Hərbi hissədə görüş


Hərbi hissədə görüş

Bu, mənim cəbhə bölgələrinə 87-ci səfərimdi. Doğma Azərbaycanı qarış-qarış gəzmişəm. Qubadlıda, Laçında, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda, Qazaxda, Kəlbəcərdə, Goranboyda, Qusarda s. bölgələrdə olmuşam, əsgərlərlə görüşüb onlara ürək-dirək vermişəm, işıq üzü görən kitablarımı ərməğan etmişəm, Vətənə məhəbbət, düşmənə nifrət, hisslərini gücləndirməyə, mübariz ruhlarını qaldırmağa, ovqatlarını təzələməyə çalışmışam.
Yolboyu bölgələrdə gedən abadlıq-quruculuq işlərini gördükcə adamın könlü açılır, dodaqlarında təbəssüm görünür. Şüşə kimi yollar, möhkəm bünövrə üzərində tikilən körpülər, küçələri işıqlandıran elektrik lampaları, müasir tələblərə cavab verən məktəblər, xəstəxanalar, idman kompleksləri, mərkəzi klinikalar, doğma Azərbaycanın dinamik inkişafından, güclü dövlət olmasından, qüdrətli Ordu quruculuğundan xəbər verir. Şəhərimizdə, kəndlərimizdə, qəsəbələrimizdə hər gün yeni-yeni binalar inşa edilir, yollar çəkilir, küçələr təzələnir. Bir ay əvvəl gördüyün rayonu tanımırsan yeniliyə baxıb heyran olursan. Qeyri ixtiyari olaraq dilimdən misralar süzülür

Ən ucqar kəndlərimiz
Necə gözəl görünür.
Nur selinə qərq olan
Gecə gözəl görünür.
Asfalt löşənmiş yollar,
Küçə gözəl görünür,
Hər tərəf gül qoxuyur,
Qönçə gözəl görünür.
Çiçəklərin ləçəyi,
İncə, gözəl görünür.
Parklar da ayrı aləm
Məncə gözəl görünür
Yevlax, Tərtər, Naftalan
Gəncə gözəl görünür
Hansı səmtə baxırsan
Üç rəngli bayrağımız
Uca, gözəl görünür.

            Ənvər Əhmədin sürücüyə:
            -Qabaqda radar var deməsi məni xəyal dünyamdan ayırdı. İsmayılın anası qoyduğu yol çörəyini, qızardılmış qaz ətini ləzətlə yeyə-yeyə mənzil başına çatmağa can atırdıq. Bizi aparan sürücü ləyaqətli, ziyalı, uzun müddət orqan işçisi olmuş Akif Sultanov idi. O, Xocalı qırğınında xeyli yaxın qohumlarını itirdiyindən içində olan narahatlıq, düşmənə olan kini, qəzəbi açıq-aydın hiss olunurdu.
Akif maşını çox bacarıqla idarə edir. Bu dəfə səfərimiz Azərbaycanın sərhəd bölgələrindən birinə:- Tərtər rayonuna idi.
Azərbaycan Respublikası Beynəlxalq diaspora mərkəzinin təşkilatçılığı şəxsən mərkəzin sədri İsmayıl Ağayevin təşəbbüsü ilə təşkil olunmuş bu səfərin məqsədi ali məqsəd idi. «N» saylı hərbi hissədə olan, Vətənin keşiyində ayıq-sayıq dayanan əsgərlərlə görüşmək, onlara mənəvi qıda vermək, əhval-ruhiyələrini qaldırmağı özümüzə vətəndaşlıq borcu hesab edirdik.
Biz hərbi hissənin həyətinə daxil olanda artıq təşkilatı qurtarmışdı. Səbirsizliklə yolumuzu gözləyənlər bizi ürəkdən alqışladılar. Hərbi hissənin komandırı Nizami Osmanov bizi səmimi qarşıladı. Gəlişimizdən məmnun olduğunu bildirdi. Əvvəlcədən hazırlanmış stollarda əyləşdik, çay içdik. İstedadlı müğənnimiz Səmistan Əlzamanlı «igid əsgər» mahnısını oxudu qurtardı. Uzun sürən alqışlar eşidildi. Yeri gəlmişkən onu da deyim ki, Şəmistan Əlizamanlı yeganə müğənnidir ki, hərbi-vətənpərvərlik mövzusunda müraciət edir, mahnılar bəstələyir. Oxuduğu mahnılarla gənclərimizdə, əsgəri xidmətdə olanlarda ruh yüksəkliyi yaradır, Vətənə məhəbbət hisslərini oyadır.
Şəmistan Əlizamanlı bizi əsgərlərə təqdim etdi, sonra mənə tərəf döndü.
-Əvəz müəllim, xahiş edirəm əsgərlərimizə ürək sözlərinizi deyəsiniz.
-Əziz əsgərlər, möhtərəm hərbi hissənin rəhbəri!
Sizi səmimi qəlbdən salamlayıram. Mən Sumqayıt şəhərindən gəlmişəm. Gənclik şəhərinin bütün sakinlərinin, gənclərinin atəşli salamlarını sizə yetirirəm. Azərbaycanın bu günki inkişafı bütün dünyanı valeh edir, dövlətimizin lider dövlət olmasını şübhə altına alan ölkə yoxdur. Respublikamız yeraltı, yerüstü sərvətləri ilə dünyanın diqqətini bizə yönəldir.
Bu gün Azərbaycanda ordu quruculuğuna ayrılan vəsait, işğalçı dövlət olan Ermənistanın ümumi büdcə gəlirindən çoxdur. Bu onu göstərir ki, ölkəmiz dinamik inkişaf edir, əhalinin güzaranı gündən-günə yaxşılaşır. Bu uğurların hamısı ulu öndərin yaratdığı banisi olduğu müstəqil dövlətimizin etibarlı əllərdə olmasından xəbər verir. Möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin möhkəm iradəsi, səriştəsi, səyi nəticəsində dövlətimiz gündən-günə möhkəmlənir, ordumuz qüdrətli orduya çevrilir. Elə buna görədir ki, ölkəmizi tərəddüt etmədən beynəlxalq təşkilatlara üzv qəbul edirlər. Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilirik.
Lakin bizim intizarımız da var. O da Qarabağ həsrətidir. Bu həsrətə, hicrana Siz son qoyacaqsınız, Azərbaycan bayrağını Şuşada, Xankəndində Siz dalğalandıracaqsınız, əziz əsgərlər, Vətən övladları!

İgidlərim, ərlərim, qorxu bilməz nərlərim,
Sizsiniz guman yerim, Sizsiniz ümid yerim.
Torpağı qorumayan, anasını qorumaz.
Qeyrəti olmayan kəs, heç hansını qorumaz.
Arzumuz, istəyimiz azadlıqdır, torpaqdır
Bizi susduran olmaz, bizim səsimiz haqdır.
Sizdən imdad istəyir Xocalının harayı
Vaqifin məqbərəsi, Xanqızının sarayı
Sizdən imdad istəyir «Malikəjdər» türbəsi,
Hikkəsindən daş oyan Bərgüşadın gur səsi.
Sizdən imdad istəyir Ağdamın imarəti,
Sözümün sərkərdəsi, Füzulinin sənəti
Sizdən imdad istəyir Murovdağın vüqarı
Cəbrayılın hicranı, Zəngilanın qubarı
Sizdən imdad istəyir Səngərli Səngərdağı
Bir gözü qan ağlayan Azərbaycan torpağı!
Sazından ayrı düşüb sazlı, sözlü Göyçəmiz,
Qaytaraq Ağbabanı, qaytaraq Göyçəni biz.

            Əsgərlərin ürəyindən keçəni məhəbbət şeirləri oxudum, onların gözlərində sevinc parıltılarını gördüm sonda onlardan umacaqlarımı bildirdim.

Döyüşçü qardaşım, əsgər qardaşım,
Xiffət eyləməkdən ağardı başım.
Yolumu gözləyir Göbəklidaşım
Düşmən ürəyimə yaralar vurdu,
Qaytar o torpağı, qaytar o yurdu.

qədər ki, verəmmirik əl-ələ
Bizi yoracaqdır bu ağır şələ
Kərəmi yolundan döndər ay Lələ,
Keşiş, fənd işlətdi, min hiylə qurdu
Qaytar o torpağı, qaytar o yurdu

Həsrətim torpaqdır, bir qələbə,
Təbibdır loğmandır dərdə qələbə
Vallah yaraşıqdır yurda qələbə
Çox şükür yaranıb müzəffər ordu,
Qaytar o torpağı, qaytar o yurdu.

            Sonra söz hörmətli İsmayıl Ağayeğə verildi.
O diasporanın yaranmasından, fəaliyyətindən geniş söhbət açdı, qarşıda duran vəzifələrdən planlardan danışdı. Apardığı bayraqları hərbi hissəyə bağışladı. Əsgərlər tədbir qurtarana qədər bayraqları həvəslə dalğalandırdılar.
Şair Ənvər Əhmədin çıxışı, xüsusi maraqla qarşılandı. Bu gün Göyçə, Zəngəzur, Ağbaba, Dərələyəz bütün işğal altında olan torpaqlarımız işğaldan azad olmayınca,  düşmənin başı əzilməyincə «bu qılınc qınında pas ata bilməz» şeirini elə ürəkyanğısı ilə oxudu ki, içim göynədi. Əsgərlər toqqalarını bərkitdilər, gözlərində intiqam alovu parıldadı.
İstedadlı müğənni «Qarabağ» mahnısını elə etirasla həvəslə oxudu ki, bütün əsgərlər iştirakçılar rəqs elədilər, sevindilər güldülər.
            Mənə xoş təsir bağışlayan o oldu ki, iki nəfər Sumqayıtlını, əziz şagirdlərimi Ceyhun Məmmədi burada əsgər paltarında gördüm onları bağrıma basdım. Sevinclərinin həddi-hüdudu olmayan Ceyhuna da Məmmədə çapdan təzəcə çıxmış kitablarımı avtoqrafla bağışladım, 20 nəfər əsgərə kitablarımı payladım.
            Hərbi hissənin komandiri Ceyhun Osmanov bizim gəlişimizdən xoşhal olduğunu bildirdi, minnətdarlıq etdi. Onu da dedi ki, bu gün bizim heç kimdən umacağımız yoxdur. Lakin ziyalı sözünə, ziyalı məsləhətinə ehtiyacımız var
Bizi Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Orucov elə binanın həyətində gülərüzlə qarşıladı.
            Açığını deyim ki, mən burada azından on dəfə olmuşam lakin Tərtəri tanımadan qədər dəyişilib, gözəlləşib?  Sadədən sadə hörmətli başçı bizi çay süfrəsinə qonaq etdi, bölgədə gedən abadlıq, quruculuq işlərindən danışdı, gələcək planlarından söhbət açdı.
            Biz icra başçımıza qonaqpərvərlik səmimi söhbətlərinə görə minnətdarlığımızı bildirib ayrıldıq.
Maraqlı mənalı səfərimiz başa çatdı.



Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri