Сообщения

Сообщения за май, 2018

Qəhrəmanlar unudulmaz

Qəhrəmanlar unudulmaz 1418 gün davam edən, anaları oğulsuz, bacıları qardaşsız, gəlinləri ərsiz, nişanlı qızları intizarda, 25 milyon insanın həyatına son qoyan, 75 min şəhər, kənd qəsəbəni xarabaya çevirən amansız müharibənin son atəşinin susduğu gündən 68 il keçir. Keçən 68 ildə o qanlı-qadalı müharibədən çoxlu əsərlər, məqalələr yazılmış, filmlər çəkilmişdir. Lakin ona olan maraq zəifləməmiş və bu gün də zəifləmir.    Illər keçir, nəsillər dəyişir, amma insanlar həmin dövrün tarixi hadisələri haqqında həqiqətləri daha dəqiq bilmək üçün o illərin tarixi sənədlərinə arxiv materiallarına dönə-dönə müraciət edirlər. Indiki nəsil, bütün tərəqqipərvər   bəşəriyyət   faşizmə qarşı müharibədə öz gücünü, bacarığını   əsirgəməyənlərin, canlarından keçənlərin xatirəsini yad edir, onların   qəhrəmanlıqları önündə baş əyirlər. Alman   faşistlərinə qarşı döyüşdə Azərbaycanlı gənclər misli görünməmiş qəhrəmanlıqlar   göstərmiş ciddi imtahanlardan üzüağ çıxmış, xalqın qəhrəmanlıq ənənələri

Rübailər

Rübail ər Mən kiməm,Ya Rəbbim,fərman sənindi, Dərdə şəfa verən dərman sənindi. Sənin əlindədir ömrün sükanı Bu yerdə,bu göydə,hər yan sənindi. Sənsən xəlq eyləyən gecə-gündüzü Dərəni,təpəni,yoxuşu,düzü. Kəsilib yurdumun Qarabağ qolu Hicran yanğısından xilas et,bizi. Mən sənin qarşında qulam,nökərəm, Hökm elə yağını dara,çəkərəm, Sən mənə güc versən,cəsarət versən,   Düşmənin yurdunda bostan əkərəm. Göstər nicat yolu,həqiqət yolu Bağçamın gülunu döyübdü dolu. Sən məni yaradan,mən sənə bəndə Sən mənim gözümdə ulusan ,ulu Sən məni   yaradan mən sənə bəndə Niyə gedəmmirəm o doğma kəndə? Necə gözəl idi dağı dərəsi Dağlara tamarzı qalmışam məndə Necə gözəl idi dağı dərəsi Çeşməsi bulağı bağı bərəsi. Ürək məlhəmidi səhərin mehi Dərdə dərman idi şoru,kərəsi. Küləyi güllərə sığal çəkərdi Arısı   çiçəkdən hey bal çəkərdi Necə parlaq idi mirvari şehi

Şahla Aqilin söhbəti

Şahla Aqilin söhbəti (nağıl-poema) Keçmiş zamanlarda bir   şah yaşarmış, Onun var-dövləti aşıb-daşarmış. İstəyən kimsəyə yoxdu, deməzmiş, Varını onlardan əsirgəməzmiş. Pəhləvan cüssəli, bir qurd ürəkli, Bir pələng biləkli, enli kürəkli. O addım atanda yer tərpənərmiş, Hər yerdə ,həmişə nər oğlu, nərmiş. Kimsə inciməzmiş, küsməzmiş ondan, Hamıya simsarmış, hamıya həyanmış Getdiyi qapıda qan bağlanarmış. Qaranlıq evlərdə çıraq yanarmış Allah bəxş etmişdi varı, dövləti, Özü qazanmışdı   xətir, hörməti Bir könül sındırmaz, qəlbə toxunmaz, Başqası tək az qazanıb çox unmaz. Dağlardan süzülən nurdu, işıqdı, Məclis-mərəkəyə bir yaraşıqdı Qurub yaratmağa eşqi tükənməz Zəhmətdən od alıb alovu sönməz. Bilir dostun yerin, düşmənin yerin   İstiyə istiymiş, sərinə sərin Yöndəmsiz danışmaz, mənasız gülməz Kin-qüdrət bilməz , ədavət bilməz. Hamıya arxadı, dağdı, dayaqdı, Nahaqqa heç vədə demə