Rübailər
Rübailər
Mən kiməm,Ya Rəbbim,fərman sənindi,
Dərdə şəfa verən dərman sənindi.
Sənin əlindədir ömrün sükanı
Bu yerdə,bu göydə,hər yan sənindi.
Sənsən xəlq eyləyən gecə-gündüzü
Dərəni,təpəni,yoxuşu,düzü.
Kəsilib yurdumun Qarabağ qolu
Hicran yanğısından xilas et,bizi.
Mən sənin qarşında qulam,nökərəm,
Hökm elə yağını dara,çəkərəm,
Sən mənə güc versən,cəsarət versən,
Düşmənin
yurdunda bostan əkərəm.
Göstər nicat yolu,həqiqət yolu
Bağçamın gülunu döyübdü dolu.
Sən məni yaradan,mən sənə bəndə
Sən mənim gözümdə ulusan ,ulu
Sən məni
yaradan mən sənə bəndə
Niyə gedəmmirəm o doğma kəndə?
Necə gözəl idi dağı dərəsi
Dağlara tamarzı qalmışam məndə
Necə gözəl idi dağı dərəsi
Çeşməsi bulağı bağı bərəsi.
Ürək məlhəmidi səhərin mehi
Dərdə dərman idi şoru,kərəsi.
Küləyi güllərə sığal çəkərdi
Arısı çiçəkdən
hey bal çəkərdi
Necə parlaq idi mirvari şehi
Çəmənə naxışı hilal çəkərdi,
Uzun ömürlüydü orda adamlar
Vətəndən kənarda xeyli adam var
Düşübdü çöllərə elim bir çətən
Bizdən
inciyibdi,küsübdu bahar.
Tale yazısı var hər bir insanda
Bəzən suya dönür damarda qanda,
İçində pas atıb arzular min-min
Dərdə çarə qılmır,dərdi qanan da.
İlahi! Bilmirəm bu necə andı,
Namərd əhdi pozdu, ilqarı dandı
Axır gözlərimdən axır qanlı su,
İçim odsuz yandı,ocaqsız yandı.
Nə gədər dərd olar, bircə ömürdə
Ürək tab edərmi
bir belə dərdə
Nələr törətmədi
elin qanlısı
Yandı külə döndü bağ da,bəhər də.
Enişi enirəm,yoxuş qutarmır
Buludlar seyrəlir yağış qurtarmır
Mənim millətimə hardan tuşlanıb
Alqış yaxın gəlmir,qarğış qutarmır.
Gecələr sübhədək oyaq qalıram ,
Ayla,ulduzlara həmdəm oluram.
Bir az daşıyıram aranı dağa
Şam kimi əriyib,gül tək soluram.
Gecə daşıyıram aranı dağa,
Tamarzı qalmışam əkdiyim bağa.
Elə bil dərd-gəmi satın alıram,
Düşmənin başına od-alov yağa.
Sinəmə sancılır
şərin oxları
Ömrün cavan
çağı itirdim yarı
Qaraldı gözümdə sübhün çırağı
Artıq üzülmüşəm ,qalmışam yarı.
Kor oldum görmədim o boyda dağı
Qaraldı gözümdə sübhün çırağı
Fələk gor gahıma süpürgə çəkdi
Qaldı yad əllərdə Vətən torpağı.
Kəsərsiz qılınca dönmüşəm indi,
Alışıb yanmışam sönmüşəm indi
Birdə qayıtmaz ki o gözəl anlar
Eşqin göylərindən enmişəm indi.
Yataqdan qalxıram dan sökülməmiş
Dağların döşündən çən çəkilməmiş
Gəlir qulağıma quşların səsi,
Otların üstündən şeh tökülməmiş.
Bir azdan göylərin nazlı gəlini
Səpir üstümüzə qızıl telini
Təbiət geyinir atlaz zərxara
Bülbülişə salır şirin dilini.
Hərdən qərq oluram düşüncələrə
Görən darıxırmı o dağ,o dərə.
Kədər kölgəsini salıb üstümə
Sevinc ayaq basmır bu həndəvərə.
Daş kimi yatıbdı oyanmır bəxtim
Qəm qüşəiçində çürüyüyür taxdım
Qəlbimdə kədərdən yas xana qurdum
Ötüb keçənlərə həsrətlə baxdım.
Qara yer apardı mərd insanları
Torpaq öz qoynuna çəkdi onları
Qurtara bilmirəm dərdin əlindən,
Bir bir boşalacaq əcəl camları.
Ömrümü gününü kim versə bada
Kimsənin qəlbində yaşamaz oda.
Dünəni bu günə
qataytaran hanı,
Niyə son qoyulmur aha,feryada.
Məni mərd böyüdüb öz doğma anam,
Yaxşıya
yaxşıyam, yamana yaman
Bir gün
yurdumuzdan soruşar qada
Çəkilər yolumdan qasırqa,tufan
Ziyarət eylərəm o dağları mən
Bağrıma basaram bulaqları mən,
Sağalar sinəmə çəkilən dağlar
Gəzərəm bülbüllü o bağları mən
Dilim qabar oldu Vətən deməkdən
Gözlərim yoldadı,qulağım səsdə,
Bir xəbər gəlməyir Bozbiçənəkdən.
Комментарии
Отправить комментарий