Ay Xanım


Ay Xanım
(Xəsis bir xanımdan giley)

Xöşək imiş göndərdiyin almalar,
Elə bilmə tamarzıyam, ay Xanım.
Əlin açıq olsun, ürəyin təmiz,
Sənə qalır gələn sovqat,pay,Xanım.

Üstüm unludursa , içim xəzinədir,
Xəz görməyən nə bilər ki, xəz nədir.
Allah,Allah bu insanda üz nədir,
Xöşəkləri gətirmişəm  say ,xanım.

Birinə anasan ,birinə gəlin,
Niyə səxavətdən kasatdır əlin.
İlanı yuvadan  çıxardır dilin,
Səni oyatmırmı bu haray, Xanım.

“Dişinə baxmazlar bəy verən atın”
Nə vaxtdan olmusan sən xanım-xatın,
Mənə bəllidir ki, əvvəlki zatın,
Sənə qalmayacaq bu saray, Xanım.

Çox dözdüm, yaşandım hərəkətinə
Nadanlar  qəsd etdi, düşdüm çətinə.
Niyə xor baxırsan el adətinə,
Səni sarsıtmırmı bu giley,Xanım.

Var-dövlət hərisi olmaq əbəsdir,
Qarını yükləmək ürəyə qəstdir.
Bircə çarpayılıq yer mənə bəsdir,
Nə bu Yer sənindir, nə də Göy,Xanım.

Şərdən-şəbətədən uzağam,uzaq,
Xalqımın yanında olmuşam uzağ.
Qarınqulu deyil Əvəz Lələdağ,
Bu dünya malından çalış doy,Xanım.
(2014)

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri