Qayıtmaz
Qayıtmaz
55 illik dostum
Qurbanın əziz xatirəsinə
Qurban dostum idi,
sirdaşım idi,
Getdi əziz dostum, bir də
qayıtmaz.
Halıma yananım, qardaşım
idi,
Dözdü dözülməyən dərdə,
qayıtmaz.
Neçə döngələrdən keçdi
Qurbanım,
Əcəl şərbətini içdi
Qurbanım.
Vətən deyə-deyə köçdü
Qurbanım,
Sevdiyi torpağa, yurda
qayıtmaz.
Hicran ürəyimə xal saldı
getdi,
Həsrət sinəm üstdən yol
saldı, getdi.
Ayrılıq boynuma qol
saldı, getdi,
Qaldı həmişəlik burda,
qayıtmaz.
Vətən deyə-deyə yumdu
gözünü,
Içində yaşatdı Vətən
sözünü.
Axtardı Maldaşı,
Havızdüzünü,
Salındı araya pərdə,
qayıtmaz.
Müqəddəsdir doğma yurdun
hər daşı,
Burda yoxdu nə payızı, nə
qışı.
Yanağından şırım açdı göz
yaşı,
Qoydu bu qisası yerdə,
qayıtmaz.
Tay tuşum həyatdan
daşdanır, artıq,
Ahımdan odlanır, daş
yanır, artıq.
Əcəl mənə tərəf tuşlanıb,
artıq,
Kəssə qabağını ordu,
qayıtmaz.
Yazıq Əvəz, məşərəcən yan
indi,
Uçan çardağındı, tarımar
yanındı.
Buza dönən damardakı
qanındı,
Lələdağı qoydu darda,
qayıtmaz.
08.06.2015
Комментарии
Отправить комментарий