ŞİKAYƏT
ŞİKAYƏT
Oğul
tanıyıram ata yolunda
Şam kimi
alışıb yanıbdı, şair
Oğulda görmüşəm
şöhrət naminə
Doğma atasını
danıbdı şair
Qocalar evində
zarıyır ata
Qar tək
altdan-altdan əriyir ata
İçini dərd
yeyir, çürüyür ata
Züryətin sərt
üzü dönübdü şair
Haramla
oturan,haramla duran
Kasıbın
olmayan qanını soran
Zəiflər
yanında bığını buran
Özünü “qəhrəman”
sanıbdı, şair
Kim ona öyrədib
elə yerişi
Pulsuza
pulunu göstərməz kişi
Əvəz Lələdağın
qolaydı işi
Onun bəxt ulduzu sönübdü, şair
26.09.2014
Комментарии
Отправить комментарий