İndi


İndi
Dağ boyda dərdimi qoyub bir yana,
Dağların dərdini çəkirəm indi.
Ömür sarayımın divarlarını,
Hördüyüm kimi də sökürəm indi.

Yolumu gözləmə, Yarpızlı dərə,
Mən çıxa bilmirəm uzaq səfərə.
Bir vaxt sevinc tumu səpdiyim yerə,
Qəm-kədər toxumu əkirəm indi.

Coşqun cavanlığın coşqun çağları,
Əyilib öpərdim buz bulaqları.
Köksümdən silinmir hicran dağları,
Uşaq tək boynumu bükürəm indi.

Əvəz, itirmişəm uşaqlığımı,
Sağalda bilmirəm sinə dağımı.
Afat yeli vurdu könül bağımı
Oturub göz yaşı tökürəm indi.
2011




Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri