Sən Vətənin oğlusan
Sən Vətənin
oğlusan
Sən Vətənin oğlusan,
Doğma anandır Vətən.
Hər dərdinə, sərinə,
Qəlbən yanandır Vətən.
Can qoy Vətən yolunda
Vətən qurban gözləyir.
Qaçıb sandığa girmə,
Əcəl səni izləyir.
Bu vəfasız dünyanın,
Öz qurusu, öz yaşı.
Çiçəklənib tacında,
Gilələnib
göz yaşı.
Heç bir ümid gözləmə,
Bu imansız dünyadan.
Bir gün əlin çixacaq,
Bu amansız dünyadan.
Bu dünyanı beşəlli,
Tutanlara bir də bax.
Haram pulla bəzənən,
Dəbdəbəli yurda bax!
Bir könül də sındırma,
Nə qədər ki, dirisən.
Ədaləti quyanan,
Yüz oğuldan birisən.
Varı-karı olanlar,
Möhtac olub yorğana.
Göz oxşayan saraylar
Uçub dönüb yarğana.
Комментарии
Отправить комментарий