Gəlmədi
Gəlmədi
Gözüm
yolda qaldı ,qulağım səsdə,
Bəs səhər
gedənim, niyə gəlmədi.
Həsrətin
çəkməkdən olmuşam xəstə,
Hayladım
,hayladım haya gəlmədi.
Günəşdən
soruşdum, aydan soruşdum,
Dənizdən
soruşdum, çaydan soruşdum.
Bahardan
soruşdum, yaydan soruşdum,
Batdı
yerə, çıxdı göyə ,gəlmədi.
Sabah-sabah
sərin mehdə əsdi hey,
Hicran məni
qılınc kimi kəsdi hey.
Harayladım
neçə yaxın dostu hey,
Qıy
vurdum aləmə, qıya gəlmədi.
Yaş
qarıdı, ömür keçdi a zalım,
Hey
çalışdım səndən kammurad az alım.
İnsafdır
mı yana- yana a zalım,
Əvəz Kördü,zalım vaya gəlmədi.
Комментарии
Отправить комментарий