Dağların


Dağların

Qış qulun saldımı payız çıxmamış,
Alalı görünür başı dağların.
Babam tayasını hələ yığmamış,
Kəsdi gədikləri qışı dağların.

El köçdü yaylaqlar intizar qaldı,
Durnagöl bulaqlar xəyala daldı.
Bulud yapıncını çiyninə saldı,
Yenə mügülədi daşı dağların.

Gəlib karvan-karvan nəsillər keçib,
Nəs aylar dolanıb, nəs illər keçib.
Yaxşılı-yamanlı fəsillər keçib,
Əvəz, bilinməyib yaşı dağların.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri