Arzubulaq.


Arzubulaq.

Arzubulaq, adına bax,
İç, suyunun dadına bax,
Suya gələn qadına bax,
İncə beldi, siyah teldi.

Göz gərəkdi ona baxa,
Eşq oduna yana, baxa.
Bir an dönüb yana baxa,
Bu can alan hardan gəldi?

Yeriş gözəl, duruş gözəl,
Söhbətimə qarış, gözəl.
Gəl, Əvəzlə barış, gözəl,
Lələdağdı, əhli-dildi.




Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri