Gəlir


    Gəlir

Allah.Allah gələnə bax, gələnə
Yağıb sinəsinə təzə qar, gəlir.
Dodağından şirin gülüş süzülür
Min naz ilə o vəfalı yar gəlir.

Xeyli vaxtdır yadırğayıb can cana,
Insafdırmı həsrət qala can, cana.
Gözəl olur qovuşanda can cana
Zəifləmiş gözlərə də nur gəlir.

Ürəyimi eyləyibdi yara yar,
Təbib qardaş, götür nəştər yara yar!
Cəhd elədi çatammadı yara yar
Bu gen dünya yarsız mənə dar gəlir.

Lələdağın yeri-yurdu hayandı,
Eşq oduna ha alışdı, ha yandı.
Əvəz gəlib yaman yerdə dayandı,
Gözlərinə yavaş-yavaş tor gəlir.



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri