Dağlar yadıma düşür
Dağlar yadıma düşür
Bir də o yerlərə yolum
düşəydi
Sərin çeşmələrdən öpəydim,
lələ.
Alma çiçəyini şirin
yemliyə,
Qatıb gözlərimə təpəydim,
lələ.
Taleh o yerlərə gözəllik
yağıb,
Çiçəklər elə bil ütüdən
çıxıb.
Güllərin sehrini ovcuma
sıxıb
Üstümə, başıma səpəydim,
lələ.
Çıxaydım qırxbuğum
qıjqıran yala,
Baxdıqca baxaydım el gələn
yola.
Yenə o qız ilə girib
qolqola,
Otların içində itəydim, lələ!
***
Qarabağın qapısına
Cin düyünü vurub bəndə.
Cin düyünü açılmır ki,
Bir yığışıb gedəm kəndə.
Səcdə
edəm,
alın qoyam,
Uluların uyuduğu
o torpağa.
Gedəm çıxam Ağbulağa,
Gözəldağa.
Göy ot üstə yatam bir az
Karvan-karvan duman keçə,
sis ələnə.
Güllər üstə seh çilənə.
Yol boyunca cərgələnə,
ağ-qaralı.
Qoyun, quzu sürüləri
Qayalıqda qaqqıldaya
ana kəklik,
Yanmada da çolpaları, fərələri.
Əl çatmayan,
ün yetməyən.
Zirvələrə ünüm yetə,
Musa Cəlil baxışıyla
başım üstdən
Dəstə-dəstə quşlar ötə.
qismət ola,
Elimizin xanım daşı,
Göbəkdaşa bir də baxam.
Sağ əlimi günlük edəm
Buzovyaldan,
Babam düşəm yurda baxam!
***
Yurd nə gəzir,
Oba köçüb, yurdu qalıb
xaraba.
Allı-güllü yaylaqlarda
Gözə dəymir bir oba.
Axşam-sabah
Qız-gəlinin qəmzəsiylə
xumarlanan
Diş göynədən bulaqlara
kimsə gəlmir
Orğun baxan gözəllərin
səhəngləri söykənmirlər
bulaqların buz daşına.
Xəyal məni yaman çəkir
Güneydəki Qızdaşına.
Hanı,
Bu dağlarda at oynadan
Tatalların ağsaqqallı
Telli Həsən?
Sərxanlının baş biləni
Dədə kişi?
Talıbxanlı Şamil dayı
Bilməm kimlər peşkəş
etdi.
daşnaklara
Zəngəzuru, Bazarçayı?
Ya Rəbb, nə vaxt açılacaq
Maldüzümün, Qızmeydanın
Haylı-küylü bazarları?
Nə vaxtacan
Qərib-qərib boylanacaq
Uluların məzarları
Niyə məndən qaçır dağlar
Bu həsrətin giziltisi məni
dağlar.
***
Dağlar məndən üz döndərib
inciyib
Incisə də gedənmirəm,
neyləyim.
Dərdə dərman buz göndərib,
inciyib,
Incisə də gedəmmirəm,
neyləyim.
Yadlar məndən torpaq adlı
ov umdu,
Şair könlüm dözə-dözə
ovundu.
Ceyran, cüyür oylağından
qovuldu,
Incisə də gedəmmirəm,
neyləyim.
Əlim çatmır yalmanlayan
Ağyolu
Viran qaldı bağça yolu,
bağ yolu.
Qəribsəyən dağ cığırı dağ
yolu
Incisə də gedəmmirəm,
neyləyim.
Bu gərdişdə namərd turur
mərd yeri
Peyda olur gündə neçə dərd
yeri.
Yetim qalan ocaqdaşı,
yurd yeri,
Incisə də gedəmmirəm,
neyləyim.
Ürəyində kin yaşadan “
başçılar”
Arxamızda dayanmayıb
qaçdılar.
Əllərimlə sığallanan
daş-divar
Incisə də gedəmmirəm,
neyləyim.
Öz odumla özüm yandım
içimdə
Kədər olmaz bu ölçüdə,
biçimdə.
Gədiklərdə azıb qalan
köçüm də
Incisə də gedəmmirəm,
neyləyim.
Mənim sazım qəm üstündə köhlənib
Yaralarım qaysaqlanıb
köhnəlib.
Ələsgərin arzuları təklənib,
Incisə də gedəmmirəm,
neyləyim.
Ulu dağlar sağalmaz dağ
görübdü
Hansı cəllad bu fərmanı
veribdi.
Məzar daşım öz elində qəribdi,
Incisə də gedəmmirəm,
neyləyim.
Gecə yuxum o yerlərə
yollanır
Arzubulaq dodağımda
ballanır.
Göz görəti oba yanır, el
yanır
Incisə də gedəmmirəm,
neyləyim.
Qanlıcanın hər yerində izim
var
Üçtəpənin laləsində gözüm
var
Bazarçaya deyiləsi sözüm
var
Incisə də gedəmmirəm,
neyləyim.
Ürəyimdə oyalanır bir
arzu,
Köhnə arxla gəlib bir də
axa su
Mən dağlara, dağlar mənə
tamarzı
Incisə də gedəmmirəm,
neyləyim.
***
Ötən gecə səhərəcən
doğma kənddə oldum yenə
Fikir dühçəm çözələndi
min xəyala daldım yenə
Eniş, yendim,
yoxuş çıxdım
Çətinliklə çatdım düzə
çiçəklərin arasıyla gəzə-gəzə
Gah laləyə, gah nərgizə
Gah süsənə, gah sünbülə
Qönçədəki qızıl gülə
heyranlıqla bir də baxdım.
Könlüm kimi viran qalmış
yurda baxdım.
Kəsək gördüm daş yerinə
Böcək gördüm quş yerinə
Çatdım kəndin qənşərinə
Elə bildim qılınc gəzdi
başım üstə.
Ürəyimə tikan batdı,
elim, obam talan olub
Daş qalmayıb daşım üstə.
Kənddə bir kimsə
gözümə dəymədi.
Bağların sərin mehi
üzümə dəymədi.
Hanı həyətdəki
bedana tut ağacı,
Dolaşıb dünyanın
əriş-arğacı.
Kərdiş itirib kələfin
ucunu
Kimsə boynuna almır
suçunu.
Kəndin üzündən, gözündən
kimsəsizlik yağır.
Evimiz fağır-fağır
mənə baxır.
Soruşuram:
-Hanı ev damı?
Bəs təndir damının
təndiri hanı?
Bəs səkil kəhərin
hörüyü, kəndiri hanı?
Hanı nənəmin
domagöz palıq nehrəsi
Hanı babamın kətil
doğrayan
Əyriburun dəhrəsi
Hanı qoynunda çörək
saxlayan
evimizin qulaqlı təhnəsi.
Dəstəyi qırılıb qoca dəryazın
halqası helləsin çalaya düşüb
Bulaqların başı bəlaya
düşüb.
***
Üz tuturam mən
dağlara
Dağlar, bu
yaz, o yaz deyil
Istəyirsən məni
qına
Dağlar bu yaz
o yaz deyil.
Hanı bülbül gəlmir
səsi
Hanı kəklik səngüləsi
Hanı kəndin
yaz nəfəsi
Dağlar bu yaz
o yaz deyil.
Ağır ellərin
var idi
Tutu dillərin
var idi.
Qönçə güllərin
var idi
Dağlar bu yaz
o yaz deyil.
Köçək quşun
qayıtmayır,
Diləklərin
boy atmayır
Haray məni
oyatmayır
Dağlar bu yaz
o yaz deyil.
Məni sizdən
eylədilər
Yol-irizdən
eylədilər
Qanı dizdən
eylədilər
Dağlar bu yaz
o yaz deyil.
Qoynuna el
yollanmayır,
Lalələrin
allanmayır
Salatınlar
sallanmayır
Dağlar bu yaz
o yaz deyil.
Yağan qarın əriməsin
Üstünə yad
yeriməsin
Yağıların
yarımasın,
Dağlar bu yaz
o yaz deyil.
Hanı igid ərlərin
gəlib Vətən yolunda can qoya
Haqsızlığa,
sitəmə
Bir dəfəlik son qoya!
***
Yenidən baxıram öz kəndimizə
Gözüm baxça gəzir, gözüm bağ gəzir.
Kimin günahıdır görəsən, Allah,
Quldurlar ortada hələ sağ gəzir.
Işə baxan varmı bir düz əməlli,
Günahkar da bəlli, günah da bəlli.
Çoxları dünyanı tutar beş əlli,
Pullular pulsuzdan çox uzaq gəzir.
Torpaq əzabdadır, yer əziyyətdə
Lalələr, nərgizlər o vəziyyətdə.
Aqillər zindanda, mərdlər zülmətdə
Namərdlər dünyada kefi çağ gəzir.
Dünya belə dolur, belə boşalır,
Cinayət eyləyən mükafat alır.
Görənin gözünə naşı mil salır
Min əngəl törədən üzü ağ gəzir.
Yandırır içimi haqsızlıq mənim,
Yadlara qalıbdı çölüm çəmənim.
Ağlamalı gündü ağla Kərəmim,
Aslanlar yurdunda yalquzaq gəzir.
***
Şirin arzularım qınında qalıb
Həvəsim səngiyir, ilhamim yatır.
Fikrim ana yurdun
yanında qalıb,
Nə harayım çatır, nə ünüm yetir.
Bəlkə də Dikdaşın daşı əriyib,
Səmtini dəyişib bəlkə bulaqlar
Şahgəldi alması yəgin çürüyüb,
Tökülüb dibinə xəzəl yarpaqlar.
Batıb qəm-qüssəyə Tənəzzür dağı,
Gözləri yol çəkir Qızılqayanın
Gəlmir igidlərin səsi, sorağı,
Ömrü gödəlibdi yüz il qayanın.
Hicran pas atıbdı içimdə mənim
Ahımdan sozalır ömrün çırağı.
Ürəyim Vətənim, canım Vətənim,
Ildə qövr eyləyir sinəmin dağı.
Torpağı hərraca qoyan şərəfsiz
Namusdan danışma, qeyrətin yoxdu.
Bir vaxt saxta yolla “hörmət” qazandın
Bu gün el yanında hörmətin yoxdu.
Sənin haqsızlığın daşı əridər
Bu qədər öyünmə, naşısan, naşı.
Böyüyü, kiçiyi saymayan gədə,
Pulsuza pulunu göstərməz kişi.
Elin dar günündə,
yaman günündə
Sən doğma Vətənin yağısı oldun.
Bəlkə də nə
bilim şübhəm də qalmır
Dönüb Hayrapetin dığası oldun.
El malını tıxıb harınladın sən
Səni sarsıtmadı bu haray bu səs.
Bu gün Vətən üçün, bu torpaq üçün
Canıyananlığın əbəsdir, əbəs.
Haramdan kəsb etdin özünə maya
Bəlkə göy yarılıb, göydən düşmüsən.
Nə hörmət gözlədin, nə abır-həya
Kimdən inciməsin, nədən küsmüsən.
Torpağı qorumaq, yurdu qorumaq
Sənin kimilərə asan göründü,
Hünərin çatmayan daşdan yapışdın
Daşa gücü çatan insan göründü.
Sovuşdu fəlakət, səngidi tufan,
Qardaş qırğınına son qoydu Kişi
Millətin yolunda, xalqın yolunda
Böyük zəhmət çəkdi can qoydu Kişi.
O gərgin əməyin halal bəhrəsi,
Bu gün dil-dil ötən Azərbaycandı.
Dünyanı bürüyüb onun haq səsi,
Haqqa sadiq Vətən Azərbaycandı.
***
Yadımdadı bir zaman,
Erməni daşnaqları
məni tuturdu dilə
Evimi yıxırdılar
üzümə gülə-gülə
Onlarda elə dil, elə dil varki
Gürzəni yuvadan çıxardar o dil.
Sən gərək o qədər arif olasan,
O yağlı dillərə aldanmayasan.
amma yanılmışam, çox yanılmışam.
Budur dəllənir Aşot:
-Axper[1],
burda nə var ki,
Gəlin qoşulun bizə
səs
verin səsimizə
O cənnət Qarabağı
keçirək əlimizə
Bizim olsun o yerlər,
Şuşa, Laçın, Kəlbəcər
qalın burda kef edin
nə
dağılın, nə gedin!
Biz qardaş olmuşuq,
aşna olmuşuq.
Sizə toxunmayan
daşnak
olmuşuq.
Dilimiz, dinimiz
ayrı
olsa da,
Siz bizdə biz sizdə
qonaq
olmuşuq.
Bizim tayamızdan
ot
tükənəndə
Sizin qapınıza
ota
gəlmişik
Bizim ocaqların
odu sönəndə
Sizin ocaqlardan
od
götürmüşük.
Danmıram, arada
iciklik olub
Onların hamısı
tarixdə
qalıb.
Bu vaxt kimsə deyir:
-Türkmənçay tələsi quruldu bizə
Budur Kürsü deyir:
O vaxtdan zərbələr vuruldu bizə.
Cənab arkadı
-Irandan qırxca min erməni gəlir,
Qırxca min erməni nədirki, qardaş?
Zəngəzur, Naxrıban onlara bəsdi.
Onların yurdudu, Kardaş, Qoşundaş
Səfalı yerlərdi, özüm görmüşəm.
Lilpərli bulaqlar, suyu buz kimi,
Qoy gəlib yazıqlar burda cəm olsun!
-Bu vaxt kimsə dillənir:
-Qorxuram buz kimi sulardan içib
Erməni “qardaşlar” sətəlcəm olum
-Yenə kimsə söz atdı:
-Onların gəlməkdə məqsədi nədi
Cənab Arkadı[2]?
-Yazıqlar dilindən, dinindən,
Doğma Vətənindən ayrı düşüblər.
-Bu vaxt dilləndi Səfər:
-Eşidəndə bəd xəbər
ayağımın altından
yer
də qaçır elə bil.
Vallah, billah inanın
bu
millət millət deyil.
Neçə dəfə əzilib
ilan başı tək başı.
Bir az dirçələn
kimi
yenə salır savaşı.
Mənim babam qoruyub
istədiyin torpağı.
Buna canlı şahiddi!
Səhəng
dağı, Şahdağı
Mənim babam tikdiyi
məscidi
dağıtdınız
Son on ilin içində
gör
neçə dağ uddunuz?
Göyçə kimi mahalı
eylədiniz
Vardeniz
İşıqlını “İşqandağ”
Zəgibasarı “Masis”
Xankəndini dəyişdin,
Ağdərəni, Gəncəni,
Ağbabanı dəyişdin.
Neçə eli obanı
Gülüstanı dəyişdin
Qoy mənim sözlərimi
Sırğa etsin Balayan
Bir bədəndi bir candı
Qarabağ-Azərbaycan
Məndən Qarabağı dedim çox umma!
Yurdumuzun canı Qarabağdadır
Oa yaxın durma, ona toxunma,
Musiqimin xanı Qarabağdadır.
Gəl qanmaz yerinə qoyma özünü
Su töküb söndürmə dostluq közünü
Tanrı kor qoyacaq qızmış gözünü
Elin mərd insanı Qarabağdadı.
Mənə çoxdan bəlli çoxdan tanışsan
Uçmağa can atma, qanadsız quşsan
Vaxt tapıb Vazgenlə bir də danış sən
Allahın Quranı Qarabağdadır.
Qarabağ günəşim, ulduzum, ayım,
Ilkin sevgi payım məhəbbət payım
Qılıncım, qalxanım, kamanım, yayım
Koroğlu meydanı Qarabağdadır.
Qarabağ anamdır, bacımdır mənim,
Qarabağ şirinim, acımdır mənim.
Qarabağ əlçatmaz tacımdır mənim
Kəbəmin bir yanı Qarabağdadır
Hər dərdin dərmanı Qarabağdadır.
***
Yerində dözmədi
Qəhrəman kişi,
Üzünü çevirdi Tatosa sarı
Sizə kim öyrətdi belə yerışı
Çirkin əməllərdən utanın barı
Deyirdin “dostluqdur” mənim istəyim
Üzdə beləymişsən, arxada belə.
Etdiyin pisliyin hansını deyim,
Xəyanət deyilmi qurduğun tələ.
Xəyanət deyilmi bu atmacalar
Kəsdiyin çörəyə, daddığın duza.
Kişisən, kişinin mənliyi olar,
Niyə dönük çıxdın Kürə, Araza.
Niyə dönük
çıxdın səz bu dostluğa
Sənin günahını dənizlər yumaz.
Verdiyin öyüdlə böyüyən dığa
Dostluğu duyammaz, dostu duyammaz.
Niyə utanmadın nər Ələsgərdən
Göyçəni dəyişib Vardenis etdin.
Zori Balayanın “Ocağıyla” sən
Köhnə kilsələrə səcdəyə getdin.
Niyə utanmadın el qınağından
Yenidən çəkilir dağ dağın üstə.
Gül-çiçək toplayıb mənim daşımdan
Səpirsən, satqının alçağın üstə.
Yağılar bu yerə dərd gətirəndə
Göylərin gözündən qan yaş axırdı.
Bu torpaq uğrunda mən itirəndə
Sənin dığaların kefə baxırdı.
Axı sənin deyil bizim Qarabağ,
De hardan yarandı səndə bu arzu.
Zatın qırıq imiş ay peləqulaq
Sənə haram olsun bu hava, bu su.
Nə qanla döyünür sinəndə ürək
Əqidən, məramın nə dəhşət imiş
Sənə qənim olsun o duz, o çörək
Sənin dostluğun da xəyanət imiş!
***
Eşit Aşot eşit Aram,
yüz il keçə, min il keçə
bu yerləri unutmaram!
Bura mənim dədə yurdum,
baba yurdum
Elat yurdum
oba yurdum
Bu yerlərdə
igidlərim ad çıxarıb.
Bu torpaqdan qəhrəmanlar
qənim qovub, yad çıxarıb.
Itiriblər ilim-ilim
Bura mənim doğma yurdum,
doğma elim!
Bir də o yerlərə yolum düşəydi...
Комментарии
Отправить комментарий