Göndər
Göndər
Qardaş, o dağların gül-çiçəyindən,
Mənə sehli-sehli dəstələ, göndər.
Arzubulağının zümzüməsiylə,
Quşların səsiylə bəstələ göndər.
Olmaz bizim elin payız toyundan,
Olmaz Çınqıllının bumbuz suyundan.
Bir az dələmə tut yerli qoyundan,
Bacar nə göndərsən, şəst ilə göndər.
Çoxdandır yemirəm dağ göbələyi,
Torpağın qabarı ağ göbələyi.
Dan üzü tərpənib, yığ göbələyi,
Əvəzə vəfalı dost ilə göndər.
Комментарии
Отправить комментарий