Ağdü lətifələri
Ağdü lətifələri
Yaxud Məhərrəmin işdəkləri
Kəndimizdə
Məhərrəm
dayı adlı çox baməzə bir adam vardı. İndi rəhmətə
gedib. Allah rəhmət eləsin.
Onu toylarımızın yaraşığı hesab edirdilər.
O, həmişə toyda Narxanım adlı bir qadınla
oynayardı. Oynaya-oynaya Narxanıma sarı
cumar və bu şərqini
oxuyardı.
Ətəkləmə, yelləmə,
Eşqin vurub kəlləmə.
Hər yanım sənin olsun,
Tuman bağım əlləmə.
Camaat
gülüşüb Məhərrəm dayını alqışlayardı.
Biz uşaqlar da onun dediklərini yadda saxlayıb, bir-birimizlə zarafat edərdik.
Hasmiqin dağarcığı.
Bir dəfə qonşu uşaqlarını acından
halsız görür, atı sürür Uz dəyirmanına.
Dəyirmançı Diqran içəridə oturub başını söhbətə qatmışmış. Qapının ağzında bir dağarcıq dən varmış. Məhərrəm dağarcığı alır qucağına, yeriyir irəli və deyir:
—Allah saxlasın, ay Diqran
kirvə. Bu dəni sal ağnağaza, uşaqlar
acdı.
Diqran tez dənin arasını kəsir, dağarcığın dənini tökür dənniyə, unluqdan hazır unu dağarcığa doldurub deyir:
—Ara, Maharram, di get,
uşaqlar korluq çəkməsinlər.
İki gündən sonra Diqran Məhərrəmi görür və deyir:
—Ara,
Maharramcan, sən o gün dəyirmana gələndə qapının dalında
Hasmiqin dağarcığını görmədin? Ara, dağarcıq itib.
Ot biçini.
Yadımdadır, «Almalıq»da ot biçirdik. Məhərrəm dayı yenə qoçaqlığından danışırdı. Mən ona kələk gəlmək istədim. Uşaqları öyrətdim ki, mən bir iş görəcəm, siz də dediklərimi təsdiqləyin. Dedim:
—Ay uşaqlar, günorta yeməyinə hamımız evə gedirdik. Birimiz gec gəlir, birimiz tez. Gəlin gündə birimizin evinə gedək, topa da qayıdaq işimizin üstünə. Amma püşk atacağam. Yeddi nəfər idik. Yeddi kağız hazırladım. Hamısına Məhərrəm yazdım. Kağızları büküb
yığdım torbaya. Birinci kağızı Məhərrəm dayı çəkdi. Deməli, bu gün Məhərrəm dayıgilə gedəcəyik. Getdik. İki toyuq
kəsdi, üç araq aldı, bir qazan qatıq-ovduq elədi. Yedik, içdik, qayıtdıq işin üstünə. Kərəntini döyə-döyə dedim:
—Yox, bu yaxşı deyil, bir
adama ağırdır.
O, tez yerindən durub elə qışqırdı ki, qulaqlarım
batdı:
—Sən öl, buzovunu gətirib kəsərəm.
At alveri
Məhərrəm katiblərin atını saxlayırdı. Rayona kəndlərdən kolxoz sədrləri həmişə bəslənmiş atlarla iclasa, filana
gələrmişlər.
Bir dəfə yenə belə olur. Naxçıvanın Külüs kəndindən bir nəfər at almaq üçün Sisyan bazarına gəlir. Məhərrəmin qulağına çatır ki, at alan var. O, «müştərini» tapır və aparır atlar bağlanan
yerə:
—Katib tapşırıb ki, bu atlardan
ikisini sat!
Müştəri atları nəzərdən keçirir, yalını yoxlayır, burnunu tutur dözümünü öyrənir və səmənd atı almağa razılaşır, pulunu sayır verir. Məhərrəm atı yəhərli-yüyənli «satır» külüslüyə. Müştəri minir atın belinə, düşür yolun ağına. O, rayondan çıxmamış Məhərrəm atın yiyəsini tapır və deyir:
—Atı bir nəfər oğurlayıb, aparıb.
At sahibi bir yüyrək at tapır, düşür at alanın ardınca. Onu Güllübulaqda haqlayır:
—Ə, qırışmal, atı hara aparırsan?
—Necə yəni atı hara aparırsan? Pul verib at almışam, aparıram
da bə!
—Ə, nə pul, nə almaq? At kolxozun atıdır. Onu kim sata bilər?
Uzun çək-çevirdən sonra atı qaytarır. Məhərrəm də pulun üstündən «zəhməthaqqı» götürəndən sonra qalanını verir müştəriyə.
Sənin neçə kişin var?
Bir gün Məhərrəm dəryazını götürüb gedir ot
çalmağa. Gün çeşdə qalxır. Məhərrəm gəlib çıxmır. Nübaxgül başlayır deyinməyə:
—Balam, bu kişi niyə gəlib çıxmadı?
Gəlin Nübaxgülün deyinməyindən təngə gəlir:
—Ay arvad, bəsdir də, bunun da bir kişisi var...
Məhərrəm gələn kimi Nübaxgül gəlinin sözlərini qoyur Məhərrəmin ovcuna. Məhərrəm arvada tərs-tərs baxır və deyir:
—Çörək səni tutsun, deyərdin bala, sənin neçə kişin var?
Bəs hardaydın?
Bir dəfə Alverdi İrəvana uçmaq üçün təyyarəyə bilet alır. O, təyyarəyə minmək istəyəndə Məhərrəm ona yaxınlaşır və deyir:
— Bu təyyarəyə minmə, təyyarə göydə partlayacaq.
Alverdi bileti batsa da, Məhərrəmin sözünə baxır, təyyarəyə minmir. Ertəsi gün o, avtobusa bilet alır və salona keçmək istəyəndə Məhərrəm peyda olur və deyir:
— Bu avtobusa minmə, avtobus körpüdən aşacaq.
Alverdi tutur Məhərrəmin yaxasından:
— Axı sən kimsən, məni yolumdan edirsən?
— Mən sənin təhlükəsizliyini qoruyan Məhərrəməm.
—
Ay şərəfsiz, bəs mən evlənəndə sən hardaydın?
Allahyarın keçisi
Allahyar adlı bir nəfər Qızılcıq kəndindən bir keçini Sisyan
bazarına satmağa gətirir. Keçini alan 13 deyir, Allahyar 15 istəyir. 2 manata
görə
sövdə
pozulur. Allahyar keçini bağlayır ulağın quşqununa, düşür yola. Məhərrəm bunu görür və yanındakılara
deyir:
—Nə verirsiniz, bu
saat o keçini açım gətirim?
O,
belə
də
edir. Arxadan yavaş-yavaş gedib, keçinin ipini açır və keçir tinə. Allahyar da ulağın
noxtasından tutub, arxasınca aparır. Yala çıxanda baxır ki, keçi yoxdur. O, pürfərəng qayıdır geri.
Məhərrəm çıxır onun qabağına:
—Ə, Allahyar mamaoğlu,
hara belə?
—Ə, dayıoğlu, bazara
keçi gətirmişdim,
alan olmadı, qaytarıb aparanda, bir də gördüm keçi
yoxdur, açılıb qaçıb.
—Mamaoğlu,
muştuluğumu ver, keçinin yerini deyim. Allahyar cibində olan 2 manatı
Məhərrəmə muştuluq verir,
keçini alıb aparır.
Küncüt əhvalatı
Kənddə «Dikdaşın üstü»
deyilən
bir yer vardı. Camaatın söhbət yeri idi. Dikdaşın üstü. Bir nəfər gəlir camaatın gur
yerində
kisəni
qoyur yerə.
Məhərrəm də böyürdən çıxır. Bir nəfər ağzı dinc durmaz
deyir:
—Ə, bu dəli hardan gəldi?
Məhərrəm məsələni başa düşür və başlayır «fəaliyyətə». O, özünü lallığa
vuranda elə
bilirdin doğurdan da laldır, dili yoxdur. Məhərrəm yaxınlaşır küncüt
kisəsinə bir sıxma küncüt
götürür və
lal adam kimi onun nə olduğunu soruşur. Küncüt satan nə qədər çalışır onu başa
sala bilmir. Məhərrəmin hərəkətlərindən qorxur və çəkilir kənara. Məhərrəm küncütdən bir xeyli yığır
şinelin ətəyinə və aralanır. Tini
dönəndə bir nəfərlə rastlaşır və deyir:
—Ə, get ora, deynən ki, o dəli nə idisə səpirdi torpağa.
Həmin adam gəlir əhvalatı danışır.
Küncüt satan şaqqanaq çəkir:
—Pa
atonnan zırrama yiyəsi, o, elə bilir küncütü
səpirlər e!
Çərəkə əhvalatı
Bir gün dəyirmanda dəyirmançı Alməmməd kişi ilə söhbət zamanı onun əlindən çərəkəni alır və çevirir. Sonra
Alməmmədin çərəkəsini qoyur cibinə, öz çərəkəsini çıxarır verir
Alməmmədə. Alməmməd kişi çərəkəni çevirir, lakin
nədənsə şübhələnir:
—Bu çərəkənin sapını arvad
nə
vaxt dəyişib?
Axı mənim
çərəkəmdə qotaz yox idi.
Getdikcə onun içində qara fikirlər baş qaldırır:
—Axı
mənim
çərəkəmin sayı çox idi.
Məhərrəm də altdan-altdan
onun hərəkətlərinə baxır və bic-bic gülür.
Birdən
Alməmməd Məhərrəmin kələyini başa düşür
və
deyir:
—Vay
sənin
ananı...
Keşişin cavabı
Rayona hardansa bir axsaq keşiş
gəlib
çıxmışdı. Məhərrəm yanındakı hörmətli rəhbər işçilərə deyir:
—Nə verirsiniz, mən keşişi pərt edim?
Məhərrəm gedir keşişin
qabağına tənzim
edir və
deyir:
—Salım,
keşiş ağa!
Keşiş onu başdan-ayağa süzür
və
deyir:
—Get
sal atanın goruna. Ə, qırışmal, müsəlmansan əssəlamü əleyküm, russan
privet, ermənisənsə parivces de!
Köpək
oğlunun salamına bax!
Məhərrəm pərt olur, suyu tökülmüş
geri qayıdır.
Mərvə nənə ilə söhbət
Məhərrəm bir gün kənddə mamaçalıq eləyən Mərvə arvadın qabağını
kəsir:
—Mərvə nənə, sənə bir sirr açacam,
amma sən
balalarının canı heç kəs bilməsin.
Mərvə də ona toxtaxlıq
verir:
—Bala
sirr açan Allahın düşmənidir, qorxma danış.
—Mərvə nənə, üzüm ayağının
altına, sən
Allah, bağışla, sən də mənim anam, vaxtımdan
keçib, uşağa qalmışam, indi əl mənim, ətək sənin, bir çarə qıl bunu məndən rədd elə!
Mərvə arvad da onun
kələyini başa düşüb
deyir:
—Məhərrəm, kişilərə Əleyxa baxır,
get onun yanına!
Mehralının payı
Mehralı gedib tərəkəmədən bir neçə erkək əkişdirir. Məhərrəm də kənddə sovet sədri işləyirmiş. O, Mehralının
çağırır və
hədələyir. Mehralı axşam
beş qoyun gətirib, ötürür Məhərrəmin qapısına və deyir:
—Qarnının
dərdi
bu deyil, ala bu da sənin payın.
Güllünün Qibriş
ilə
görüşü
Rayona Qibriş adlı ağıldan qolay
bir qadın gəlmişdi. O, bütün parça qırıntılarını tikərdi üstünə. O yandan gələndə adam eymənərdi. Bir dəfə Güllü arvad Minniyə donluq almaq istəyir. O, çoxuşaqlı
idi. Amma çox mehriban və ürəyi təmiz qadın idi.
Bir gün Məhərrəmə deyir:
—Məhərrəm, Minnik məktəbə gedəcək, donu yoxdur.
Sən
rayonda işləyirsən. Ona iki metr
bambazı al gətir. Uşaqpulu alan kimi borcu verərəm.
Məhərrəm fürsəti əldən vermədən dillənir:
—Sabah
gəl
rayona, təzə bir parça dükanı
açılıb. «Qibrişin dükanı» deyirlər. Dünyada nə qədər parça növü varsa,
orada taparsan. Bez, bambazı, kişmir, gülməxmər, qonşupartladan... Mən səni Qibrişlə tanış eləyim, həmişə nisyə parçanı ondan
al.
Güllü arvad tezdən durub, götürülür
rayona. Məhərrəmi tapır. Məhərrəm onu aparıb ötürür
Qibriş yaşayan daxmaya və özü də kənarda dayanıb
gözləyir.
Bir də görür ki, Qibriş
Güllünü qatıb qabağına qovalayır. Məhərrəm gülməkdən uğunub gedir.
Sərkisin cəvizi
Bir dəfə Məhərrəm, Cəfərxan və Mehralı Ağdüzdə küləş biçirmişlər. Bizdə deyərdilər: «Küləş düşdü, qış düşdü».
Rayonun Lor kəndində Sərkis adlı erməni iki kisə cəvizi yükləyib uzunqulağa
aparırmış bazara. Məhərrəm bir an fikirləşir və tez durub soyunur.
Əynində təkcə tuman-köynək qalır. Sərkis ulağın noxtasını
çəkə-çəkə gedirmiş. Məhərrəm arxadan gəlir ulağın noxtasını
çıxarır və
ulaq qalır. Mehralı onu aşırır yalın dalına. Məhərrəm bir xeyli Sərkisin dalınca
gedir və
birdən
noxtanı salır başına, ayağını dirəyib yerə geri dartınır.
Sərkis dönüb baxanda
kəfən geyinmiş bir
adam görür. Qorxudan dili tutulur, özünü buraxır dərə yenişə. Məhərrəm ulağın noxtasını
da götürüb, gəlir dostlarının yanına və cəvizi bölüb aparırlar.
Həmin
ulağı Məhərrəm iki erkəyə Şağatlı Vahana
satır.
Yumurta dəyişirəm
Kolxozun toyuq saxlayanı Hüseyn
Qəmbərov çox mülayim
adam idi. Onun başı qarışanda Məhərrəm keçir dama və yumurtaları yığır
qoynuna. Bu heyndə Hüseyn kişi keçir içəri və Məhərrəmi görür:
—
Ə Məhərrəm, nə iş görürsən?
—
Hüseyn xalaoğlu, yumurta dəyişirəm. Bizim toyuqların
xoruzu yoxdur.
O, qoynuna yığdığı yumurtalardan
birini çıxarıb qoyur yerə, birini götürüb qoyur qoynuna. Hüseyn də elə bilir ki, toyuq
basdırmaq üçün yumurta dəyişir.
Məhərrəmin fatihəsi
1918-ci ildə Andronik Uzunyanın
hücumu nəticəsində Zəngəzur camaatı pərən-pərən düşür. Xanəhməd və Güləhməd qardaşlarının
təzərəyi gedib çıxır
Daşkəndə. Bütün ağzı dualı
adamları da göndərirlər Sibirə. Nəhayət, ara sakitləşir, dünya düzəlir. Adamlar yavaş-yavaş
qayıdır. Xanəhməd qalır Daşkənddə, Güləhməd gəlib öz dədə-baba ocaqlarını
yandırır, evlərini şənləndirir.
Bu vaxt bir nəfər dünyasını dəyişir. Camaat üzünü
kəndin
«başbiləni»
Məhərrəmə tutur.
—
A Məhərrəm, sənin köhnədən savadın var.
Bir dua ver mərhumu aparaq tapşıraq torpağa. Məhərrəm dua verməyi hardan bilirdi?
Evdə
bişməmişdi,
qonşudan gəlməmişdi. Amma özünü
sındırmayıb deyir:
Allahümmə səlli əla
Məhəmməd və əla Məhəmməd
Daşkənddə Xanəhməd,
Ağdüdə Güləhməd.
Məkkədə Məhəmməd
Fatəhət!
Beləliklə, Məhərrəm uzun müddət kəndin çox hörmətli mollası olur.
Məhərrəmin dua oxuması
Bir dəfə qonşu kənddən bir nəfər qeyri-müsəlman dünyasını
dəyişir.
Hüzr yerinə
gələn Məhərrəm keşişə yaxınlaşır və deyir:
—Keşiş
ağa, bizim adətimizcə ölü düşəndə dua veririk.
O, keşişin razılığını gözləmədən başlayır dua
verməyə.
Bər şiyəzid, bər köpəkoğlu,
Tülkü sifət, donuz baş.
Yezid müdam lənət!
Şahın taxtını əncüma çıxıb,
Keşişlər bizim öyümüzü
yıxıb,
Harsınlar tamam abırdan çıxıb,
Yezid müdam lənət!
Ermənilər dua üçün Məhərrəmə təşəkkür edirlər.
Dədə, benzin yoxdur.
Bir dəfə rayona gedirdim.
Şuşada maşının yanacağı qurtardı. Döndüm yanacaq götürəm. Gecə yarıdan keçmişdi.
Pəncərədən baxdım gördüm
yanacaq satan yatıb. Pəncərəni döydüm, o,
gözünü açdı:
—
Yanacaq yoxdur-dedi-üzünü divara tərəf çevirdi. Mən pəncərəni bir də döydüm və
—
Yekə
oğlansan, uzaq yol gedirəm, dur mənə bir az yanacaq
ver sovuşum gedim-dedim.
O, yerindən cəld qalxdı, şalvarın
bir qıçını taxtı əyninə və hirslə dedi:
—Dədə, bayaq yatılı
deyirdim, indi ayaq üstə deyirəm, benzin yoxdur.
Apardılar yumağa
Bir dəfə İzzət həkim bərk xəstələnib düşür xəstəxanaya. Eşidən, bilən xəstəyə baş çəkirlər. Get-gedə yönü bəri düşür. Onu aparırlar
evə
çimizdirsinlər, yenə qayıtsın xəstəxanaya. Elə bu dəmdə ona baş çəkməyə uzaq rayondan yaxın qohumları gəlir. Qapıçı onlara bildirir
ki, elə
10 dəqiqə olar apardılar
yumağa. Bu sözü eşidən kimi qohumları vay-şivən qoparıb, ağı
deyə-deyə düşürlər yola.
Dizinəcən çəkməli
Dirsəyinəcən düyməli...
Enli kürəkli, pələng biləkli
Dinməyəni dindirən
Gülməyəni güldürən
Hayıf sənə, ay oğlan!
Bir su içim saatda şəhərə hay düşür ki,
bəs
İzzət
həkim
dünyasını dəyişib aparıblar yumağa. Tanış-biliş qarışır bir-birinə. Kimi qəzetə başsağlığı verməyə qaçır, kimi molla
gətirməyə. Amma İzzət həkim hər şeydən xəbərsiz özünə qüsul verirdi.
Ta burda niyə oturmusan
Bir dəfə səhər-səhər kabinetin qapısı
ehmalca açıldı. Mahmud Nəcəfov olar, deyib keçdi içəri. Stolun üstünə bir ərizə qoydu.
Xahiş edirəm nəvəmin qonşuluqda
olan uşaq bağçasına
düzəlməsinə kömək əli uzadasan.
İmza: Nəcəfov
Mən ərizəni oxuyub qurtarandan
sonra özün niyə işə girişmisən? Hamı necə düzəldir sən də elə et.
O, bir
az yazıq-yazıq, könülsüz
gülüşlə:
—Hamı
verir düzəldir.
—Sən də ver, düzəlt-dedim.
Bu sözdən sonra o, ciddi
halda:
—Mən də verəcəm, ta
burda niyə
oturmusan əəə!-dedi.
Mən sənin gözu yeyim
Bir dəfə dayım Saleh Cəfərov qırılmış çəmbərəni (çəmbərə kotanı bazıya
bağlayırdı)
gətirir dəmirçixanaya və Əmiraslan kişinin
xoşuna gəlmək üçün deyir:
—Əmiraslan əmi, gözünü
yeyim, məni tez yola sal
gedim.
Əmiraslan kişi bir az hirslə:
—Mən sənin gözü yeyim,
mən
qızam mənim
gözümü yeyəsən, mən sənin gözü yeyim,
otur
gözlə!
Yetimə bax, itə bax!
Kəndimizdə İsmayıl İsmayılov
adlı çox hörmətli bir Allah bəndəsi vardı. Nədənsə hamı ona «yetim»
İsmayıl deyirdi. Bir
gün onun «Bozdar» iti Əmiraslan kişini
didib-dağıtmaq istəyir. Əmiraslan kişi
yanıqlı-yanıqlı deyir:
—Ay
məni
qınayan, hı
hə
yetimə
bax, itə bax!
Gəl qardaş, gəl
1918-ci ildə daşnak Andronikin
hücumu nəticəsində kəndin camaatı pərən-pərən düşür. Əmiraslan qardaşı
Rəhimlə Əskərana gedib çıxır. Onlar
çörək
pulu qazanmaq üçün dəmirçilik edirdilər. Bir
dəfə onlar qonşu kəndə getmək üçün körüyü
yükləyirlər uzunqulağa düşürlər yolun ağzına. Bu
zaman 30 nəfər gənc oğlan hərbi komissarlığa
gedirmişlər. Əmiraslan kişi hərdən-toş, qara
eşşək, məməni yeyim. Cavanlar
onu yamsılayırlar. Bu, Əmiraslan kişinin
xoşuna gəlmir
və
qancıq oğluna bax e, qancıq
oğluna bax e! Gənclər onlara hücum
edir və
uzunqulağı aşırırlar yolun alt tərəfinə. Körüyün
burnu yerə
dirəndiyi
üçün ulağın qıçları göyeəd qalır. Uşaqlaqr gülüşə-gülüşə aralaşırlar. Qardaşlar
ulağı qaldırırlar, düşürlər yola. Əmiraslan kişi:
—Gəl qardaş, gəl, qar
qoğundan qurtardıq.
Sən öl, xiyar
getmişdi
Hüseynqulu adlı
bir nəfər çoban gəlir Sisyan bazarına
toğluları satır. İki
kilo xiyar alıb yığır ciblərinə. Xiyar çox olduğundan
ciblərə tam yerləşmir və bəzilərinin yarısı çöldə qalır. Bu
halı görən
Məhərrəm xiyarlardan əkmək istəyir. Amma
Hüseynqulu duyuq düşür və Məhərrəmin əlini tutur. Məhərrəm özünü elə göstərir ki, guya
düşmək
qorxusu olan xiyarları çobanın cibinə basmaq istəyirmiş. Hüseynqulu
onun üzünə
tərs-tərs baxır:
—Sən öl, görməsəydim, xiyar
getmişdi, ey!-deyir.
Hə, onda
da bir az var
Cəfərxan kişi bir az
şorgöz idi. O, həmişə taxıl biçinində bafaçı olardı, Mənzər də biçinçi. Mənzərin bacısı Zeynəbin canlar alan
gözəlliyi
varmış. Bir
gün Cəfərxan üzünü Mənzərə tutur:
—Mənzər, Zeynəbin buğum-buğum, ağappaq
topuğu necə
olacay?
Mənzər də söz altında qalan
deyilmiş:
—Cəfərxan əmi, qızın
Təbəsi heç demirsən?
Cəfərxan görür ki, dəmir daşa ilişdi:
—Hə, onda
da bir az var, deyə mızıldanır.
Yarısını
kəs
bəri
ver
Bir dəfə bir nəfər oğlan əlində dürmək çıxır küçəyə. Firəddin müəllim onu görüb başlayır:
—Ayıbdır, məktəblisən,
uşaq əlində dürmək küçəyə çıxmaz, utanmırsan yarısını, kəs bəri ver-deyir.
Müəllim də müəllimin suyun kəsərmi?
Kəndimizdə irili-xırdalı
24 bulaq var.
Əlmərdan bulağı, Əhliman bulağı, Əmirsayad bulağı, Güllücahan
bulağı, Paşa
bulağı, Yamac
bulağı, Məmməd bulağı, Topsöyüd, İkigözlü, Yeddinovlu,
Qurunov, Cəfərqulu bəyin bulağı, İçi
bulaqlı, Qasım
bulağı, Cəlil bulağı, Xanxanım
bulağı və
s. Di
gəl
ki, suyu
diş göynədən bulaqların suyu
bağ-bostanı sulamağa çatmırdı. Ona görə də bağ-bostan suvarmaq
növbə
ilə
olurdu. Növbə İbiş müəllimə çatmışdı. O, bostanı
şirin suvardığı yerdə su kəsilir. İbiş
müəllim
arx yuxarı gedir, görür
suyu Məmməd müəllim kəsib öz bostanını
sulayır. İbiş
müəllim
bu halı görəndə soruşur:
—Mamed müəllim, müəllim də müəllimin suyun kəsərmi?
Həmin cümlə camaatın arasında
bu gün də
dillər
əzbəridir.
Hamısını satsam
da
Xurruşovun vaxtında
belə
qərar
çıxartdılar ki, əhali uzunquları saxlamasınlar. Qüdrət kişinin də nə az, nə çox yeddi uzunqulağı
vardı. İclasdan sonra o, gəlib oturur«Hasarın» üstündə və çərəkəsini çıxarır:
—Qaraşalvar cöngəni satacam, toğluları
satacam,yox hamısını satsam da qara eşşəyi satmayacam. Qara
eşşəyi
satdım və
otu-küləşi, dəyirmana dəni kim daşıyacaq? «Kürd»! O, arvadına kürd deyirdi.
Ay Mütəllim burda ha
Kənndə toy olanda hamının
sünbülündə
su oynayırdı. Qüdrət Cəfərovun toy gecəsi çox maraqlı
oldu. Xonça
gətirənlər şirin, gülməsi söhbətlər elədilər. Bəy corabı sağdış-soldışın
corabından seçildi. Nə isə... Məqam çatdı, bəy gəlin yanına yollandı. O, həyəcanlı olduğundan
əməliyyatı baş tutmadı. Bəyi çağırıb çıxartdılar
çölə, ürək-dirək verdilər. Lakin
o, duruxa-duruxa
gedəndə, yaxın
dostunu yadına saldı:
—Ay Mütəllim burda ha!!!
Qüdrətin toyu bircə bu sözlərlə yadda qaldı.
Div
Sabir
Kolxoz yük maşınlarının yükünü çəkmək üçün bir təzə tərəzi almışdı. Tərəzini quraşdırmağa
gələn ustalar
tərəzinin hissələrini ertəsi gün tapa bilmədilər. Kor - peşiman qayıdıb
gedirlər. Kolxoz sədri narahat olur və axtarışını davam
etdirir. Bir gün görür ki, Sabir Əhmədovun ot tayasının altında tərəzinin ramalarının ucu görünür. Ramaları tayanın altından çıxarırlar, lakin qalan hissələri tapılmır. Sədr üzünü Sabirə tutur:
—Ə, Sabir tərəzinin qalan hissələrini neyləmisən?
Sabir çox arxayın-arxayın:
—Qalanı nə idi ki, vurdum betona, çıxdı getdi işinin dalınca.
Ramanın birini 4 nəfər götürə bilmədi.
Amma Sabir ramanı çox sərbəst halda aldı
çiyninə və rahat addımladı. Bunu görən sahə müvəkkili Şamo əlini əlinə vurdu və dedi:
—Vay dədəm vay, nənəm vay! Bu divdi ki!
Elə həmin vaxtdan oldu onun adı div Sabir.
Bu əti, bu da dərisi
Verginin qızğın vaxtı idi. Ət, dəri,
yumurta, yağ və s. Vergiləri yığan hər gün gəlib çağırır, Topçu Hüseyini danlayırdı. Topçu Hüseyin kişinin də gözünün ağı, qarası bircə keçisi var idi. Vergi yığan yenə çağırıb onu hədələyir. Axşam keçi çöldən gəlir.
Hüseyin, əlvida əziz keçim, deyib bıçağı çəkir onun boğazına. Ətini və dərisini gətirib idarəyə:
—Al, bu əti, bu da dərisi.
Allah sənə hamıdan sonra ölüm versin. Yeddi baş külfətin boğazın qoydun quru-deyir.
Addama bəri
Kəndimizdə dəmirçilik edən Əmiraslan kişi çox zəhmətkeş adam idi. Kolxozun sədri Turab İsgəndərov onun kotan dəmirini düzəltmədiyini, işin axsadığını görür və gəlir dəmirçixanaya. Əmiraslan kişi sədrin qırımını hiss edir, çəkici alır əlinə,
keçir zindanın arxasına:
—Addama bəri,
çəkic qana gəzir,
addama bəri.
Kolxoz sədrini gülmək tutur və xata sovuşur.
Elə bura da rahatdı
Ta qədimdən bəri bizlərdə qonaq çox əziz olub. Qonaq otağı, qonaq yorğan-döşəyi, qonaq üçün qənd-çay ayrı saxlanardı. Bir gün Əmiraslan kişi bacısı qızı Çiçəkgilə gedir. Çiçək də bir çarpayı ayırıb qonaq yorğan-döşəyini yığıbmış üstünə. Əmiraslan kişi çıxıb oturub
çarpayının üstündə. Çiçək üstündə yanaltı olan bir stul
göstərir:
—Dayı, bura rahatdı e, gəl burda otur.
Əmiraslan kişi yerini bir
az da bərkidir:
—Elə bura da rahatdı, qızım!
Çiçək içindən qırıla-qırıla qalsa da bir söz demir.
Комментарии
Отправить комментарий