Ata yurdu
Ata yurdu
Nə zaman
ki,
Yolum
düşür ata yurda,
Allah,
Allah
Gözüm
qalır qayalarda,
Dərələrdə,
Aynalaşan
bulaqlarda,
Çeşmələrdə.
Nə zaman
ki,
Yolum
düşür ata yurda,
Elə bil
ki, bu qururda,
Bu
Vüqarda,
Ovlamışam
mən heç harda
Nə zaman
ki,
Yolum
düşür ata yurda,
Üz
görürəm insanlarda
Gözlərimin
nuru artır,
Bir
cazibə məni dartır
O
dağların qucağına,
Şeir,
sənət ocağına.
Gözü
bağlı aparsalar
Əgər məni
o yerlərə,
Çiçəyinin
ətirindən,
Cığırların
qırçın-qırçın
sətirindən,
Suların
axışından,
Enişindən,
yoxuşundan,
Tanıyıram
Buzovyalı,
Gözəldağı,
Unutmaram,
Ulıularım
uyuduğu o torpağı
Unutmaram
onun halal çörəyini,
Unutmaram
Arxalının küləyini,
O
torpağın mayasıyla
Pərvazlanıb
gülüm mənim,
Bulaqların
laylasıyla,
Şirinləşib
dilim mənim.
Dodağımın
izi qalıb
Qayasının
daş ovcunda.
Uşaqlığım
buza dönüb
Sərt
illərin qış ovcunda
Bax
beləcə saydıqca mən
Saya
gəlməz mənim dərdim,
Ürəyimdə
dostluq əkdim,
qənim
dərdim.
Ədalətin
yaxasından,
Ilan
dilli şər asılıb.
Ər
oğullar itirmişəm,
Ürəyimdə
yası qalıb.
Yadlar məni boşaldıblar,
Misqal-misqal
boşalmışam.
Doğma
elin gül bağından,
Perik
düşən quş olmuşam.
Dağlar
məndən inciməsin,
Dönüb
qəlbi daş olmuşam.
Qınasa da
ellər məni,
Diləyim
var, Lələdağda
Əl
dəyməyən bir qıraqda
Boynu
bükük tək kol olam,
Yamacında
cığır olam,
Qayasında
sal daş olam,
Qartalına
yoldaş olam.
Təki orda
bulud olam.
Duman
olam, yağış olam,
Həm yaz
olam, həm qış olam.
Durna
gözlü bulaq olam,
Dərddən,
qəmdən uzaq olam,
Sazlı,
sözlü qonaq olam
Məclis
quram Ağbulaqda,
Dostlar
ola sağım-solum,
Bir açıla
əlim-qolum.
O
torpaqda igidlərim ad çıxarıb,
O
torpaqdan qəhrəmanlar
Qənim
qovub, yad çıxarıb,
Itiriblər
ilim-ilim!
And
içmişəm
Ana
Vətən, ana dilim!
And
içmişəm
Döyüşlərdə
həlak olan
Oğulların
məzarına,
And
içmişəm
Gərdək
qurub yol gözləyən
Gəlinlərin
ismətinə, qız arına,
Yurdumuza
göz dikəni,
Kim
dağıtsa biz tikəni,
Iti gözlü
şahin olub
Caynağıma
alaram mən,
Didik-didik
eləyərəm
Daşdan-daşa
çalaram mən!!
Nə zaman
ki,
Yolum
düşür ata yurda,
Allah,
Allah
Gözüm
qalır qayalarda!
Комментарии
Отправить комментарий