O gözəli qismət elə mənə sən


  O gözəli qismət elə mənə sən

Çıraq-Qala, alovlandır eşqimi,
O gözəli qismət elə mənə sən
Gözü dolub silələnib eşqimin,
O gözəli qismət elə mənə sən

Bir mələkdi göydən enib, ay Allah
Ürəyimdə közə dönüb dönüb ay Allah
Al geyinib, şal bəzənib, ay Allah
O gözəli qismət elə mənə sən

Buz bulaqlar duruladı könlümü,
Suya çəkib quruladı könlümü.
Xumar baxış yaraladı könlümü,
O gözəli qismət elə mənə sən

geyinir,elə bil ki, ay doğur,
Yer üzünə buludlardan nur yağır
Görən kimi vurulmuşam mən fağır,
O gözəli qismət elə mənə sən

Möcüzəli bu meşənin eşqinə,
Boynu bükük bənövşənin eşqinə,
Kəbə yolu Kəhkəşanın eşqinə,
O gözəli qismət elə mənə sən

Gül şehidir gözlərin qorası,
Gilvələnib dağ könlünün sonası,
Kömək elə yola gəlsin anası,
O gözəli qismət elə mənə sən

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal