Ay sədəfli saz
Ay sədəfli saz
Ondan
ayrıldığım gör neçə ildir,
Böhtanlar
söyləndi, yalan deyildi,
Xiffət
eyləməkdən qəddim əyildi.
Səninlə
təsəlli tapıram bir az ,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Alıb
ağuşuna məni min xəyal,
Yağı
əlindədir o boyda mahal.
Hanı Gəlinqaya,
hanı Buzovyal?
Yanğımı
söndürməz nə Kür,nə Araz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Bir bulaq
başına çıxa bilmirəm,
Bir yaşıl
çəmənə baxa bilmirəm,
Dağ boyda
dərdləri yıxa bilmirəm,
Bu müşkül
dərdimi mən deyim, sən yaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Məni
xırxalayan bu duman nədir?
Günahsız
tökülən axan qan nədir?
Başımda
dolanan bu güman nədir?
Səbrim
tükənibdi tez gələydi yaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Hansı
dərdi çəkim, hansına dözüm,
Yollara
dikilib intizar gözüm.
Bəzən
bezikirəm özümdən özüm,
Vətənsiz
ucalmaz nə səs, nə avaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Hünər
köhlənimi yaylağa sürdüm,
Göyləri
seyr edən qartalı gördüm.
Ömrümü,
günümü yellərə verdim,
Ağıl
çaş-baş oldu, düşüncə dayaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Bəlkə bir
od olum yandırım səni,
Bəlkə
yerə çırpım sındırım səni,
Bilmirəm
nə təhər qandırım səni,
Sənsiz Lələdağın könlü açılmaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
1989
Комментарии
Отправить комментарий