Vətən düşdü qabağa


              Vətən düşdü qabağa


Heydər Əliyevin II dəfə hakimiyyətə gəlməsi

Sülhün təməl daşını yurdumuzda sən qoydun
Millətə həyat verdin, ağlın kəsdiyi gündən
Dünyanı dərdə salan fəlakətə son qoydun,
Qasırğadan, borandan hünərlə çıxdı Vətən.

Sən bizi xilas etdin köləlikdən, qamçıdan,
Üzümüzə açıldı kainatın qapısı.
Ulduzlar səpələndi, yerlər oldu çıraqban
Açıldı könüllərdə toy-büsatın qapısı.

Cəsarətsən elimin yorulmayan qolunda,
Şirindil körpələrin dodağında nəğməsən.
Bir əbədi mayaksan azadlığın yolunda
İnsanlığa bəxş etdin sevinc, gülüş, nəğmə, sən.

Qəlbinin hərarəti istidir günəş qədər,
Ümmanlar tək coşğunsan, bərəkətsən torpağa.
O qadir əllərinlə nələr etmədin, nələr?
Kamalınla bir əsr Vətən düşdü qabağa.

                                                             1993

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri