Düşməsin


Düşməsin

Mənim Yaradandan bir diləyim var,
Qaşlı üzüklərin qaşı düşməsin.
Könül sarayımın namərd əliylə,
Kərpici düşməsin, daşı düşməsin.

Ümid bağlamışam dosta, sirdaşa,
Ləl-gövhər demərəm hər zərli daşa.
Kasıb qardaşın da varlı qardaşa,
Ya Rəbbim, heç zaman işi düşməsin.

Xudaya, gözucu mənə tərəf bax,
Demirəm yolumu eylə çilçıraq,
Nə versən dözəcək Əvəz Lələdağ,
Bircə qismətimə naşı düşməsin!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri