Azərbaycanım
Sinəsində
min gül bitən
Torpaq
mənim,
Dərə
mənim,
Dağ
mənimdi.
Axşam
sabah bülbül ötən,
Allı-güllü
bağ mənimdi.
Orda,
cücərmişəm bitmişəm orda
Qoyuna,
quzuya getmişəm orda.
Oylağım
olubdu dağlar, dərələr
Bulaqlar,
çeşmələr, xoş mənzərələr
Orda
dişəribdi ilk məhəbbətim
Dildən
dilə düşüb sözüm, söhbətim
Orda
bir gözələ könül vermişəm,
Orda
gül dərmişəm, çiçək dərmişəm
Ana
torpaq
qan
veribdi,
can
veribdi,
nəfəs
verib,
həvəs
verib mənə orda
əməllərim
gönçələnib yenə orda.
Onu
yada versəm əgər
Dilim-dilim
doğranım mən,
Qayalara
çırpılım mən,
Sünbül
kimi qırpılım mən.
Anam
qədər əziz olan
Südüm
kimi təmiz olan
O
torpağa qurban olum.
Qucağında
nemət olan,
bağca-bağa
qurban olum
Hər
tərəfin gülşən olsun, ana yurdum
Oğlun,
qızın qoy şən olsun, ana yurdum.
Bir
gün səni bütöv görüm, ulu Azərbaycanım
Isti
qoynu sərvət ilə dolu Azərbaycanım!
Комментарии
Отправить комментарий