur, xalqımızı layiqincə müdafiə etmirdilər. Nəticə isə göz qabağındadır.
Sumqayıt hadisələri barəsində çox şey deyə bilərəm, amma zənnimcə bu dediklərim də kifayətdir.
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий