Kimi
Kimi
Mat qalmışam bu dünyanın
işinə,
Gərdiş məni yaman vurdu
dişinə.
Adam istər mərd oduna
isinə,
Namərd odu soyuq olar,
buz kimi.
Mərd oxunu namərd atsa,
yanaram,
Yağı yurda addım atsa,
yanaram,
Vəfasız yar məni atsa
yanaram,
Saxlayaram mən bu dərdi yas
kimi.
Ömrüm keçdi qilu-qalda,
davada,
Fağır quşlar perik düşdü
yuvadan.
Gülşənimi taptaladı bir nadan,
Əyri gəlib hey öyündü düz
kimi.
Namərd oldu doğma yurdun
yağısı,
Yurdu talayanın kimdi
qağası.
Nə etmədi Hayrapetin
dığası?
Dindirəndə dınqıldadı qoz
kimi.
Yolum düşə o yaylağa, o
dağa,
Sinəm dözmür fələk vuran
o dağa.
Həsrət qaldım isti oda,
ocağa,
Ocaq daşın yalayaram duz
kimi.
Комментарии
Отправить комментарий