Sumqayıt 60 Sumqayıt Aydan nur almısan , günəşdən ziya , Sən görən gözümsən , gözüm , Sumqayıt . İllərin qoynunda çatdın arzuya Sənə fəda olum özüm , Sumqayıt . Müzəffər çıxmısan hər imtahandan , Çətin sınaqlarda şöhrət qazandın . Sən həyat eşqiylə ucalan zaman , Müdrik ağsaqqalın oldu ustadın . Vətən torpağının hər qarışında Sənin əməllərin çiçək - çiçəkdir , Hələ xoş amallar durur qarşında Saldığın pöhrələr böyüyəcəkdir . Sumqayıt 60 Sumqayıt Ay əliylə qələm çəkib qaşına , Bərəkəti günəş töküb başına , Yaman gəlib göy Xəzərin xoşuna , Xəzər kimi sonsuzlaşır Sumqayıt , Bir ümmandır , aşıb - daşır Sumqayıt . Binaları cərgələnir , ucalır , Oğlu , qızı məhəbbətdən güc alır . Hər kim desə Sumqayıtım qocalır , İnanmayın , təzə coşur Sumqayıt . Qocaldıqca cavanlaşır Sumqayıt . Hər yerində xoş arzular gül açır , Qucağında gül balalar dil açı...
Комментарии
Отправить комментарий