Xocalı harayı
Xocalı harayı
(Tarixi dram)
Əhvalat Azərbaycanın dilbər güşələrindən biri olan Xocalı şəhərində
vaqe olur. Qarlı, çovğunlu qış günündə şəhərə hər tərəfdən hücum başlayır.
Iştirak edirlər:
Robert Koçaryan- 45 yaşında
Serj Sarkisyan- 50
yaşında
Zori Balayan-62 yaşında,
yazıçı
Tıqran Mıkırtiçyan- 25
yaşında
Armeni Ohanyan – Tağım
komandiri
Davud Xeyrisyan- 35
yaşında
Mələk- 22 yaşında
Tıqranla Armenak 15 nəfər
qucağı uşaqlı azərbaycanlı qadını gətirirlər. Sarkisyan qadınları gözdən
keçirir.
Sarkisyan: Tıqran, əvvəlcə
körpələri atın qarın içinə. Gərək
onlar it kimi gəbərsinlər bu gecə. (Sonra dişini-dişinə qıcayır üzünü Xaçatura
tutur). Xaçatur!
Xaçatur: Bəli!
Sarkisyan: Sizə
demişəm nə qədər altın, qızıl əşya, qolbağı, boyun bağı, üzük, sırğa əldə etsəniz hamısı sizindir. Ara bu türk qadınlarının...
Koçaryan: Ohanyan!
Ohanyan: Bəli
eşidirəm.
Koçaryan: Yüz
dəfə demişəm, sırğaları qulaqdan dartın qopardın, barmaqları kəsib üzükləri
çıxardın, qolbağı çıxmasa biləkləri kəsin götürün. Ərə,
aşan dığa, bundan artıq nə istəyirsən?
Xaçatur: Aydındır
hingel Koçaryan, bacardığımız qədər bu türklərdən qisas almalıyıq.
Sarkisyan: Ohanyan!
Ohanyan: Bəli
eşidirəm.
Sarkisyan: Ara, modarabes (təxmini) neçə nəfər
türk gəbərib,
Ohanyan: 613 nəfərdən
çoxdur.
Sarkisyan: Ara,
a şandığa 513 nəfər çox azdı. Onlardan neçə nəfər qadındır?
Ohanyan: 106
nəfər.
Koçaryan: Ara,
a şandığa 106 nəfər qadının qızılı azdı?
Sarkisyan: Telavidə
uçuş kursunu bitirmiş erməni pilotlarıöz vertalyortları ilə bizə köməyə gələcəklər.
Onlar 7 nəfər olacaqlar.
17 № -li vertolyot, pilotu İrəvandan olan hərbi qulluqçusu Ararat
Saracyan
29 №-li vertolyot, pilotu Livan vətəndaşı Zahid-əl-Məhəmməd
39 № -li vertolyot, pilotu Livan erməni Romb Qalakçiyan
40 № -li vertolyot, pilotu Suriyalı erməni Razdan Minoyan
45 № -li vertolyot, pilotu İrəvan polis əməkdaşı Suren Pirimyan
Koçaryan: Stepanaqerddə
olan 366-cı mato atıcı alayının komandiri Y.Zarviqarov, bizə silah-sursat verən
general-palkovnik Qromov, general-leytenant
Qrekov bizə köməyə gələcəklər. Birinci batalyonun komandiri polkovnik
İ.Maiseyev, ikinci batalyonun komandiri mayor Navokix, rota komandiri baş
leytenant O. Mirzoxalzarov da bizimlə döyüşdə iştirak edəcəklər.
Zori Balayan: Hinger Sarkisyan, bu Xaçatur ki vare,
igid adamdır.
Sarkisyan: Danış
görək nə edib igid olub?
Zori Balayan: Biz Xaçaturla Xocalı şəhərində bir türk
evinə girdik. Bizim əsgərlər tərəfindən qollarından pəncərə çərçivəsinə
mıxlanmış 13 yaşlı bir türk uşağını gördük. O qışqırırdı. Onun zəhlətökən səsini
eşitməmək üçün Xaçatur yeniyetmənin anasının kəsilmiş döşünü onun ağzına
dürtdü. Mən də həmin türkün başının, qarnının və sinəsinin dərisini soydum.
Sonra saata baxdım. 7 dəqiqədən sonra türk balası çoxlu qan itirməsi nəticəsində
öldü. Sonra Xaçatur onu balta ilə tikə-tikə doğradı ac itlərə atdı.
Koçaryan: Əhsən
sizə. Belə olmaq, türklərdən intiqam almaq hər bir erməninin müqəddəs borcudur.
Zori Balayan: Hinger Koçaryan, masab haqqı dostum
Xaçatura “Qızıl Xaç ” ordeni vermək lazımdır.
Koçaryan: Yaxşı,
yaxşı axırda baxarıq.
Davud Xeyriyan: Mən bunu ancaq vəhşilik hesab edirəm.
Zori Balayan: Davud sən Beyruddan gəlmisən, bizim
türklərdən çəkdiyimizi bilmirsən. Ona görə belə danışırsan.
Koçaryan onların üsdünə çımxınır və qadınlar tərəfə dönüb Mələyə
yaxınlaşır.
Koçaryan: Hm,
necəsən? Indi sən mənimsən. Türklərin gözü qarşısında səninlə kef edəcəyəm.
Mələk: Sənin
qanın zəhərdi, ilan südü əmmisən. Səndəki ürək deyil, kin, paxıllıq yuvasıdır. ən
vəhşi heyvanlar belə çağalara toxunmur.
Xəyanətkar, çörək itirən qurumsaq duza gedirsən hələ.
Koçaryan: Sən
bu türk qızında dilə baxe?
Mələk: Qolları
qələm vuran, barmaqları sındıran, qulaq kəsən vəhşilər. Yerdə qalmaz bu qisas.
Sənin qəlbin daşdı, daş, ürəyin kin yuvasıdır. Anan, bacın nişanlın bir gün
ağlar qalacaq. (o döşündəki körpəni göstərir )Bu günahsız körpənin axı nədir
günahı?
Koçaryan: Onun
günahı türk olmasıdır, türklər yer üzündən silinməlidir.
Mələk: Nifrət
dolu baxışlarla onun murdar üzünə lomba ilə tüpürdü.
Koçaryan: Ara,
Ropert onu niyə hürdürürsən? (o avtomatın bir daraq gülləsini boşaltdı Mələyin
bədəninə. Körpə qaynaq oldu Mələyin sinəsinə).
Комментарии
Отправить комментарий