Yorulmadı
Yorulmadı
Bir vaxt bu yolları piyada getdim,
Ayağım yoruldu, diz yorulmadı.
Gülşəndə gül kimi güllərə baxdım,
Nə qədər baxdımsa, göz yorulmadı.
Hərdən suvar oldum külək atına,
Qalxdım mavi göyün yeddi qatına.
Dədə Ələsgərin əmanətinə,
Kəm baxmaq istədim, saz yorulmadı.
Koroğlu qayası həmdəmim oldu,
Sevinc yadın oldu, qəm mənim oldu,
Qılıncım, qalxanım qələmim oldu,
Nə qədər yazdımsa söz yorulmadı.
Комментарии
Отправить комментарий