Axtarır Gözüm


                              Axtarır Gözüm
Ayna camallını ,bal dodaqlını
Bir incə bellini axtarır gözüm      
Yerişi , duruşu can alan olsun
Bir tutu dillini axtarır gözüm

Nələr çəkdiyimi bir Allah bilir ,
Dərd tüqyan eyləyib üstünə gəlir
Əğyar qəh – qəh çəkib ürəkdən glür
Dil bilən ellini axtarır gözüm

Hicran yanğısına Lələdağ gərək
Dözə hər cəfaya , dözə igid tək
Sirrimi açıram sənə ey fələk
Bir siyah tellini axtarır gözüm


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri