Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti
Məhəmməd Peyğənbərin zahiri görünüşü və
xasiyyəti
Tarixdə
ən ağıllı, ədalətli, verdiyi sözün üstündə möhkəm olan böyük şəxsiyyətlər olub.
Onlardan biri də dünyada məhşur olan bəşər övladının hüsn – rəgbətini qazanan
ulu peyğənbərimiz Həzrəti Məhəmməd İbn Abdulla olub.Həzrəti Məhəmməd barədə
yazılmış bir kitab oxuyanda (1941-1945-ci illərdə gedən müharibə zamanı)
İtalyada partizan hərəkətində iştirak etmiş yaxın dostun Mərdan Rzayevin
danışdığı əhvalat yadıma düşür:
-
“ Qanlı – qadalı müharibənin sona çatmasından artıq
18 gün keçirdi. Anarxiya, özbaşnalıq, nadanlıq, küfa və cəfa, şəhvətpərəstlik və
sərxoşluq, zinəkarlıq, zülm və haqsızlıq İtalyanı bürümüşdü . “ Mənəmlik” baş
alıb gedirdi. Bir gün maraq üçün Siciliya adasına gedən gəmiyə mindim. Adada
yaşı bilinməyən çox qədim bir kilsə var. Kilsənin keşişi orta boylu, dolu bədənli,
uzun çal saqqallı bir adam idi. Buraya ziyarətə gələnləri dindirir və yerbəyer
edirdi. Bütün dilləri bilirdi. Keşiş mənə yaxınlaşdı:
-
Hansı millətdənsən ?
-
Müsəlmanam.
-
Əzizim, bu kilsə bina olandan buraya musəlman ayağı
dəyməyib, axı! Dur, Həzrəti Məhəmməd peyğənbərin hüzuruna, ziyarətinə gedirik.
Keşiş bir qapını açdı, üç
pilləkan aşağı düşdü, dönüb mənə tərəf baxdı. Mən Həzrəti Məhəmmədin möhtəşəm
heykəlini görəndə özümü itirdim, nə edəcəyimi bilmədim. Peyğənbərin əzəmətli duruşu,
iri gözləri,əlində qılınc məni başqa aləmə apardı.Keşişin səsinə xəyaldan
ayıldım:
-
Əzizim, Peyğənbər
hüzurundasan, salavat xətm elə...
Tarixçilərin yazdığına görə Həzrəti Məhəmmədin çox gözəl zahiri
görünüşü , cox yaxşı xasiyyəti olub. Onun üzü günəş kimi şəfəqli,orta boylu,
sarı saqqallı,enli alınlı, iri girdə üzlü , uzun qollu bir adam olub. Saçları
boynuna kimi uzanmış, bəzən də çiyninə qədər tökülərmiş. Belə vaxtlarda o,
saçlarını sağa-sola ayırarmış. Qaşları çox nazik və kaman şəkildə imiş . Nazik
orta hissədən bir qədər qabarıq dodaqları alt dodağının yanında bir qısa xal
barımış. Ağappaq sədəf kimi dişləri həmişə təmiz olarmış. Bədən quruluşu düzgün
inkişaf etmiş, sağlam formada imiş, gedərkən həmişə başını aşağı tutarmış. Bir
adamla söhbət edəndə düz üzünə baxarmış. Peyğəmbər həmişə fikirli və qəmli
görünərmiş. Bekar dayanmağı sevməzmiş. Danışığı çox təmiz və aydın olarmış.
Sözlərinin hamısı asanlıqla başa düşülərdi. Heç vaxt öz işlərindən ötrü özündən
çıxmazdı. Heç vaxt gözü ilə işarə etməzdi. Nitq söyləyərkən əli ilə hərəkətlər
edərdi. Onun gülüşünü çox az vaxt eşitmək olardı. Həzrəti Məhəmməd öz vaxtını
üç hissəyə bölürdü.
a) İbadət və namaz üçün
b) Ev işləri, yemək və yxy üçün
c) İctimai işlər üçün
Əvvəlcə nüfuzlu adamlarla , sonra isə başqaları ilə
məşğul olardı. Çoxdan görmədiyi adamlar barədə soruşub əhval tutardı, xəstələrə
baş çəkərdi. Hər bir adamla elə söhbət edərdi ki, hər kəs özlüyündə fikirləşərdi
ki, “ Peyğənbərin
yanında məndən istəkli, hörmətli adam yoxdur!
O, hər yerdə və hər kimlə
olsa oturar söhbət edərdi. Adamın çatmayan cəhətlərini üzünə deməzmiş. Keçmiş
haqqında danışıb köhnə palan içi tökməzdi. Mənsub olduğu dinlərdən asılı olaraq
bütün alimləri seçərdi.O, öz qulları ilə bir yerdə döşəmədə belə oturardı. Yolu
həm atla, həm də ylaqla gedərdi. Yolda rast gəldiyi adamı tərkinə alardı. İşləməyi
sevərdi. Keçiləri belə özü sağardı. Lazım olanda libasını özü təmir edərdi. Həmişə
yanında iynə , sap, taxtadan diş fırçası və daraq gəzdirərdi. Gənclərə qarşı
çox diqqətli idi, çalışırdı ki, onlara özü salam versin. Gənclərin sağlam,
bilikli, vətənpərvər olmağını istəyirdi. Tədbir tökməkdə , səbrli olmaqda , nəzakətli
davranmaqda , mərhəmət göstərməkdə onlara faydalı məsləhətlər verərdi.
Xörəyi üç barmağı ilə yeyəmiş.
Suyu qurtum – qurtum içərmiş. Xoşu gəlmədiyi şeyi heç vaxt üzəvarı deməzmiş,
üzündəki dəyişikliklə onu ifadə edərmiş. Ov ətindən yeyərmiş amma özü heç vaxt
ova getməzmiş. Hər hansı bir evə gəlsə üç dəfə icazə almadan içəriyə girməzmiş.
Yığıncaqlarda hamıya hətta düşmənlərinə qarşı belə bir qaydada yanaşarmış
Həzrəti Məhəmməd deyərdi:
-
Pis adam odur ki,öz düşmənindən intiqam almaq istədikdə
qəzəlbini unutsun və onun günahını bağışlasın .
-
Vəsiyyətini
etmiş adam üçün ölüm asan olur.
-
Bütün gün ərzində bir kimsənin qəlbini
sındırmadınsa, deməli islama qüvvət vermisən.
-
Başqalarını daim təhqir edən adamın yeri cəhənnəmdir.
-
Ən pis adam odur ki, dinə öz şəxsi mənfəəti üçüm
qulluq edir.
-
Əqidəsi düzgün olan adam ayrı-ayrı şəxslərin xoşuna
gəlmək üçün Allah haqqında nahaq danışmaz.
-
İnsanın qəlbində olan üç xüsusiyyət onu günahlardan
saxlayar, xatalardan qoruyar.
a) Özünü boş və mənasız söz-söhbətdən qorumaq.
b) Öz keçmiş günahlarını yada salıb danışmamaq.
c) Artıq tamahlıq etməmək.
-
İçki yalnız ona görə qadağan olunmayıb ki, onu
Allah buyurub. İçki ona görə qadağan olunub ki, onu içən elə sərxoş hala düşür
ki, Allahı da tanımır, islama qüvvət vermir.
-
İçki insana xas olan bütün çirkin əməllər və
günahlar saxlanılan anbarın açarıdır.
-
Xəsis olan adamdan heç vaxt səxavət gözləmə.
-
Əgər iki adam öz aralarında yavaşcadan söhbət edirlərsə,
onlara yaxınlaşma.
-
Özündən böyüklərlə söhbət edəndə etiramlı və nəzakətli
ol!
-
Heç vaxt çağırılmamış süfrədə oturmaz, getdiyi ailənin işlərinə qarışma.
-
Hər kim yetənə əl tutub köməklik eləsə yeri behiştlikdir!
-
Peyğənbər qonaq çağırılan yerə mütləq gedərdi. Kiminlə otursaydı çalışardı
ki, ondan əvvəl ayağa durmasın. Əl verərkən əlini əvvəl çəkməzdi. Heç bir vaxt
danışanın sözünü kəsməzdi. Həmişə dişlərini təmizləyərdi. Nadir hallarda
zarafat edərmiş. Demək olar ki, hər gün çimərmiş. Yatmamışdan əvvəl kipriklərinə
sürmə çəkərmiş ki, gözlərinə rahatlıq olsun. Qızıl gül yağını ətir əvəzinə işlədərmiş.
Yataqda olarkən sağ əlini üzünə qoyub sağ böyrü üstə yatarmış. Yumuşaq yatağı
sevməzmiş. Balışın içinə xurma ağacının yarpaqlarından doldurarmış. Çox vaxt
qalın bezdən köynək geyərmiş. Yerdə oturduğu zaman heç vaxt ayaqlarını yana
uzatmazmış.
Heç vaxt pis və
yaramaz adamlara qoşulma.
Hər kim yetimə əl
tutub ona köməklik eləsə yeri behişlikdir.
Xəstə yanında heç vaxt öz sağlamlığınla öyünmə. Qocaların yanında
cavanlığından dən vurma. Hər işdə səbrli olmaq insanın xoşbəxtliyidir. Kasıba fəqirə
kömək etməklə qada-balanı özündən rədal etmiş olarsan. Atanın uşaqlar
qarşısında borcu onlara düzgün tərbiyə etməkdir. Uşaqların ata-ana qarşısında
borcları daima onların adlarını uca saxlamalıdır.
-
Zəhərli ilanın ağzından zəhər götürmək kəsis və alçaq adama əl açmaqdan
yaxşıdır.
-
Ürək açıqlığı insanın ürəyinin təmizliyini və əqidəsinin dönməzliyini göstərir.
-
Həqiqət axtarmaq Allaha yaxın olmaq deməkdir.
-
Bir adamın oxudub öyrətmək, nəzər verməkdən savabdır.
-
Təhsil almaq, namaz qılmaq kimi vacibdir.
-
Halal və haramı bilmək , kasıblara , qohumlara kömək etmək ən böyük
savabdır.
-
Elm xəzinədirsə onun açarı oxumaqdır.
-
Elm sənin məsləhətcin, mülayimlik dostun, əqil bələdçin, səbr başrındır.
-
Ən xoşbəxt xalq o xalqdır ki, onun başçısı inkişaf etmiş elmli adamlardır.
-
Əgər lovğa olmaq istəmirsənsə özünü sadə adamlarla bərabər tut.
-
Xəyanət edən qoca , xəsis dövlətli , sırtıq dilənçi, dikbaş kasıb allahın
düşmənidir.
-
İnsanlara şübhə ilə baxmaq ağılsızlıqdır.
-
Öz zülm və qorxusu ilə insanları özünə tabe etmək alçaqlıqdır.
-
Ən ağır zaman o vaxt oacaq ki, hakim sinif xalqı soyacaq, müsəlmanlar dini
vergidən- Zəkatdan boyun qaçıracaqlar . Övladlar ata-ananın sözünə baxmayacaq,
hətta onları evdən qovacaqlar. Əmanətə xəyanət olacaq. Namaz yaddan çıxacaq. Məsçidə
gedənlərin sayı azalacaq. İnsan ac qurda dönəcək. Qurd olmayanı aradan götürəcəklər.
Zinalıq artacaq.
. Biz belə bir dahi , müqəddəs
peyğəmbərimiz haqda uzun illər heç bir şey öyrənə bilməmişik. Onun mübarək hədislələrinin
müəyyən bir dövrdə gənc nəsillərin tərbiyəsində , əxlaqında rol oynaması yasaq
olub. Bu gün müsəlman dünyasının hər qarşısında , dillərdə çox mənalı , əziz bir
dua dolaşır:
“ İlahi Məhəmmədə və onun nəslindən
gələnlərə, ona yaxın olanlara özün xeyr-dua ver, düşmənlərimizi , bizi
yurdumuzdan didərgin salanları zəlil et.
Çəkdiyimiz zəhmətlərin
savabını yerdə qoyma Yarəbbim! Qarabağımızın azad olması üçün ordumuza qüvvət ,
dövlətimizə inam, millətimizə bol ruzu-bərəkətini bizdən əsirgəmə!
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий