Ay etibarsız
Ay
etibarsız
Qış
qutardı bahar gəldi yurduma,
Yolunu
gözlədim ay etibarsız.
Gözəllər
çıxanda gülşən sehrinə,
Mən səni
izlədim ay etibarsız.
Tut
sovuldu, alça dəydi , gəlmədin.
Yaxın ,
uzaq məndən əydi gəlmədin.
Arzularım
daşa dəydi, gəlmədin,
Hicrinə
dözmədim ay etibarsız.
Gəldi xəyalıma
ötən günlərim,
Əzabla
cücərib bitən günlərim.
Qaldı
yağılara çətən güllərim,
Birini
üzmədim, ay etibarsız.
Niyə
qovammıram dumanı çəni,
Bürüyür
çayır tək çölü, çəməni.
Unuda bilmirəm
ana Vətəni,
Doyunca
gəzmədim, ay etibarsız.
Orda bağ
da qaldı, torpaq da qaldı,
Dəryaz
da ,çəkicdə oraq da qaldı.
Görən
görüşümüz nə vaxta qaldı.
Mən səndən
bezmədim, ay etibarsız.
15.03.2015
Комментарии
Отправить комментарий