Mən niyə inciyim
Mən niyə inciyim
Bu gərdişin yüz əyrisi,
bir düzü,
Bu dünyanın əzabıdır hər
üzü.
Qulpdan düşüb bənövşəsi,
nərgizi,
Mən niyə inciyim, mən niyə
küsüm.
Mən özüməm özgələrlə nə
işim,
Nuzuladan qalmayıbdı bir
dişim.
Xoş keçməyib nə baharım,
nə qışım,
Mən niyə inciyim, mən niyə
küsüm.
Yaşadığın ömür sənə bəs
eylər,
Nadan kəslər hər kəlməni
söz eylər.
Əcəl gəlib yaxınlıqda səs
eylər,
Mən niyə inciyim, mən niyə
küsüm.
Qalmaqalla gəlib çatdım səksənə,
Dərd yükümü yükləyiblər tək
sənə.
Ağır yüngül ay Lələdağ çəksənə,
Mən niyə inciyim, mən niyə
küsüm.
2015
Комментарии
Отправить комментарий